Icma.az
close
up
RU
Menu

Boşalan evlər MİDA ya verilsə, Bakıda mənzillər ucuzlaşacaq İqtisadçı Bu gün Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) Bakıdakı Hövsan Yaşayış Kompleksinin I və II mərhələləri, Binəqədi Yaşayış Kompleksi, eləcə də Sumqayıt, Lənkəran, Şirvan və Yevl

Tibbi sığortadan kəsilən pullar korrupsiya və lüzumsuz xərclərə gedəcək Partiya sədri

WUF13 ün rəsmi sosial media səhifələri fəaliyyətə başlayıb

Dabaq xəstəliyinə qarşı ictimai narahatlıq ət bazarlarını vurdu , ət dükanlarında satış həcmi azalmağa başladı

Bakı “ravvinlər sammiti”nə niyə fasilə verdi? Səssiz diplomatiyanın görünməyən tərəfləri

Yadigar Muradovun son durumu açıqlandı KONKRET

Pendirin beyinə faydası

Trampın sərt xəbərdarlığı və Qəzzadakı kövrək atəşkəs: hadisələrin mümkün ssenariləri

İngiltərə çempionu 90 il sonra bu aqibətlə üzləşdi Antirekord

“Honda” çip çatışmazlığı səbəbindən avtomobil istehsalını dayandırdı

İkitəkərli nəqliyyat vasitələri hansı təhlükələri yaradır? VİDEO

Türk dünyasında yeni siyasi mərhələ başlayır ŞƏRH EDİLDİ

Aİ Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması prosesini dəstəkləyir

Böyük Britaniya Səudiyyə Ərəbistanı ilə 6,4 milyard funtluq müqavilə imzalanıb

Yaponiyanın baş naziri Trampın Rusiya enerji daşıyıcılarının idxalını qadağan etmək xahişini RƏDD ETDİ

Kişilərin ürəyi daha zəif olur Həkim təsdiqlədi

Nvidia dünyanın ən dəyərli səhmdar şirkəti oldu

Moskvadan Parisin hərbi kontingent yerləşdirmək planına reaksiya

Şorba bişirməkdən imtina edən arvadını bıçaqlayıb dərisini soydu

21 yaşlı Adilin ölüm səbəbi TƏFƏRRÜAT KONKRET

Azərbaycan xalqı və dövləti üçün olduqca əlamətdar bir tarixdə bir araya gəlmişik FOTO

Azərbaycan xalqı və dövləti üçün olduqca əlamətdar bir tarixdə bir araya gəlmişik FOTO

Ses qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

Hörmətli konfrans iştirakçıları, əziz qonaqlar, xanımlar və cənablar!

"Hər birinizi ölkəmizdə - Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin qətiyyətli siyasəti, xalqımızın sarsılmaz həmrəyliyi, Azərbaycan Ordusunun qüdrəti sayəsində 30 illik işğaldan azad edilmiş Şuşa şəhərində salamlamaqdan məmnunluğumu ifadə edir, dəvətimizi qəbul edərək tədbirə qatıldığınız üçün təşəkkürümü bildirir və konfransın işinə uğurlar arzulayıram". "Səs" qəzeti xəbər verir ki, bu sözləri Şuşada “Yeni dünya nizamı: geosiyasi aspektlər və qlobal çağırışlar” mövzusunda beynəlxalq konfransda YAP-ın Mərkəzi Aparatının rəhbəri Tahir Budaqov deyib.

O çıxışında bildirib ki, biz Azərbaycan xalqı və dövləti üçün olduqca əlamətdar bir tarixdə bir araya gəlmişik. 32 il əvvəl – 1993-cü il iyunun 15-də son dərəcə mürəkkəb bir şəraitdə - Azərbaycan Respublikası yenicə bərpa etdiyi dövlət müstəqilliyini itirmək təhlükəsi ilə qarşı-qarşıya olarkən müdrik dövlət xadimi Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçilmiş və həmin gün tariximizə Milli Qurtuluş Günü kimi yazılmışdır: "Həmin ilin oktyabrın 3-də xalqın böyük etimadı əsasında Azərbaycan Respublikasının Prezidenti seçilən Heydər Əliyev xilaskarlıq və quruculuq missiyasını həyata keçirməklə Azərbaycanda sabitlik və inkişafı təmin etmiş, təcrid vəziyyətində olan ölkəmizi beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaşa çevirmiş və bugünkü möhtəşəm qələbələrin – tərəqqi və Zəfər yolunun əsaslarını formalaşdırmışdır.

2021-ci ilin məhz 15 iyun tarixində “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” imzalanmışdır ki, bu gün biz həmin əlamətdar hadisənin dördüncü ildönümünü də qeyd edirik. Bu, təkcə iki dost və qardaş ölkə arasında əlaqələrin strateji tərəfdaşlıqdan müttəfiqlik zirvəsinə yüksəlməsi ilə səciyyəvi deyil, həmçinin hazırkı təhdidlər və çağırışlar fonunda yeni dünya nizamının formalaşmaqda olduğu bir tarixi mərhələdə Cənubi Qafqaz regionunda və daha geniş coğrafiyada davamlı sabitlik, etibarlı təhlükəsizlik və çoxşaxəli əməkdaşlıq üçün əlverişli zəminin yaradılması istiqamətində atılmış əhəmiyyətli bir addımdır.

Dəyərli dostlar,

Müstəqil Azərbaycanın ilk milli Konstitusiyasının qəbul edilməsinin 30-cu və Vətən müharibəsində əldə olunmuş qələbənin 5-ci ildönümünü qeyd etdiyimiz 2025-ci il Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan edilmiş və təsdiq olunmuş Tədbirlər Planına əsasən il ərzində çoxsaylı yerli və beynəlxalq əhəmiyyətli tədbirlərin keçirilməsi nəzərdə tutulmuşdur. Azərbaycanın aparıcı siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyası tərəfindən də bu münasibətlə silsilə tədbirlər keçirilməkdədir.

"Konstitusiya və Suverenlik İli" çərçivəsində Milli Qurtuluş Günündə keçirilən bugünkü konfransımız olduqca aktual bir məsələyə həsr olunmuşdur. Hər birimizə məlumdur ki, müasir dövrdə beynəlxalq münasibətlər sistemində olduqca gərgin proseslər və ciddi geostrateji dəyişikliklər baş verməkdədir. Qlobal kataklizmlərin meydana gətirdiyi təhdid və çağırışlar fonunda yeni dünya nizamına transformasiya məsələsi beynəlxalq müstəvidə ciddi müzakirə predmetinə çevrilmişdir.

Azərbaycan yeni geosiyasi nizamın tərəfdarı kimi beynəlxalq təhlükəsizliyə ciddi təhdidlər yaradan hallara qarşı qətiyyətli mübarizə apararaq müstəqil və konstruktiv siyasət həyata keçirməklə qlobal miqyasda dialoq və əməkdaşlığı təşviq edir. 2020-ci ildə 44 günlük Vətən müharibəsində qələbə qazanaraq öz ərazi bütövlüyünü, 2023-cü ildə bir günlük antiterror əməliyyatı nəticəsində isə tam suverenliyini bərpa edən Azərbaycan regionda ədalətli geosiyasi nizamın - yeni təhlükəsizlik və əməkdaşlıq mühitinin formalaşması, sülh naminə etimad quruculuğunun həyata keçirilməsi istiqamətində fəal siyasət yürüdür. Ölkəmizin strateji kursu beynəlxalq hüquq normalarına riayət olunması, dövlətlərin suverenliyi və ərazi bütövlüyünə hörmət edilməsi, daxili işlərinə müdaxilə olunmaması və qarşılıqlı surətdə milli maraqların nəzərə alınması kimi prinsiplərə əsaslanır. BMT Təhlükəsizlik Şurasının uzun illər kağız üzərində qalmış qətnamələrinin icrasını öz gücü hesabına təmin edərək çoxillik münaqişəyə son qoymaqla müstəsna beynəlxalq siyasi-hüquqi presedent yaradan Azərbaycan bütün dünyada sülhün, ədalətin, bərabərliyin müdafiəçisi kimi mövqeyini aydın şəkildə ortaya qoyur.

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən praqmatik xarici siyasət kursu yalnız Cənubi Qafqaz bölgəsində deyil, daha geniş coğrafiyada qarşılıqlı maraqlara uyğun tərəfdaşlıq əlaqələrinin inkişafına və ortaq strateji hədəflərin reallaşmasına xidmət edir. Bu, Azərbaycanın dünya ölkələri ilə ikitərəfli və çoxtərəfli formatda münasibətlərinin inkişafını təmin etməklə yanaşı, beynəlxalq təşkilatlarla əlaqələrin möhkəmlənməsini də şərtləndirir. Ölkəmizin Qoşulmama Hərəkatına sədrliyi dövründə əldə etdiyi nailiyyətlər, BMT, Türk Dövlətləri Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı və digər təsisatlarda səmərəli fəaliyyəti, 2024-cü ilin noyabr ayında COP29-a uğurla ev sahibliyi etməsi və bunun nəticəsi olaraq iqlim dəyişikliyinin fəsadlarına qarşı mübarizəyə dair qlobal əhəmiyyətli qərarların qəbulu ölkəmizin beynəlxalq müstəvidə ədalətli və etibarlı tərəfdaş kimi önəmini qabarıq şəkildə bir daha təsdiq etmişdir.

Beynəlxalq münasibətlər sistemində baş verən dəyişiklikləri və yeni dünya nizamının formalaşmasının labüdlüyünü nəzərə alan Prezident İlham Əliyev BMT Təhlükəsizlik Şurasının tərkibinin genişləndirilməsi - İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatının hər birinə daimi üzv kimi yerin verilməsi təklifini irəli sürmüşdür. Bununla yanaşı, milli maraqlara hörmət və ədalət prinsiplərinə əsaslanan yeni çoxtərəfli əməkdaşlıq mühitinin yaradılması məqsədilə Azərbaycan Qlobal Cənub ilə Qlobal Şimal arasında dialoq və konstruktiv əməkdaşlıq mühitinin təmin olunmasının tərəfdarı kimi bu prosesdə fəal rol oynamaq niyyətini nümayiş etdirir. Ölkəmiz dayanıqlı sülh, təhlükəsizlik və tərəfdaşlıq naminə hərbi-siyasi təhdidlərin qarşısının alınması, iqtisadi, ekoloji, humanitar və digər sahələrdə təhlükəsizliyin təmin olunması istiqamətində mühüm təşəbbüslərlə çıxış edir. Eyni zamanda, Azərbaycanın İqtisadi Əməkdaşlıq Təşkilatı – D8-ə üzv olması, Şanxay Əməkdaşlıq Təşkilatı, BRICS kimi nüfuzlu platformalarda tərəfdaş ölkə kimi işbirliyini diqqət mərkəzində saxlaması, eləcə də neokolonializmin bütün təzahürlərinin aradan qaldırılması istiqamətindəki fəaliyyəti olduqca mühüm əhəmiyyətə malikdir.

Bir sözlə, həm yerləşdiyi Cənubi Qafqazın, həm də bütövlükdə Avrasiyanın uzunmüddətli və səmərəli əməkdaşlıq məkanına çevrilməsində maraqlı olduğunu nümayiş etdirən Azərbaycan multilateralizm prinsipinə əsaslanan yeni dünya düzəninə transformasiya prosesinə töhfələrini verməkdədir.

Hörmətli tədbir iştirakçıları,

Dünyada fərqli geosiyasi mənzərənin – yeni beynəlxalq nizamın yaranmaqda olduğu hazırkı şəraitdə müştərək hədəflər əsasında qarşılıqlı faydalı fəaliyyətin davam etdirilməsi, ölkələrimiz arasında tərəfdaşlığın gücləndirilməsi müstəsna önəm daşıyır. Biz yeni reallıqlar fonunda həmrəylik nümayiş etdirərək dünyada bərabərsizlik, təcridetmə və haqsız rəqabət kimi problemlərin əhəmiyyətli dərəcədə həllinə nail olmaqla bəşəriyyətin sağlam və xoşbəxt gələcəyi üçün etibarlı zəmin formalaşdıra bilərik. Ona görə də hakim siyasi partiyalar arasında əlaqələrin genişləndirilməsi və əməkdaşlığın dərinləşdirilməsi son dərəcə önəmlidir.

Konfransımızın panel sessiyalarından biri “Ədalət naminə həmrəylik: siyasi partiyaların rolu” mövzusuna həsr olunacaq və bu məsələlər ətrafında fikir mübadiləsi aparılacaqdır. Amma qısaca qeyd etmək istəyirəm ki, yeni reallıqlardan irəli gələn çağırış və hədəfləri əsası götürərək beynəlxalq əlaqələrini uğurla davam etdirən Yeni Azərbaycan Partiyası dost ölkələrin aparıcı siyasi partiyaları ilə münasibətlərin inkişafına xüsusi önəm verir. Dövlət başçısı, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin uzaqgörən xarici siyasət kursu əsasında məqsədyönlü partiya diplomatiyasının həyata keçirilməsi - partiyalar arasında intensiv təmasların müvəffəqiyyətlə davam etdirilməsi, səmərəli fikir və təcrübə mübadiləsinin aparılması ölkələrarası münasibətlərin möhkəmləndirilməsi baxımından olduqca əhəmiyyətlidir. Partiyalarımız arasındakı sıx təmaslar təkcə ikitərəfli əlaqələrin inkişafını əhatə etmir, həm də yeni dünya nizamına keçid şəraitində çoxşaxəli əməkdaşlığa hədəflənmişdir.

Bugünkü konfransımızın da beynəlxalq münasibətlərin bərabərlik, açıqlıq və əməkdaşlıq prinsipləri əsasında qurulması yönündə təşəbbüslərə töhfə verəcəyinə və faydalı nəticələrlə yadda qalacağına inamımı ifadə edərək hər birinizə fəaliyyətinizdə uğurlar arzulayır və diqqətinizə görə təşəkkürümü bildirirəm".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:131
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 15 İyun 2025 10:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Boşalan evlər MİDA ya verilsə, Bakıda mənzillər ucuzlaşacaq İqtisadçı Bu gün Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) Bakıdakı Hövsan Yaşayış Kompleksinin I və II mərhələləri, Binəqədi Yaşayış Kompleksi, eləcə də Sumqayıt, Lənkəran, Şirvan və Yevl

29 Oktyabr 2025 16:41see305

Tibbi sığortadan kəsilən pullar korrupsiya və lüzumsuz xərclərə gedəcək Partiya sədri

29 Oktyabr 2025 14:33see206

WUF13 ün rəsmi sosial media səhifələri fəaliyyətə başlayıb

29 Oktyabr 2025 18:21see182

Dabaq xəstəliyinə qarşı ictimai narahatlıq ət bazarlarını vurdu , ət dükanlarında satış həcmi azalmağa başladı

29 Oktyabr 2025 18:30see148

Bakı “ravvinlər sammiti”nə niyə fasilə verdi? Səssiz diplomatiyanın görünməyən tərəfləri

29 Oktyabr 2025 11:37see135

Yadigar Muradovun son durumu açıqlandı KONKRET

29 Oktyabr 2025 14:18see134

Pendirin beyinə faydası

29 Oktyabr 2025 22:03see124

Trampın sərt xəbərdarlığı və Qəzzadakı kövrək atəşkəs: hadisələrin mümkün ssenariləri

29 Oktyabr 2025 20:09see124

İngiltərə çempionu 90 il sonra bu aqibətlə üzləşdi Antirekord

30 Oktyabr 2025 09:02see123

“Honda” çip çatışmazlığı səbəbindən avtomobil istehsalını dayandırdı

29 Oktyabr 2025 17:41see123

İkitəkərli nəqliyyat vasitələri hansı təhlükələri yaradır? VİDEO

29 Oktyabr 2025 08:36see123

Türk dünyasında yeni siyasi mərhələ başlayır ŞƏRH EDİLDİ

29 Oktyabr 2025 15:54see121

Aİ Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması prosesini dəstəkləyir

29 Oktyabr 2025 17:58see121

Böyük Britaniya Səudiyyə Ərəbistanı ilə 6,4 milyard funtluq müqavilə imzalanıb

29 Oktyabr 2025 14:35see120

Yaponiyanın baş naziri Trampın Rusiya enerji daşıyıcılarının idxalını qadağan etmək xahişini RƏDD ETDİ

29 Oktyabr 2025 20:24see120

Kişilərin ürəyi daha zəif olur Həkim təsdiqlədi

29 Oktyabr 2025 21:09see120

Nvidia dünyanın ən dəyərli səhmdar şirkəti oldu

30 Oktyabr 2025 03:45see119

Moskvadan Parisin hərbi kontingent yerləşdirmək planına reaksiya

30 Oktyabr 2025 01:07see118

Şorba bişirməkdən imtina edən arvadını bıçaqlayıb dərisini soydu

30 Oktyabr 2025 04:15see117

21 yaşlı Adilin ölüm səbəbi TƏFƏRRÜAT KONKRET

30 Oktyabr 2025 01:01see116
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri