Azərbaycan Çindən səkkiz min tabut alıb
Bakivaxti saytından verilən məlumata görə, Icma.az xəbər verir.
2025-ci ilin yanvar-oktyabr aylarında Azərbaycana xaricdən səkkiz min ağac məmulatlarından hazırlanmış tabut gətirilib.
Bakıvaxtı.az rəsmi statistik məlumatlara istinadən xəbər verir ki, bu qəbildən olan tabutların hamısı Çindən alınıb.
2024-cü ilin gömrük statistikasında ağac məmulatlarından hazırlanmış tabutun idxal və ixracına dair hər hansı bir məlumat yoxdur.
Qeyd edək ki, Azərbaycanda dəfn mərasimləri, əsasən, islam qaydalarına uyğun icra edildiyi üçün tabutdan istifadə məsələsi həm ənənəvi, həm də praktiki tərəflərə malikdir. Belə ki, Azərbaycanda tabut (çox vaxt buna "meyit qutusu" və ya sadəcə, "tabut" deyilir), əsasən, cənazəni məsciddən qəbiristanlığa daşımaq üçün istifadə olunur. Mərasim bitdikdən sonra tabut, adətən, geri qaytarılır və ya məscidə təhvil verilir.
Azərbaycanda yaşayan xristianlar (pravoslavlar, katoliklər və s.) tabutdan öz dini ayinlərinə uyğun olaraq istifadə edirlər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:90
Bu xəbər 01 Yanvar 2026 15:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















