Icma.az
close
up
RU
Azərbaycan xalqı tarixi ədaləti bərpa edir və Qərbi Azərbaycana qayıdış mütləq reallaşmalıdır

Azərbaycan xalqı tarixi ədaləti bərpa edir və Qərbi Azərbaycana qayıdış mütləq reallaşmalıdır

Bizimyol saytından alınan məlumata görə, Icma.az bildirir.

“Ermənistan Qərbi azərbaycanlıların nə vaxt və hansı şərtlərlə öz dədə-baba yurdlarına dönə bilmələri ilə bağlı aydın mövqe ifadə etməlidir”. Bunu Prezident İlham Əliyev Ankarada “Qərbi Azərbaycana qayıdış insan hüquqlarının aliliyinin mühüm şərti kimi” mövzusunda keçirilən beynəlxalq konfransın iştirakçılarına müraciətində deyib. İlham Əliyev vurğulayıb ki, “Ermənistan cəmiyyətində türk xalqlarına qarşı dərin kök salmış nifrət, “böyük Ermənistan” xülyası, həmin ölkənin konstitusiyasında Azərbaycana və Türkiyəyə qarşı ərazi iddialarının yer alması, Qərbi azərbaycanlıların qayıdışına imkan verilməməsi sülhə mane olur”.

“Ermənistan qonşu dövlətlərə qarşı ərazi iddialarına son qoymalı, azərbaycanlılara məxsus mədəni irsin bərpası və qorunması üçün addımlar atmalı, bu məqsədlə UNESCO-nun monitorinq missiyasına icazə verməli, qayıdış mövzusunda İcma ilə dialoqa başlamalıdır. Ermənistan Qərbi azərbaycanlıların nə vaxt və hansı şərtlərlə öz dədə-baba yurdlarına dönə bilmələri ilə bağlı aydın mövqe ifadə etməlidir”-deyə prezident bildirib.

Prezident İlham Əliyev edib ki, Qərbi azərbaycanlıların qayıdış istəyi Ermənistana qarşı ərazi iddiası demək deyildir və Ermənistan həmin istəyi bu formada təqdim etmək cəhdlərindən əl çəkməlidir: “Qayıdış reallaşana qədər bu məsələ Azərbaycanın gündəliyindən çıxmayacaqdır. Təbii ki, öz yurdlarına dönəcək Qərbi azərbaycanlılara təhlükəsizlik zəmanəti də verilməlidir".

Politoloq Nicat İsmayılov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Qərbi Azərbaycana qayıdış Azərbaycanın prioritet siyasətidir: “300 mindən artıq azərbaycanlıların hüquqları tapdalınaraq öz dədə-baba yurdlarından deportasiya olunub. Onların geri qayıtması təməl hüquqlarıdır. Azərbaycan dövləti bu istiqamətdə irəli gələn addımları atır. Ermənistan hakimiyyəti bununla bağlı hüquqi öhdəliklər götürməlidir”.

Nicat İsmayılov

Nicat İsmayılov hesab edir ki, Azərbaycan prezidenti cənab İlham Əliyev bu istiqamətdə lazım olan dövlət siyasətini həyata keçirir.

“Ermənistan uzun illər deportasiya siyasəti apardı. Qərbi Azərbaycanda vandalizm, etnik təmizləmə və soyqırım siyasəti ilə monoetnik dövlət yaratdılar. Üstəlik, Azərbaycana ərazi iddiaları irəli sürərək işğala başladı. Nəticədə bir milyon azərbaycanlılar qovuldu. Əraziləri işğalda saxladı. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ildə ərazilərimiz işğaldan azad edildi”-deyən politoloq bildirib ki, hazırda yeni siyasi reallıqlar yaranıb və Azərbaycan xalqı tarixi ədaləti bərpa edir, buna görə də azərbaycanlıların hüquqlarını gündəmə gətirməklə, onların qayıdışını təmin etməyə çalışır.

“Biz Ermənistana ərazi iddiaları irəli sürmürük. Cənab Prezident də bunu qeyd edir. Sadəcə Ermənistan hakimiyyəti azərbaycanlıların təməl haqlarını tanımalıdır. Düşünürəm ki, cənab Prezident Qərbi Azərbaycana qayıdışı reallaşdıracaq. Bu istiqamətdə Qərbi Azərbaycan icması ciddi işlər həyata keçirir. Prezident bu istiqamətdə həyata keçirilən ictimai prosesləri dəstəkləyir”-deyə Nicat İsmayılov qeyd edib.

İradə Cəlil, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:51
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 24 May 2025 17:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see267

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see252

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see220

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see218

Aldadılaraq Ukraynaya göndərilən həmyerlimiz yardım istəyir FOTO

16 Yanvar 2026 16:58see202

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see163

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see154

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see139

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see136

Oturaq həyat tərzinin fiziki və psixoloji təsirləri nələrdir?

16 Yanvar 2026 18:40see135

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see131

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see131

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see129

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see129

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see128

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri