Icma.az
close
up
RU
Vasif Talıbovun imzaladığı 46 fərman ləğv edildi

Vasif Talıbovun imzaladığı 46 fərman ləğv edildi

Modern.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti Ali Məclis sədrinin 1998–2024-cü illərdə imzaladığı 47 fərmanı tam, daha səkkiz fərmanı isə qismən ləğv edib.

Modern.az xəbər verir ki, qərar dövlət qurumlarının yaradılması, onların strukturunun və əsasnamələrinin təsdiqi, eləcə də fəxri adlarla bağlı müxtəlif dövrlərdə imzalanmış fərmanları əhatə edir.

Tam ləğv olunan sənədlər arasında 1998-ci ildə imzalanmış “Naxçıvan Muxtar Respublikasının fəxri adları haqqında” fərman və 1999-cu ildə həmin adlarla bağlı Əsasnaməni təsdiq edən fərman da var. Muxtar respublikanın fəxri adları 2026-cı il iyulun 14-də qəbul edilmiş qanunla tənzimlənir. 

Nazirlər Kabineti Naxçıvan Beynəlxalq Hava Limanının Əsasnaməsini təsdiq edən 2004-cü il fərmanını və AMEA-nın Naxçıvan Bölməsinin Əsasnaməsi və strukturu ilə bağlı 2003-cü və 2020-ci illərin fərmanlarını da ləğv edib. Siyahıya həmçinin Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Şurasının yaradılması barədə 2007-ci il fərmanı, Naxçıvan Təlim Mərkəzinin publik hüquqi şəxs kimi yaradılması barədə 2024-cü il fərmanı və Təhsil Nazirliyinin strukturunu təsdiq edən 2010-cu il fərmanı daxildir.

Qismən ləğv olunan səkkiz fərman Maliyyə, Vergilər, İqtisadiyyat, Milli Təhlükəsizlik, Rabitə və Yeni Texnologiyalar nazirlikləri, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti və Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ilə bağlıdır. Qərarla həmin fərmanların əsasnamə, struktur, işçi sayı və kollegiyanın tərkibi kimi məsələlərə aid ayrı-ayrı hissələri ləğv edilib.

Qeyd edək ki, Vasif Talıbov 1995-ci il dekabrın 16-dan 2022-ci il dekabrın 21-dək Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri olub. Onun istefasından sonra sədrin səlahiyyətlərini ardıcıl olaraq Azər Zeynalov, Anar İbrahimov və Bəxtiyar Məmmədov icra ediblər. 

Tam ləğv edilən 47 fərmandan 46-sı Talıbovun sədrliyi dövründə imzalanıb. “Naxçıvan Təlim Mərkəzi”nin yaradılması barədə digər fərmanı isə 2024-cü il iyulun 11-də Ali Məclis sədrinin səlahiyyətlərini icra edən Anar İbrahimov imzalayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:64
embedMənbə:https://modern.az
archiveBu xəbər 25 Noyabr 2026 10:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycana qarşı kiberhücumların arxasında kim dayanır, məqsəd nədir? İKT ÜZRƏ MÜTƏXƏSSİS

23 Noyabr 2026 11:10see322

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see313

İnsandan kif qoxusu gəlirsə, hansı xəstəliyi var?

23 Noyabr 2026 16:43see285

Səhiyyə Menecmenti Forumu 2026 a son 3 gün qaldı

23 Noyabr 2026 17:48see282

Ev təsərrüfatlarının uçotunun arxasında nə dayanır? Yeni sistemin əsl məqsədi

23 Noyabr 2026 16:16see280

Pasterin yeni albomu zirvəyə yüksəldi “012”

23 Noyabr 2026 13:50see266

Marketlər istədikləri qiyməti müəyyən edə bilməyəcək?

23 Noyabr 2026 17:32see256

Düz bağırsaq xərçənginin aşkar simptomları

23 Noyabr 2026 17:12see248

Fürsətçi… Yunus Oğuz yazır

23 Noyabr 2026 17:46see237

Dünya məktəbinin şagirdləri orbitə peyk buraxacaqlar FOTOLAR

23 Noyabr 2026 16:43see236

Azərbaycan fındığı Çin bazarına çıxarılır

23 Noyabr 2026 12:00see235

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see232

Rusiyada meyiti taplan prodüser Elmir Məhərrəmovla bağlı yeni detallar məlum oldu

23 Noyabr 2026 23:56see232

Türkiyəli aktyor Şapkacı kadınlar a çəkilir

24 Noyabr 2026 03:23see230

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see214

Qalmaqallı istefadan 11 gün sonra belə geri döndü Video

24 Noyabr 2026 02:56see214

Adanın qəzaya düşərək həlak olduğu avtomobilin son halı Video

23 Noyabr 2026 22:01see213

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see211

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see205

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri