Azərbaycan vətəndaşları ən çox hansı ölkələrə səfər edib?
Icma.az bildirir, Qaynarinfo saytına əsaslanaraq.
2026-cı ilin yanvar-avqust aylarında 1 milyon 384.5 min Azərbaycan vətəndaşı xarici ölkələrə səfər edib.
Qaynarinfo xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin təqdim etdiyi məlumatda bildirilir.
Bu rəqəm ötən ilin eyni dövrü ilə müqayisədə 2.4 faiz az göstəricidir.
Azərbaycanlıların xarici səfərlərində Türkiyə ilk sırada yer alıb. Səfərlərin 43.9 faizi bu ölkənin, 14.8 faizi Rusiyanın, 12.8 faizi Gürcüstanın, 5.3 faizi İranın payına düşüb. Digər ölkələrə səfərlərin ümumi payı isə 23.2 faiz olub.
Hesabat dövründə Türkiyəyə səfər edən Azərbaycan vətəndaşlarının sayı 2.2 faiz, Gürcüstana gedənlərin sayı isə 13.6 faiz artıb. Rusiyaya səfərlərdə 2.2 faiz, İrana səfərlərdə isə 41.2 faiz azalma qeydə alınıb.
Xaricə gedənlərin 64 faizini kişilər, 36 faizini qadınlar təşkil edib.
Səfərlərin böyük hissəsi hava nəqliyyatı ilə həyata keçirilib. Belə ki, səfərlərin 70.7 faizi hava, 27.4 faizi dəmir yolu və avtomobil, 1.9 faizi isə dəniz nəqliyyatının payına düşüb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:152
Bu xəbər 25 Sentyabr 2026 11:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















