Icma.az
close
up
RU
Azərbaycan və UNICEF arasında əməkdaşlığın prioritet istiqamətləri müzakirə edilib AZƏRTAC

Azərbaycan və UNICEF arasında əməkdaşlığın prioritet istiqamətləri müzakirə edilib AZƏRTAC

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 11 dekabr, AZƏRTAC

Azərbaycan Səhiyyə Nazirliyində BMT-nin Uşaq Fondunun (UNICEF) Azərbaycandakı nümayəndəsi Saca Faruq Abdullah ilə görüş keçirilib.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, səhiyyə naziri Teymur Musayev Azərbaycan ilə UNICEF arasında əlaqələrin çoxşaxəli olduğunu vurğulayıb: “Ötən müddət ərzində səhiyyə, təhsil, ana və uşaqların sağlamlığının qorunması kimi müxtəlif istiqamətlərdə uğurlu layihələr həyata keçirilib”.

T.Musayev Səhiyyə Nazirliyi tərəfindən Azərbaycanda ana və uşaq sağlamlığının qorunmasında xidmətlərin təkmilləşdirilməsi istiqamətində mühüm addımların atıldığını diqqətə çatdırıb. Nazir, vaksin preparatlarının da Azərbaycana UNICEF xətti ilə gətirildiyini vurğulayıb.

Noyabrda Bakıda keçirilən COP29-un mahiyyətindən bəhs edən nazir tədbir çərçivəsində Səhiyyə Nazirliyi və Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən təşkil olunan “İqlim dəyişikliyinin sağlamlığa təsirlərinə hazırlıq və onlara cavab olaraq səhiyyə sahəsində kadr potensialının gücləndirilməsi” mövzusunda panel müzakirələrini qeyd edib. Həmçinin Azərbaycan Tibb Universitetində (ATU) 2024/2025-ci tədris ilindən etibarən ATU-nun ikinci kurs tələbələrinə "İqlim dəyişikliyi və sağlamlıq" fənninin tədris olunduğu diqqətə çatdırılıb.

T.Musayev gələcəkdə əməkdaşlığın daha da inkişaf etdiriləcəyinə əminliyini bildirib.

Saca Faruq Abdullah xatırladıb ki, BMT-nin Uşaq Fondu Azərbaycanda fəaliyyətə 1993-cü ildə başlayıb: “UNICEF uşaqlar uçun daha yaxşı gələcəyin qurulması və onların tam potensiallarının inkişaf etməsi üçün imkanların yaradılmasında Azərbaycan Hökuməti ilə yaxından işləmək öhdəliyinə sadiqdir”.

Azərbaycan ilə UNICEF arasında tərəfdaşlıq səviyyəsini yüksək qiymətləndirən Saca Faruq Abdullah 2021-2025-ci illər üzrə Əməkdaşlıq Proqramı çərçivəsində birgə fəaliyyət qarşılıqlı əlaqələrin davam etdirilməsində mühüm rol oynadığını qeyd edib.

Sonda tərəflər prioritet istiqamətlər üzrə əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:146
embedMənbə:https://azertag.az
archiveBu xəbər 11 Dekabr 2024 14:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məhkəmədə Ermənistan vətəndaşlarının cinayət xarakterli məlumatlar tədqiq olunub FOTO

17 Oktyabr 2025 20:37see250

TƏCİLİ: Metroya giriş bağlandı Nə baş verir?

19 Oktyabr 2025 04:03see220

Ramiz Mehdiyev İlham Əliyevə qarşı sui qəsd PLANLAŞDIRIB Sensasion iddia

17 Oktyabr 2025 22:34see207

Pezeşkian bu türk ölkəsinə səfər edəcək

19 Oktyabr 2025 02:00see205

Stəndapçı: “Uill Smit bacarmasa, Yannik Sinner rolunu oynamağa hazıram” FOTO

18 Oktyabr 2025 03:13see204

Trampdan sonra Vens də İsrailə gedir

18 Oktyabr 2025 16:58see166

ChatGPT yə verilməsi qadağan edilən 8 sual SİYAHI

18 Oktyabr 2025 02:52see153

Pəncərələri qış rejiminə necə keçirtmək olar?

18 Oktyabr 2025 04:47see151

Gürcüstandan çıxarılan Azərbaycan vətəndaşlarının sayı açıqlanıb

18 Oktyabr 2025 20:59see151

Məhkəmədə həmin məlumatlar da tədqiq olundu Fotolar

17 Oktyabr 2025 20:42see144

“Xocalı Balı” ilk dəfə bal yarmarkasında alıcılara təqdim olunub REPORTAJ

18 Oktyabr 2025 14:09see141

İlham Əliyevdən Xəzəryanı ölkələrə ÇAĞIRIŞ

18 Oktyabr 2025 10:48see138

Bakı metrosunda mübahisəli durum: gediş haqqı yenə dəyişəcək?

18 Oktyabr 2025 07:33see133

“Borussiya” yenə uduzdu

18 Oktyabr 2025 03:34see130

Çin polisinin ağıllı köməkçiləri: Təhlükəsizliyi robot itlər qoruyacaqlar

18 Oktyabr 2025 06:32see130

Neftinin qiyməti 1 dollar ucuzlaşdı

18 Oktyabr 2025 10:51see129

Tanınmış logistika şirkəti iflas etdi

18 Oktyabr 2025 03:04see129

Prezident ailəsi Vatikan bağlarında Fotolar Video

18 Oktyabr 2025 04:14see128

Dabaq xəstəliyi Qaxda da təsərrüfat sahiblərini çıxılmaz vəziyyətə saldı

18 Oktyabr 2025 01:37see128

Abakar Abakarov İstanbulda ölü tapıldı

18 Oktyabr 2025 19:41see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri