Icma.az
close
up
RU
“Azərbaycan Vyetnam əlaqələrinin tarixi dərin və zəngindir” MÜNASİBƏT BİLDİRİLDİ

“Azərbaycan Vyetnam əlaqələrinin tarixi dərin və zəngindir” MÜNASİBƏT BİLDİRİLDİ

Icma.az, Ses qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Coğrafi baxımından fərqli ərazilərdə yerləşməyimizə, məsafə baxımından kifayət qədər uzaq olmağımıza baxmyaraq Vyetnam və Azərbaycan xalqları artıq uzun illərdir ki, bir-birini tanıyır və həmişə bir-birinə xüsusi hisslər bəsləyiblər”.Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Əhməd Abbasbəyli deyib.

Əhməd Abbasbəyli sözlərinə belə davam edib: “Hələ tələbəlik illərində xatırlayıram - keçən əsrin 70-80-ci illərindən Bakının ali məktəblərində çoxlu sayda Vyetnamlı tələbələr müxtəlif ixtisaslara yiyələnərək öz ölkələrinə savadlı, faydalı mütəxəssislər kimi qayıdırdılar. O da yadımdadır ki, sovet dönəmində Bakı şəhərinin Vyetnamın Vunq-Tau şəhəri ilə qardaşlaşması hər iki ölkədə əlamətdar tədbir kimi böyük təntənə ilə qeyd olunurdu.Təbii ki, bu gün daha çox Qərbə köklənmiş müasir gənc nəsil üçün Vyetnam bir az ekzotik, yad görünə bilər, amma danılmaz faktdır ki, Azərbaycan Vyetnam əlaqələrinin tarixi həm dərin, həm də zəngindir. İki xalq arasında xüsusi ənənəvi dostluq əlaqələri formalaşıb. Məhz bu münasibətlər, bu əməkdaşlıq çoxsaylı tarixi sınaqları və zamanın çağırışlarını birlikdə dəf ediblər. Əminliklə demək olar ki, məhz Azərbaycanda təhsil alan minlərlə yüksək ixtisaslı kadrların Vyetnamın bu günkü inkişafında böyük rolu var.Əlbəttə ki, son illərdə əlaqələrin daha da intensivləşməsi, xüsusi ilə də Vyetnam Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lamın Bakı səfəri, səfərin nəticəsi olaraq qəbul edilmiş qərarlar və imzalanmış sənədlər bu münasibtələrin yeni, daha yüksək səviyyəyə yüksəlməsinə dəlalət edir. Bu təkcə qarşılıqlı siyasi əlaqələrin deyil, həm də iqtisadi sahədə hər iki ölkənin bir-birinin təcrübəsindən yararlanması baxımından perspektivlərin olmasını aktuallaşdırır. Şübhəsiz ki, bu kimi hadisələr ilk növbədə ölkəmizin beynəlxalq aləmdə həm siyasi, həm də iqtisadi nüfuzunun və əhəmiyyətinin artmasının sübut edən amillərdəndir. Yaşıl iqtisadiyyata keçid, son dövrlərdə ölkəmizin Avropanı enerji ilə təminatı, tranzit ölkə kimi Avropaya çıxış imkanlarının xüsusi əhəmiyyət kəsb etməsi, Azərbaycan üzərindən Qərbə açılan qapılar və ticarət əlaqələrinin genişləndirmək imkanı yaratması və s. ölkəmizlə əməkdaşlığı daha da cəlbedici etməklə yanaşı, bizim üçün də marağa səbəb olur və iqtisadi inkişaf üçün meydan açır. Son illər Cənubi-Şərqi Asiya ölkələrinin iqtisadi sıçrayışı bu təcrübədən yararlanmaq imkanları bizim ölkəmiz üçün də yeni perspektivlər yaradır. Vyetnamla əlaqələrin inkişafı ölkəmizdə turizmin inkişafı baxımından, investorların cəlb olunması, ticarət əlaqələrimizi daha da genişləndirərək daha geniş çeşid məhsul ixracatı kimi mühüm nəticələr əldə olunmasına səbəb ola bilər. Ən vacib və gəlirli sahə kimi isə müasir texnologiyaların, elektronika, digər texniki avadanlıqların istehsalı və s. baxımından Vyetnam təcrübəsinə istinad edərək həm daxili tələbatı ödəmək, həm də xarici bazara çıxışa nail olmaq baxımından faydalı olacağını söyləmək olar”.

Ayşən Vəli

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:85
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 08 May 2025 17:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see161

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see161

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see160

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see160

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see150

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see149

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see147

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see139

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see138

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see137

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see133

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see132

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see130

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see130

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see128

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see128

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see126

Zelenski bir neçə regional rəhbəri vəzifədən azad etdiZelenski bir neçə regional rəhbəri vəzifədən azad etdi

22 Dekabr 2025 06:18see124

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see124

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri