Azərbaycan vətəndaşları Gürcüstandan deportasiya edildilər
Moderator.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Gürcüstanın Daxili İşlər Nazirliyinin (DİN) Miqrasiya İdarəsi son günlər həyata keçirilən tədbirlər nəticəsində azərbaycanlılar da daxil olmaqla 107 əcnəbini ölkədən deportasiya edib.
Moderator.az xəbər verir ki, bu barədə Gürcüstan DİN-in sosial şəbəkə hesabında məlumat verilib.
Bildirilib ki, müvafiq tədbirlərlə İordaniya, Hindistan, Misir, Livan, Əlcəzair, Filippin, Ermənistan, Özbəkistan, Türkiyə, Rusiya, Çin, Azərbaycan, Qırğızıstan, İraq, Keniya, Nepal, Nigeriya, Tailand və digər dövlətlərin vətəndaşları ölkədən çıxarılıblar.
Mövcud qanunvericiliyə əsasən, deportasiya edilən şəxslərin yenidən ölkəyə girişinə qadağa qoyulub.
DİN-dən bildirilib ki, ölkədə qeyri-qanuni miqrasiyaya qarşı mübarizə intensiv rejimdə davam etdirilir. Ən son statistik məlumatlara əsasən, təkcə cari il ərzində Miqrasiya İdarəsinin əməkdaşları tərəfindən 3300-ə yaxın şəxs ölkədən çıxarılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:156
Bu xəbər 06 Oktyabr 2026 15:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















