Azərbaycan tennisçisindən uğurlu start
Icma.az bildirir, futbolpress-az saytına əsaslanaraq.
Azərbaycanın tennis millisi Albaniyanın paytaxtı Tiranada təşkil olunan “Davis Cup”a qələbə ilə başlayıb.
Futbolpress.az xəbər verir ki, ölkəmizi yarışda yığmanın heyətində Tamerlan Əzizov, Kənan Qasımov və Elvin Həşimov təmsil edir.
Mübarizənin ilk günü milli komanda üçün uğurlu olub. Yığma Andorraya qalib gəlib. Tamerlan Əzizov rəqibi Erik Servos Noqeri 2:0 (6:1, 6:3) hesabı ilə məğlub edib. Kənan Qasımov Damyen Jelaber ilə qarşılaşmada sevinən tərəf olub – 2:0 (6:1, 6:0).
Tennisçilərimiz qoşa mübarizədən də qalib ayrılıblar. Tamerlan Əzizov – Kənan Qasımov cütlüyü Servos Noqer – Damyen Jelaber duetini üstələyib – 2:0 (6:2, 6:4).
Baxış sayı:76
Bu xəbər 13 İyun 2025 12:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















