Icma.az
close
up
RU
Xalqımızın əzminin təntənəsi

Xalqımızın əzminin təntənəsi

Ses qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Məlumdur ki, 20 sentyabr Azərbaycan tarixində xüsusi bir gün kimi yadda qalmışdır. Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri üzərində dövlətimizin suverenliyinin bərpa olunduğu, üç onillikdən artıq davam edən işğal və separatizm dövrünün tamamilə sona çatdığı gündür.

Yeri gəlmişkən, qeyd edək ki, Azərbaycan xalqı uzun illər bu həsrəti yaşayıb, Xocalı soyqırımının ağrılarını daşıyıb, Xankəndinin və digər şəhərlərimizin işğaldan azad olunacağı günü səbirsizliklə gözləyib. 2023-cü il sentyabrın 19–20-də həyata keçirilmiş lokal antiterror tədbirləri nəticəsində dövlətimizin ərazi bütövlüyü tam bərpa edildi və həmin tarixi gözlənti gerçəyə çevrildi.

Onu da qeyd edək ki, bu tədbirlər beynəlxalq hüququn norma və prinsiplərinə, ölkəmizin Konstitusiyasına tam uyğun şəkildə həyata keçirilmişdir. Azərbaycan Ordusu qısa müddətdə qanunsuz silahlı dəstələri zərərsizləşdirdi, mülki əhalinin təhlükəsizliyini təmin etdi və bölgədə sabitliyi bərpa etdi. Bu gün artıq Azərbaycan xalqı qürur hissi ilə bəyan edə bilər ki, Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərində üçrəngli bayrağımız dalğalanır. Bu, yalnız hərbi uğur deyil, həm də milli birlik, dövlətimizin siyasi iradəsi və xalqımızın əzminin təntənəsidir. 20 sentyabrın tarixi mahiyyəti ondan ibarətdir ki, bu gün Azərbaycan xalqının 30 ildən artıq davam edən ədalət mübarizəsinin yekun zəfəri rəmzinə çevrilmişdir. İndi qarşıda duran əsas vəzifə həmin torpaqlarda genişmiqyaslı bərpa və quruculuq işlərini sürətləndirmək, Xocalı da daxil olmaqla bütün şəhərlərimizin əvvəlki simasını daha müasir formada bərpa etmək, məcburi köçkünlərin təhlükəsiz şəkildə öz doğma yurdlarına dönüşünü təmin etməkdir.

Azərbaycan dövləti bütün bu məqsədlərə nail olmaq üçün kifayət qədər güclü iradəyə, siyasi qətiyyətə və iqtisadi potensiala malikdir. Xalqımız isə bu yolda dövlətinin yanındadır.

Ən əsası, 20 sentyabr - Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü həm dövlətçilik tariximizdə, həm də milli yaddaşımızda əbədi olaraq qalacaqdır. Bu gün azadlıq və qələbə günüdür, milli qürurumuzun zirvəsidir!

Yasin Ələsgərov,

YAP Göygöl rayon təşkilatı üzrə Aşıqlı kənd ərazi partiya təşkilatının fəal üzvü

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:162
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 17 Sentyabr 2025 14:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see344

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see340

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see339

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see301

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see293

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see291

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see288

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see278

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see277

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see269

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see268

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see235

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see233

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see230

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see225

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see225

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see222

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see222

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see212

İlkin tibbi yardım üçün ən yaxın səhiyyə müəssisəsinə müraciət edilməlidir Həkim

21 Oktyabr 2026 17:48see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri