Azərbaycan və Türkmənistan mədəniyyət sahəsində əməkdaşlığı genişləndirməyi planlaşdırır
Newscenter.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Türkmənistanın xarici işlər naziri Rəşid Meredov ilə Azərbaycanın mədəniyyət naziri Adil Kərimli arasında görüş keçirilib.
Newscenter.az xəbər verir ki, görüşdə Azərbaycan ilə Türkmənistan arasında mədəni-humanitar əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub. Tərəflər mədəniyyətin iki qardaş xalq arasında tarixən formalaşmış dostluq və qardaşlıq əlaqələrinin möhkəmləndirilməsində mühüm rol oynadığını vurğulayıblar.
Söhbət zamanı mədəniyyət müəssisələri, muzeylər, kitabxanalar, yaradıcı kollektivlər və ixtisaslaşmış təhsil ocaqları arasında əməkdaşlığın daha da genişləndirilməsinin əhəmiyyəti qeyd edilib.
Görüşdə Türkmənistanın Aşqabad və Arkadağ şəhərlərində keçirilən Azərbaycan Mədəniyyəti Günlərinin iki ölkə xalqları arasında mədəni yaxınlaşmanın və qarşılıqlı anlaşmanın möhkəmlənməsinə mühüm töhfə verdiyi bildirilib.
Tərəflər həmçinin hər iki ölkənin zəngin tarixi-mədəni irsinin təbliğinə xidmət edən birgə layihələrin, sərgilərin və digər mədəni təşəbbüslərin həyata keçirilməsinin vacibliyini vurğulayıblar. Sənət adamları və yaradıcı ziyalılar arasında əlaqələrin daha da intensivləşdirilməsinin əhəmiyyəti də diqqətə çatdırılıb.
Görüş zamanı beynəlxalq təşkilatlar və mədəni platformalar çərçivəsində əməkdaşlığın inkişafı, həmçinin Türkmənistan-Azərbaycan mədəni-humanitar tərəfdaşlığının dərinləşdirilməsinə xidmət edən yeni əməkdaşlıq formatları ətrafında fikir mübadiləsi aparılıb.
Sonda tərəflər ikitərəfli münasibətlərin bundan sonra da uğurla inkişaf etdirilməsində maraqlı olduqlarını ifadə edərək xalqların rifahı naminə konstruktiv dialoqun davam etdiriləcəyinə əminliklərini bildiriblər.
Süleyman
Bu mövzuda digər xəbərlər:Azərbaycan İranla əməkdaşlığı genişləndirməyi planlaşdırır ŞƏRH
23 Fevral 2026 17:51
Azərbaycan və Böyük Britaniya rəqəmsal iqtisadiyyat sahəsində əməkdaşlığı genişləndirməyi planlaşdırır
06 Oktyabr 2026 18:38
Qurbanqulu Berdiməhəmmədov: Türkmənistan Azərbaycan əməkdaşlığı inkişaf edəcək
21 Dekabr 2025 19:42
“Azərbaycan Türkmənistan əməkdaşlığı regional sabitliyə xidmət edir”
23 İyun 2026 11:01
Azərbaycan Türkmənistan parlamentlərarası əməkdaşlığı müzakirə olundu FOTO
25 Sentyabr 2026 12:21
Baxış sayı:161
Bu xəbər 06 İyun 2026 14:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















