Icma.az
close
up
RU
Azərbaycan Xalq Cümhuriyyətinin yaranması xalqımızın müstəqillik əzminin bariz nümunəsi idi

Azərbaycan Xalq Cümhuriyyətinin yaranması xalqımızın müstəqillik əzminin bariz nümunəsi idi

Icma.az xəbər verir, Ses qazeti saytına əsaslanaraq.

“Azərbaycan Xalq Cümhuriyyətinin yaranması xalqımızın müstəqillik əzminin parlaq təcəssümü idi. Bildiyiniz kimi, Şərqdə və müsəlman aləmində ilk demokratik dövlət quruluşunu yaratmağa nail olmuş Azərbaycan Xalq Cümhuriyyəti 1918-ci il mayın 28-də istiqlaliyyətini elan etməklə xalqımızın və bütövlükdə Şərqin ilk demokratik, hüquqi və dünyəvi parlament respublikasının əsasını qoydu. Bununla da xalqımız çoxəsrlik dövlətçilik ənənələrini müasir formada davam etdirdi”.Bu fikirləri Milli Məclisin deputatı Vüqar İskəndərov bildirib.

Deputat vurğulayıb ki, cəmi 23 ay mövcud olmasına baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti demokratik dövlətçilik ənənələrinin təməlini qoydu: “Qısa müddətdə ilk parlament və hökumət formalaşdırıldı, dövlət atributları təsis olundu, dövlət quruculuğu sahəsində mühüm addımlar atıldı. Cümhuriyyətin beynəlxalq aləmdə tanınması, diplomatik müstəvidə milli maraqların qorunması istiqamətində əhəmiyyətli işlər görüldü. Parlamentin qəbul etdiyi qanunlar müstəqilliyin möhkəmləndirilməsi, ölkədə siyasi, iqtisadi və mədəni sahələrin inkişafı, eləcə də demokratik dəyərlərin təsbit olunması baxımından xüsusi rol oynadı”.
Vüqar İskəndərov qeyd edib ki, Avropa demokratiyası ilə Şərq mədəniyyətini birləşdirən Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın yüksək siyasi şüurunun və milli kimliyinin ifadəsi idi: “Müstəqil, azad və demokratik respublika qurmaq məqsədini qarşıya qoymuş Cümhuriyyət xalqın milli mənlik şüurunu özünə qaytardı, onun öz müqəddəratını müəyyən etməyə qadir olduğunu bütün dünyaya nümayiş etdirdi. Təəssüf ki, bu müstəqillik cəmi 23 ay davam etdi”.
Millət vəkili bildirib ki, bu gün biz daha qüdrətli və sabit bir dövlətin vətəndaşlarıyıq: “Ulu Öndər Heydər Əliyevin qurub-yaratdığı müasir Azərbaycan bu gün dünya miqyasında mövqelərini durmadan möhkəmləndirən güclü bir dövlətdir. Tarixi köklərimizə sadiqliyimizi qoruyaraq, böyük nailiyyətlərə imza atırıq. Bütün bu uğurlar Prezident İlham Əliyevin güclü siyasi iradəsi və uzaqgörən rəhbərliyi nəticəsində əldə olunub. Bu gün ölkəmizdə demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu prosesi, vətəndaş cəmiyyətinin formalaşması, siyasi, iqtisadi və sosial islahatlar ardıcıl və məqsədyönlü şəkildə həyata keçirilir, əhalinin sosial müdafiəsi istiqamətində ciddi tədbirlər görülür”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:113
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 27 May 2025 16:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see173

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see173

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see160

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see155

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see154

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see151

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see147

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see142

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see139

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see136

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see136

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see134

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see133

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see132

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see131

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see129

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see129

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see129

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri