Icma.az
close
up
RU
Azərbaycan və Ukrayna xarici işlər nazirləri arasında telefon danışığı olub

Azərbaycan və Ukrayna xarici işlər nazirləri arasında telefon danışığı olub

Icma.az bildirir, Apa.az portalına istinadən.

Bu gün Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Ukraynanın xarici işlər naziri Andriy Sıbiha arasında telefon danışığı aparılıb.

XİN-dən APA-ya verilən məlumata görə, Ukraynanın xarici işlər naziri Azərbaycan Respublikasının Prezidentinin ABŞ-yə səfəri zamanı Azərbaycan-ABŞ arasında əldə edilmiş razılıqlar, habelə Azərbaycan-Ermənistan normallaşma prosesində nailiyyətlər münasibətilə təbriklərini çatdırıb.

Telefon danışığı zamanı Azərbaycan və Ukrayna arasında tərəfdaşlıq münasibətlərinin aktual məsələləri, o cümlədən siyasi, iqtisadi, enerji, nəqliyyat və humanitar sahələrdə əməkdaşlıq müzakirə olunub. Tərəflər Azərbaycan Respublikası ilə Ukrayna arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumət Komissiyasının işinin əməkdaşlığın inkişafı baxımından mühüm əhəmiyyət kəsb etdiyini bildiriblər.

Ukrayna xarici işlər naziri öz növbəsində Azərbaycan tərəfinin Ukraynaya göstərilən humanitar yardımlar, o cümlədən münaqişədən zərər çəkmiş ərazilərdə bərpa və yenidənqurma sahələrində dəstəyinə görə təşəkkür edib.

Nazir Andrey Sıbiha həmçinin Rusiya-Ukrayna münaqişəsi ətrafında aparılan danışıq prosesi barədə məlumat verib.

Telefon danışığı zamanı həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:111
embedMənbə:https://apa.az
archiveBu xəbər 16 Avqust 2025 15:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Mənsum İbrahimov: Cabir İmanovun hər sözü, hər kəlməsi daxildən gəlirdi, təmənnasız idi

30 Sentyabr 2025 13:31see245

Müharibə riski ciddi olaraq qalır

30 Sentyabr 2025 13:01see244

“Cabir İmanovla bir məktəbdə oxumuşuq”

30 Sentyabr 2025 13:37see233

İtaliya prezidentinin səfəri yeni əməkdaşlıq perspektivlər üçün zəmin yaradacaq

01 Oktyabr 2025 18:21see228

Hər gün onun ruhu ilə məsləhətləşirəm Polşanın yeni lideri

30 Sentyabr 2025 15:06see183

PSJ nin müdafiəçisi: “Dünyanın ən yaxşı komandasıyıq”

30 Sentyabr 2025 09:48see178

250 milyonluq dələduzluqda ittiham olunan azərbaycanlı iş adamı kimdir? 11 şübhəli var

30 Sentyabr 2025 13:49see155

Nazir: Naxçıvanda “Yaşıl Enerji Zonası” modelinin qurulması üçün tədbirlər görülür

30 Sentyabr 2025 10:20see152

Xocalı və Ağdərədə bir qrup sakin üçün kiçik bizneslər yaradılıb FOTO

30 Sentyabr 2025 15:08see141

“Paşinyan Zəngəzur dəhlizi layihələrini seçkilərə qədər tamamlamğa çalışacaq” Elçin Mirzəbəyli

30 Sentyabr 2025 13:29see140

Hansı meyvələr diabet və ürək xəstəliyi riskini azaltmağa kömək edir?

01 Oktyabr 2025 08:25see137

Cabir İmanov əvvəldə də infarkt keçirib?

30 Sentyabr 2025 12:42see136

Tramp Rusiyanı yenə kağız pələng adlandırdı

01 Oktyabr 2025 01:12see130

Beyin mərkəzlərinin əməkdaşlığı: Türk dünyasının intellektual gücü birləşir

30 Sentyabr 2025 11:07see128

Qəhvə iç və daha uzun yaşa...

30 Sentyabr 2025 22:16see127

Türkiyə Ukrayna münaqişəsi ilə bağlı daha çox məsuliyyəti öz üzərinə götürməyə hazırdır

30 Sentyabr 2025 22:13see126

UEFA ÇL: “Qalatasaray qalib gəlib, Kayrat” 5 qol buraxıb

01 Oktyabr 2025 01:04see125

Qrizmannın 200 cü qolu “Qarabağ”ın daha bir rəqibinin darmadağınına səbəb olub VİDEO

01 Oktyabr 2025 01:58see125

Nazir sammitdə təhsildən danışdı

30 Sentyabr 2025 16:20see124

Konqonun keçmiş prezidenti edam olunacaq Vətənə xəyanət ittihamı ilə

01 Oktyabr 2025 01:08see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri