Icma.az
close
up
RU
Az vaxtda böyük fayda modeli

Az vaxtda böyük fayda modeli

Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Rəqəmsal dövlət maliyyəsi” şəffaflıq, çeviklik, səmərə deməkdir

Azərbaycanda dövlət maliyyəsinin idarə edilməsinin səmərəliliyini artırmaq məqsədilə “Rəqəmsal dövlət maliyyəsi” adlı yeni informasiya sistemi yaradılır. Bu sistem Maliyyə Nazirliyinin fəaliyyət dairəsinə aid bir çox sahələri əhatə edəcək genişmiqyaslı bir layihədir. Məqsəd ölkənin büdcə planlaşdırılması və icrası, gəlir və xərclərin uçotu, dövlət borcu və xəzinədarlıq əməliyyatları kimi mühüm maliyyə proseslərinin vahid rəqəmsal platforma üzərindən inteqrə və effektiv idarə olunmasını təmin etməkdir. 

Sistemin məqsədi və əhatə sahəsi

“Rəqəmsal dövlət maliyyəsi” informasiya sisteminin yaradılmasında əsas məqsədlərdən biri maliyyə məlumatlarının və proseslərinin bir mərkəzdə cəmlənməsidir. Büdcə planlaşdırılması, vergi və gömrük daxilolmaları, dövlət rüsumları, dövlət şirkətlərinin dividendləri kimi gəlir mənbələri ilə yanaşı, audit və mühasibat uçotu, maliyyə nəzarəti, xəzinədarlıq, dövlət borcu və maliyyə öhdəlikləri kimi sahələrin səmərəli idarə edilməsi məhz bu yeni sistem vasitəsilə həyata keçiriləcək. Yəni dövlət maliyyəsinin idarə edilməsinə dair bütün kritik funksiyalar vahid platformada birləşəcək. Nəticədə, məlumatlar arasındakı uyğunsuzluqların aradan qaldırılması, təkrarlanan əməliyyatların minimuma endirilməsi və resurslardan səmərəli istifadə əldə olunacaq.

Maliyyə Nazirliyi bu sistemin formalaşdırılması, fəaliyyəti və inkişaf etdirilməsi üzrə zəruri tədbirləri görəcək və onun fasiləsiz işləməsini təmin edəcək. Eyni zamanda, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi sistemin texnoloji infrastrukturu ilə bağlı vacib rol oynayacaq – yeni maliyyə sistemi hökumətin rəqəmsal mühitində, xüsusən “Hökumət buludu” (G-cloud) adlanan infrastruktur üzərində yerləşdiriləcək və digər dövlət informasiya resursları reyestrinə inteqrasiya ediləcək. Bu, informasiya sisteminin təhlükəsiz və genişlənə bilən bir infrastruktura malik olacağını göstərir. Beləliklə, sözügedən sistem hökumətin rəqəmsal ekosistemində mühüm bir həlqə kimi formalaşır.

Texnoloji özəllik və üstünlüklər

Yeni sistemin ən önəmli xüsusiyyətlərindən biri onun tam inteqrasiya olunmuş vahid ekosistem şəklində qurulmasıdır. Xatırladaq ki, yanvarın 9-u Maliyyə Nazirliyində keçirilən rəqəmsal idarəetmə və elektron informasiya sistemləri üzrə fəaliyyətin təkmilləşdirilməsi üzrə yaradılmış İşçi Qrupun növbəti iclası zamanı maliyyə naziri Sahil Babayev qeyd etmişdi ki, bu informasiya sistemi ayrı-ayrı platformalar toplusu deyil, bütün alt-sistemləri bir çətir altında birləşdirən vahid bir ekosistem kimi formalaşdırır. Yəni əvvəllər müxtəlif funksiyalar üçün fərqli proqram təminatları mövcud idisə, indi onlar vahid yanaşma ilə birləşdirilir. 

Sistemin texnoloji infrastrukturu “Hökumət buludu” konsepsiyasına uyğun qurulur. Bu, o deməkdir ki, “Rəqəmsal dövlət maliyyəsi” informasiya sistemi dövlətin müasir bulud texnologiyaları platformasında yerləşəcək, bu da təhlükəsizlik standartlarına tam cavab verən, yüksək sürətli və fasiləsiz xidmət göstərən bir mühit təmin edir. 

Prezident İlham Əliyevin müvafiq fərmanına əsasən, sistemin dövlətin Elektron Hökumət İnformasiya Sistemi (e-hökumət portalı) vasitəsilə müxtəlif qurumların məlumat bazalarına qoşulması və oradan avtomatik məlumat alması nəzərdə tutulur. Bu yenilik sayəsində vergi orqanları, gömrük xidməti, dövlət xəzinədarlığı kimi qurumların məlumatları “Rəqəmsal dövlət maliyyəsi” platformasına birbaşa ötürüləcək.

Sistemin tərkibində bir sıra alt-modullar və rəqəmsal platformalar da yer alacaq ki, onlar maliyyə idarəçiliyinin müxtəlif aspektlərini rəqəmsallaşdırır və avtomatlaşdırır. Onların inteqrasiyası sayəsində, məsələn, e-müqavilə sistemində yaradılan məlumat eyni anda e-mühasibat və data anbarı sisteminə ötürülə biləcək, yaxud büdcə portalında göstərilən rəqəmlər birbaşa vahid data bazasından gələcək. Bütün bunlar texnoloji baxımdan dövlət maliyyəsinin idarə edilməsində tam yeni bir səviyyə yaratmağı vəd edir.

İstifadə imkanları və gözlənilən faydalar

Məsələn, Maliyyə Nazirliyinin əməkdaşları büdcənin icrası barədə məlumatları vergi və ya gömrük orqanlarının mədaxil göstəricilərini, eləcə də xəzinədarlıq əməliyyatlarını eyni sistem üzərindən görüb analiz edə biləcək. Bu cür mərkəzləşmiş məlumat mühiti sayəsində qərarvermə prosesi sürətlənəcək.

Bundan əlavə, sözügedən sistemin təşkilində süni intellekt əsaslı funksiyaların əlçatan olması da gözlənilir. Müasir və rəqabətqabiliyyətli infrastruktur baxımından Aİ bazalı sistemin fəaliyyəti nəticəsində təkrarlanan funksiyalar aradan qaldırılaraq vaxta qənaət etməyə imkan verəcək. Məsələn, eyni məlumatın müxtəlif qurumlar tərəfindən ayrı-ayrılıqda toplanmasına ehtiyac qalmayacaq – sistem məlumatları bir dəfə toplayıb hamı üçün əlçatan edir. Kağız daşıyıcılardan imtina edilməsi də həm büdcə vəsaitinə (çap, arxiv xərclərinə) qənaət, həm də ekoloji olaraq fayda deməkdir.

Vahid data anbarı və analitika alətləri sayəsində Maliyyə Nazirliyi ölkənin makroiqtisadi göstəricilərini, büdcə tendensiyalarını daha dərindən təhlil edə biləcək. Məlumatların inteqrasiyası keçmiş dövrlərlə müqayisəli təhlil, risklərin proqnozlaşdırılmasına şərait yaradacaq. Bu da dövlət maliyyəsinin planlaşdırılması və idarə edilməsində daha elmi əsaslı qərarlar qəbul etməyə yardım edəcək.

Nəticə etibarilə, “Rəqəmsal dövlət maliyyəsi” informasiya sistemi Azərbaycan dövlətinin maliyyə idarəçiliyində mühüm bir transformasiyanın başlanğıcıdır. Bu sistem tam tətbiq olunduqdan sonra, dövlət orqanları maliyyə əməliyyatlarını daha çevik, şəffaf və əlaqəli şəkildə həyata keçirəcək, vətəndaşlar isə dolayısı ilə dövlət vəsaitlərinin idarə olunmasında artan səmərəliliyin faydasını görəcəklər. Yeni platforma rəqəmsal texnologiyaların imkanlarından maksimum yararlanaraq ölkəmizin maliyyə sistemini müasirləşdirir və növbəti illərdə dövlət maliyyə informasiya sisteminin dünya standartlarına uyğun bir səviyyəyə yüksələcəyini vəd edir. 

Fərid KAZIMOV, 
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi İctimai Şurasının üzvü

Azərbaycanda dövlət maliyyəsinin idarə edilməsində yeni bir mərhələnin başlanğıcı olan “Rəqəmsal dövlət maliyyəsi” informasiya sistemi yaradılır. Bu sahədə uzun illərdir hiss olunan ehtiyacın nəticəsi olaraq, sistemin Əsasnaməsi artıq təsdiqlənmişdir. Layihənin indiki dövrdə həyata keçirilməsi onun ən müasir texnoloji tendensiyalara əsaslanaraq qurulmasına şərait yaradacaq. 2026–2027-ci illərdə tam formalaşdırılması nəzərdə tutulan bu sistem süni intellekt texnologiyalarını da özündə ehtiva edəcək. Bu isə hazırkı strukturlardan fərqli olaraq əlavə uyğunlaşdırma xərclərinə yol vermədən daha operativ və səmərəli idarəetmə modeli təqdim edəcək.

Yeni sistem dövlət gəlir və xərclərinin daha dəqiq şəkildə proqnozlaşdırılmasını təmin edəcək. Hazırda qəbul edilən tarif və iqtisadi qərarların təkcə konkret sahələrə deyil, dolayısı ilə digər sektorlar üzərində də təsiri mövcuddur. RDMİS bu qarşılıqlı əlaqələri real vaxtda təhlil etməyə və nəticələrin əvvəlcədən müəyyən edilməsinə imkan yaradacaq. Vahid platforma vasitəsilə dövlət qurumlarının maliyyə axınları şəffaf şəkildə izləniləcək, mümkün risklər və plan dəyişiklikləri isə vaxtında aşkar olunacaq.

Süni intellektin tətbiqi də dövlət maliyyə analitikasında ciddi keyfiyyət dəyişikliyi yaradacaq. Bu texnologiyalar vasitəsilə müxtəlif ssenarilər əsasında, məsələn, 2026–2030-cu illər ərzində gəlir və xərclərin iqtisadi təsirləri qabaqcadan modelləşdirilə biləcək. Bu isə daha dəqiq, əsaslandırılmış və strateji qərarların qəbul olunmasına dəstək verəcək.

“Rəqəmsal dövlət maliyyəsi” sistemi dövlət maliyyəsinin idarəsində vaxtında atılmış strateji addımdır və Azərbaycanın iqtisadi sabitliyini möhkəmləndirmək istiqamətində mühüm rol oynayacaq.

Nurlan ABDALOV 
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:60
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 27 Yanvar 2026 22:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see286

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see269

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see225

ABŞ in vitse prezidenti Cənubi Qafqaza nəyə gəlir?

26 Yanvar 2026 13:27see216

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see210

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see206

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see203

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see183

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see178

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see167

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see164

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see161

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see157

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see151

Cazibədar aparıcı görün kimin qızı imiş FOTO

26 Yanvar 2026 04:44see151

Əhali kreditlərini sığortalamağa niyə maraq göstərmir?

26 Yanvar 2026 12:56see151

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see150

Mançester Siti vingerini bu kluba satır Razılıq əldə edildi

26 Yanvar 2026 17:48see144

Bakıda erməni dili kursu BÖYÜK MARAQ VAR

26 Yanvar 2026 09:40see142

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri