Türkmənistan Azərbaycan əlaqələrinin aktual istiqamətləri müzakirə olunub
Apa.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bu gün Türkmənistanın xarici işlər naziri Rəşid Meredov Azərbaycanın fövqəladə və səlahiyyətli səfiri Qismət Gözəlov ilə görüşüb.
APA xəbər verir ki, bu barədə Türkmənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Görüş zamanı tərəflər Türkmənistan–Azərbaycan münasibətlərinin siyasi-diplomatik, ticarət-iqtisadi və mədəni-humanitar sahələr üzrə aktual istiqamətlərini müzakirə ediblər.
Xüsusi diqqət ali və yüksək səviyyəli səfərlərin təşkili, eləcə də iki qardaş ölkənin liderləri və nümayəndələri arasında keçiriləcək görüşlərə verilib.
Diplomatlar cari il üçün planlaşdırılan tədbirlərə hazırlıq məsələlərini, o cümlədən Aşqabadda keçirilməsi nəzərdə tutulan Türkmənistan–Azərbaycan Hökumətlərarası İqtisadi Əməkdaşlıq Komissiyasının növbəti iclasını müzakirə ediblər.
Görüş çərçivəsində mədəni-humanitar əlaqələrin inkişaf imkanları da ətraflı nəzərdən keçirilib. Qeyd olunub ki, bu il Türkmənistanda Azərbaycan Mədəniyyəti Günlərinin keçirilməsi planlaşdırılır.
Tərəflər cari ilin Şərq təqviminə görə At ili olmasına diqqəti çəkərək atçılıq sənəti və atçılıq idmanı sahəsində əməkdaşlığın genişləndirilməsi imkanlarını ətraflı müzakirə ediblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:89
Bu xəbər 12 Yanvar 2026 17:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















