Azərbaycan və Türkiyənin gənc iş adamları əməkdaşlıq imkanlarını müzakirə ediblər
Icma.az, Azertag portalına istinadən məlumat yayır.
Bakı, 16 may, AZƏRTAC
Türkiyənin “Gənc MÜSİAD” təşkilatının Konya və Qaziantep şöbələrinə üzv olan gənc iş adamları Bakıda işgüzar səfərdədirlər.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) AZƏRTAC-a bildirilib ki, səfər çərçivəsində “Gənc MÜSİAD Azərbaycan”ın və KOBİA-nın təşkilatçılığı ilə “Bakı KOB evi”ndə Azərbaycan və Türkiyənin gənc iş adamlarının iştirakı ilə əməkdaşlıq görüşü keçirilib.
Görüşdə KOBİA-nın İdarə Heyəti sədrinin birinci müavini Samir Hümbətov, “Gənc MÜSİAD Azərbaycan” təşkilatının sədri Akif Başoğlu, təşkilatın Konya şöbəsinin sədri Asım Elliki və Qaziantep şöbəsinin sədri Furkan Bozkurt hər iki ölkənin iş adamları arasında əməkdaşlıq, ortaq biznes layihələri, startap ekosistemlərinin inkişafı, qarşılıqlı investisiya qoyuluşu imkanları, sahibkarlıq sahəsində təcrübə mübadiləsi və gələcəkdə birgə platformaların yaradılması ilə bağlı fikir və təkliflərini bölüşüblər.
Ölkəmizdə sahibkarlığa, xüsusilə də KOB-lara göstərilən dəstək, KOBİA-nın xidmətləri barədə agentlik tərəfindən təqdimat keçirilib, Türkiyənin iş adamlarının sualları cavablandırılıb, ölkəmizin biznes və investisiya mühiti barədə film nümayiş olunub.
Sonda tədbir iştirakçıları arasında “B2B” formatında ikitərəfli görüşlər təşkil edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:122
Bu xəbər 16 May 2025 16:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















