Icma.az
close
up
RU
Azərbaycan millisinin baş məşqçisi: Monteneqro ilə oyuna maksimum gücümüzlə hazırlaşırıq

Azərbaycan millisinin baş məşqçisi: Monteneqro ilə oyuna maksimum gücümüzlə hazırlaşırıq

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 20 fevral, AZƏRTAC

“Fevralın 15-dən toplanış keçirik. Monteneqro ilə görüşə maksimum gücümüzlə hazırlaşırıq”.

AZƏRTAC xəbər verir ki, bu sözləri qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Siyasət Əsgərov UEFA Millətlər Liqasının qrup mərhələsinin I turunda Monteneqro yığmasına qarşı keçiriləcək oyunla bağlı danışarkən deyib.

Mütəxəssis rəqibi çox yaxşı tanıdıqlarını bildirib: “Əvvəlki seçmə mərhələlərdə onlarla bir neçə dəfə qarşılaşmışıq. Millətlər Liqasında üz-üzə gəldiyimiz son iki matçda Monteneqro üzərində qələbə qazanmışdıq. Ancaq bu düşüncə ilə yanaşsaq, səhv etmiş olarıq. Çünki rəqib futbolçuların həm fərdi, həm də kollektiv keyfiyyətləri yüksəkdir. Bərabər gücə malik komandalar üz-üzə gələcək. Bu səbəbdən hesab edirəm ki, şanslar yarı-yarıyadır. Kim daha istəkli olacaq, az səhvə yol verəcəksə, o da qalib gələcək”.

Baş məşqçi heyətdə bəzi itkilərin olduğunu sözlərinə əlavə edib: “Təəssüf ki, itkilərimiz var. Aytac Şərifova klubunda zədələndiyi, Peritan Bozdağ isə Avropa çempionatının pley-off mərhələsində Portuqaliya ilə oyunda qırmızı vərəqə aldığı üçün dəvət edilməyib. Buna baxmayaraq, inanıram ki, heyətə cəlb olunan digər oyunçular bu boşluğu hiss etdirməyəcəklər”.

S.Əsgərov ötən il Avropa çempionatının seçmə mərhələsində B Liqasında mübarizə aparmağın komandaya böyük təcrübə qazandırdığını söyləyib: “Hər oyun bizə böyük təcrübə qazandırır. Bundan əvvəl B Liqasında çıxış etməyimiz komandamızın inkişafına təkan verdi. Çox güclü rəqiblərlə qarşılaşmışdıq. Məsələn, İsveçrə uzun müddət idi A Liqasında çıxış edirdi, yenidən ora qayıtdı. Macarıstan isə A Liqasına vəsiqə uğrunda pley-off oyunu keçirdi. Yəni A Liqası səviyyəsində olan komandalarla qarşılaşmışdıq. Bu da bizə çox şey verdi”.

Qeyd edək ki, fevralın 21-də “Liv Bona Dea Arena”da keçiriləcək Azərbaycan – Monteneqro oyunu saat 15:00-da başlayacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:53
embedMənbə:https://azertag.az
archiveBu xəbər 20 Fevral 2025 18:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see236

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see219

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see150

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see143

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see140

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see137

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri