Icma.az
close
up
RU
Azərbaycan voleybol millisinin məşqçisi: Slovakiya və Monteneqro ilə oyunlarda hədəfimiz qələbə olacaq

Azərbaycan voleybol millisinin məşqçisi: Slovakiya və Monteneqro ilə oyunlarda hədəfimiz qələbə olacaq

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakı, 2 iyun, AZƏRTAC

Məğlub olmağımıza baxmayaraq, çox maraqlı və gərgin oyun alındı.

Bu sözləri AZƏRTAC-a açıqlamasında qadın voleybolçulardan ibarət Azərbaycan millisinin məşqçisi Famil Ağayev Avropa Qızıl Liqasında Sloveniya yığmasına 0:3 hesabı ilə uduzduqları oyun barədə danışarkən deyib.

Mütəxəssis voleybolçuların son ana kimi mübarizə apardıqlarını söyləyib: “Azarkeşlərə gözəl oyun nümayiş etdirdik. Qızlarımız meydanda savaşdılar. Düzdür, heyətimizdə çatışmazlıqlar var idi. Bu amil nəticəyə də təsir göstərdi. Əgər həmin voleybolçularımız bu matçda iştirak edə bilsəydilər, tamamilə fərqli oyun izləyəcəkdik. Hətta qələbə də qazanmaq olardı. Amma meydana çıxan qızlarımıza da əllərindən gələni etdiklərinə görə təşəkkür edirəm”.

Macarıstanla keçirdikləri ilk matçda da eyni hesabla məğlub olduqlarını xatırladan F.Ağayev komandanın budəfəki oyunundan daha çox razı qaldığını qeyd edib: “Əgər Macarıstanla Sloveniya ilə qarşılaşmadakı kimi çıxış etsəydik, nəticə bizim xeyrimizə olacaqdı. İlk matçımızda səhvlərimiz çox oldu. Düşünürəm ki, birinci görüşümüz olduğu üçün qızlarda bir qədər gərginlik var idi”.

O, turnirin ikinci dövrəsində keçirəcəkləri görüşlərə daha yaxşı hazırlaşacaqlarını bildirib: “Qarşıda bizi Slovakiya və Monteneqro seçmələri ilə oyunlar gözləyir. Düzdür, vaxtımız azdır. Amma həmin qarşılaşmalarda daha yaxşı oyun göstərmək niyyətindəyik. Hədəfimiz qələbə qazanmaqdır. Hər qalibiyyət komandamızı daha da irəliyə aparır”.

Qeyd edək ki, Avropa Qızıl Liqasının iyunun 6-dan 8-dək gerçəkləşəcək ikinci dövrəsi Slovakiyada təşkil olunacaq. Azərbaycan yığması ayın 6-da ev sahibi komanda ilə, bir gün sonra isə Monteneqro ilə üz-üzə gələcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:97
embedMənbə:https://azertag.az
archiveBu xəbər 02 İyun 2025 15:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see261

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see258

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see234

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see189

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see188

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see179

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see178

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see177

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see161

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see157

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see155

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see153

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see151

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see147

Rusiya: Ukrayna ordusu Donbas bölgəsini tərk etməlidir

23 Yanvar 2026 15:18see146

Andrey Demçenko: İmişli də eyni şərtlərdə oynayırdı

23 Yanvar 2026 17:28see146

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see146

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see143

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see138

Aqrar sahənin xarici əlaqələri: uğurlar, perspektivlər

24 Yanvar 2026 01:47see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri