Azərbaycan voleybolçularından uğurlu start
Icma.az, Qol.az saytına istinadən bildirir.
Bu gün III MDB Oyunlarında voleybol yarışlarına start verilib.
QOL.az xəbər verir ki, Gəncə İdman Sarayında təşkil olunan voleybol yarışında ilk olaraq 15 yaşadək qızlardan ibarət komandalar meydana çıxıblar. Turnirin ilk qarşılaşması B qrupunda yer alan Belarus və Qırğızıstan milliləri arasında olub. Görüş Belarus yığmasının 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Günün ikinci matçında isə A qrupunda yer alan Azərbaycan yığması Tacikistan komandası ilə üz-üzə gəlib. Oyun qızlarımızın 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, millimiz növbəti oyununu oktyabrın 3-də Özbəkistan yığmasına qarşı keçirəcək.
Baxış sayı:61
Bu xəbər 29 Sentyabr 2025 21:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















