Icma.az
close
up
RU
Azərbaycan Vyetnam münasibətləri möhkəm və tarixi təməlləri olan dostluğa əsaslanır

Azərbaycan Vyetnam münasibətləri möhkəm və tarixi təməlləri olan dostluğa əsaslanır

Sia Az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycanın yerləşdiyi coğrafi məkan, artmaqda olan beynəlxalq nüfuzu, tarixi əhəmiyyətli təşəbbüsləri, yüksəlməkdə olan iqtisadi potensialı ölkəmizi həm Avropa, həm də Asiya coğrafiyasında önəmli aktora çevrilməsini şərtləndirir. Bu kontekstdə Şərqlə Qərb arasındakı loqistik xətlər üzərində müstəsna mövqeyə malik olan respublikamızın son dövrlər çoxvektorlu beynəlxalq və ikitərəfli əlaqələri daha çox diqqət çəkməkdədir. Eyni zamanda Prezident İlham Əliyevin geosiyasi və geoiqtisadi təşəbbüsləri və atdığı düşünülmüş səmərəli diplomatik addımları sayəsində Şimalda Rusiya ilə formalaşmış müttəfiqlik münasibətləri, başda qardaş Türkiyə olmaqla Avrasiya məkanını əhatə edən Türk Dövlətləri Təşkilatı çərçivəsində qarşılıqlı əlaqələrin sürətli inkişafı, son vaxtlar Cənubda İranla dostluq və əməkdaşlıq niyyətlərinin reallığa çevrilməsi, Şanxay Əməkdaşlıq Təşkilatında dialoq tərəfdaşı statusu və BRİKS hədəfi, ötən ay Çin Xalq Respublikası ilə hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanatın imzalanması məhz rəsmi Bakının Qitələr arasında dayanıqlı körpülərin qurulmasına verdiyi töhfənin böyük əhəmiyyətindən xəbər verir.

Bu gün uzaq Vyetnamı ölkəmizlə yaxınlaşdıran əlaqələr də məhz bu prizmadan dəyərləndirilməlidir. Mayın 6-da Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lamın ölkəmizə ilk rəsmi səfəri ərəfəsində Prezident İlham Əliyevin 2025-ci il mayın 6-da “Vietnam News Agency” agentliyinə verdiyi müsahibənin ruhu və səfərin yekunları ilə bağlı mətbuata bəyanatının tezisləri iki ölkə arasındakı əlaqələrin yeni, daha yüksək mərhələyə qədəm qoyduğuna dəlalət edir.

Qeyd edək ki, Vyetnam xalqı uzun illər müstəmləkəçilik, istila, hərbi müdaxilə şəraitindən qurtularaq, nəhayət, yeni inkişaf dövrünü yaşamaqdadır. Ölkənin müharibədən sonrakı bərpasında, xüsusən də SSRİ dövründə neft-qaz sənayesinin qurulmasında Azərbaycanın çox böyük dəstəyi və neftçilərimizin böyük tarixi xidmətləri olub. Xalqlarımız arasındakı münasibətlərin təməli məhz həmin dövrdə qoyulub. Ulu öndər Heydər Əliyevin 42 il əvvəl – 1983-cü ildə sovet nümayəndə heyətinin rəhbəri kimi Vyetnama səfəri təkcə keçmiş SSRİ ilə Vyetnam arasında münasibətlərin dərinləşməsi baxımından deyil, həm də Vyetnam xalqının Azərbaycana isti münasibətinin formalaşmasında xüsusi rol oynayıb. Bu səfər keçmiş SSRİ-nin, eləcə də Azərbaycanın Vyetnamla münasibətlərinin inkişafını sürətləndirib, sovet rəhbərliyini Vyetnama iqtisadi və elmi-texniki kömək göstərmək barədə inandıra bilib.

2014-cü ildə Prezident İlham Əliyevin Hanoya səfərindən sonra yeni əməkdaşlığın inkişaf istiqamətləri müəyyənləşib. Bu gün Azərbaycan – Vyetnam əlaqələri humanitar sahədə də genişlənməkdədir. Heydər Əliyev Fondunun Vyetnamdakı xeyriyyə fəaliyyəti – məktəb binalarının tikintisi, görmə qabiliyyəti məhdud şəxslər üçün dəstək layihələri – bu dostluğun canlı təzahürüdür. Fondun vitse-prezidenti Leyla Əliyevanın bu yaxınlardakı səfəri də iki xalq arasında mənəvi bağların möhkəmləndirilməsi istiqamətində növbəti addım kimi diqqət çəkir.

Bu gün də Azərbaycan və Vyetnam arasında əlaqələr qarşılıqlı hörmət, bərabərlik və mədəni yaxınlıq prinsipləri üzərində inkişaf edir. Enerji, təhsil, humanitar kimi sahələrdə ortaq irs, ədəbiyyat və sənət vasitəsilə yaşadılan bu dostluq xalqlar arasında möhkəm körpüyə çevrilib.

Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra qarşılıqlı səfərlərin əhəmiyyəti nəzərə alınaraq 2014-cü ildə Prezident İlham Əliyevin Vyetnam Sosialist Respublikasına dövlət səfəri, 2015-ci ildə isə Vyetnam Prezidenti Truonq Tan Sanqın Azərbaycana rəsmi səfəri ölkələr arasında siyasi, iqtisadi, mədəni-humanitar və digər sahələlərdə əməkdaşlığın dərinləşməsinə etibarlı zəmin yaradıb. Bu gün iki dövlət liderlərinin siyasi iradələri sayəsində ölkələrimiz arasında fəal siyasi dialoq və beynəlxalq təşkilatlarda səmərəli əməkdaşlıq yüksək dəyərləndirilib.

Prezident İlham Əliyev Vyetnam KP MK-nın Baş katibi To Lamın Bakıya səfərinin yekunlarına münasibət bildirərkən bu siyasi hadisənin Vyetnam-Azərbaycan əlaqələrinin inkişafı üçün mühüm əhəmiyyət daşıdığını söyləyib: “Əminəm ki, səfərin nəticələri uğurlu olacaq və əldə edilmiş razılaşmalar konkret layihələrə çevriləcək. Bu gün imzalanmış sənədlər arasında Azərbaycan ilə Vyetnam arasında qəbul edilmiş Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyanatı xüsusilə qeyd etmək istərdim. Bu, çox ciddi siyasi sənəddir. Bu, əslində, Vyetnam-Azərbaycan əlaqələrini daha yüksək pilləyə qaldıran bir sənəddir. Əminəm ki, artıq bu yüksəksəviyyəli münasibətlər gələcək ikitərəfli əməkdaşlıq üçün də ən vacib rol oynayacaqdır. Gördüyünüz kimi, bu gün imzalanmış sənədlər arasında bir çox istiqamətlər üzrə sənədlər var. Bu gün apardığımız danışıqlar və əldə edilmiş razılaşmalar deməyə əsas verir ki, biz qarşılıqlı əməkdaşlıq istiqaməti üzrə çox ciddi addım atmışıq”.

Beləliklə, iki ölkə arasında formalaşan strateji dostluq münasibətləri milli maraqlara və müasir çağırışlara əsaslanan çoxvektorlu xarici siyasət həyata keçirməklə davamlı sosial-iqtisadi inkişafı təmin edən və beynəlxalq müstəvidə mövqelərini möhkəmləndirən Azərbaycan ilə Vyetnam arasında iqtisadiyyat, ticarət, enerji təhlükəsizliyi, kənd təsərrüfatı, humanitar, turizm, təhsil, habelə hərbi və digər sahələr üzrə əməkdaşlığın inkişafı üçün geniş perspektivlərə yol açır.

Saleh MƏHƏRRƏMOV,

Yeni Azərbaycan Partiyası Oğuz rayon təşkilatının sədri

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:125
embedMənbə:https://sia.az
archiveBu xəbər 12 May 2025 18:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hökumət kənd təsərrüfatı, qida və sənaye sektoruna daha çox diqqət ayırmalıdır

24 Dekabr 2025 15:21see295

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see193

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see175

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see165

Xarici ticarət: ixrac və idxal azalır

24 Dekabr 2025 23:42see157

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see153

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see148

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

24 Dekabr 2025 20:16see146

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see141

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see140

Quba məktəbliləri sağlam qidalanma vərdişləri barədə məlumatlandırılıblar

24 Dekabr 2025 13:04see139

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

25 Dekabr 2025 01:15see139

Hökumə Əliyevaya həsr edilən film yenə təxirə düşdü SƏBƏB

24 Dekabr 2025 12:09see135

İmkanı olmayanlara pulsuz mal qara verilməsi ilə bağlı AÇIQLAMA

25 Dekabr 2025 04:48see133

Türkiyədə tanınmış şəxslər saxlanıldı Terror təşkilatına kömək edirmişlər... FOTO

25 Dekabr 2025 13:26see131

Səhifələrin sayı deyil, alınan həzz önəmlidir: Mütaliənin gizli sirri

25 Dekabr 2025 06:29see130

10 dəqiqəyə hazır: Ən sadə tava börəyi resepti

24 Dekabr 2025 07:15see129

Mərkəzi Bank 2026 cı il pul siyasətini bu tarixlərdə nəzərdən keçirəcək

25 Dekabr 2025 09:35see127

Ukrayna üçün səylərimizi davam etdirəcəyik Makron

25 Dekabr 2025 01:15see125

Qarderobunuzu necə təşkil etmək olar: Atılacaq əşyalar...

25 Dekabr 2025 01:01see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri