Icma.az
close
up
RU
Menu

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

A Seriyası: 19 illik rekord təkrarlandı

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

Uşaqda insultu necə tanımalı?

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

Azərbaycan xalqına əbədi müstəqillik bəxş edən Liderlər

Azərbaycan xalqına əbədi müstəqillik bəxş edən Liderlər

Icma.az, Xalqcebhesi saytına istinadən bildirir.

Zəngin və çoxəsrlik dövlətçilik ənənələrinə malik Azərbaycan xalqı tarixin bütün dövrlərində öz zəngin irsini, müstəqillik və suverenlik ideyalarını qoruyub saxlamağa müvəffəq olmuşdur. Müxtəlif mərhələlərdə üzləşdiyi çətinliklərə, işğallara və məhrumiyyətlərə baxmayaraq, xalqımız heç vaxt dövlətçilik əzmindən geri çəkilməmiş, heç bir qüvvə bu müqəddəs əzmi sarsıda bilməmişdir.

Çoxəsrlik siyasi-ictimai məfkurə və milli ruhdan qaynaqlanan, milli oyanış və dirçəlişin nəticəsi olan müstəqillik arzusu ötən əsrin əvvəllərində özünün ən qürurlu tarixi dövrünə çatmaqla milli dövlət ideyası gerçəkləşdi.

107 il əvvəl Şərqdə yaranmış ilk demokratik respublika – Azərbaycan Xalq Cümhuriyyəti dövlətçilik tariximizdə müstəqillik ideallarının əsasını qoysa da, müstəqilliyimiziqoruyub saxlaya bilmədi, müstəqil dövlət quruculuğu təəssüf ki, sovet işğalı sayəsində yarımçıq qaldı. Bu müqəddəs ali arzunu 70 il sonra Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev tamamladı.

Azərbaycanın de-fakto yenidən müstəqilliyinə qovuşması və dövlət müstəqilliyini qoruyub saxlaması Ulu Öndər Heydər Əliyevin misilsiz fəaliyyəti, qətiyyəti sayəsində mümkün oldu. Onun unikal dövlətçilik enerjisi, əvəzolunmaz siyasi zəkası Azərbaycanın dövlət müstəqilliyini bərqərar etdi.

Ümummilli Lider müstəqilliyi ən müqəddəs və şirin nemət hesab edirdi. Ona görə də, bütün həyatını, amalını bu müqəddəs yolda mübarizəyə sərf etmişdi. Müstəqilliyə gedən yol öz başlanğıcını məhz onun Azərbaycana rəhbərlik etdiyi birinci dövrdəki milli oyanışdan, milli ruhun alovlanmasından götürmüşdü. Heydər Əliyevin əsasını qoyduğu milli-ideoloji konsepsiya ötən əsrin 70-ci illərində müstəqillik ideyasının tamamlanmasına xidmət edirdi. Həmin dövrdə Azərbaycanın gələcək müstəqilliyinin strateji təməllərinin qoyulması, müstəqil dövlətin inşa edilməsi prosesi başlanmışdı.

Ulu Öndərin 1990-cı ilin iyulunda Naxçıvana qayıdışı müstəqil Azərbaycanın milli dövlətçilik ənənələrinin bərqərar olmasında, milli oyanışın başlanmasında və müqəddəs ali məqsədə çatmasında mühüm dönüş mərhələsi hesab edilə bilər. Heydər Əliyev Naxçıvanda milli dövlətçiliyimizin bərpası və dövlət quruculuğu yönündə qətiyyətli, inadlı və inamlı geniş bir siyasi hərəkatın əsasını qoydu. Onun birbaşa təşəbbüsü ilə Naxçıvanın rəsmi adından “sovet”sözünün çıxarılması hələ Sovet İttifaqının mövcud olduğu dövrdə milli cəsarətin, müstəqillik inadının ən böyük nümunəsi idi.

Heydər Əliyev müstəqillik və suverenlik hissini və arzusunu Azərbaycan xalqının milli yaddaşına qaytardı, Azərbaycanın dövlət müstəqilliyinin bərpası uğrunda xalqımızın apardığı milli-azadlıq mübarizəsini siyasi baxımdan legitimləşdirdi. O, xalqımızı milli azadlıq ideyası ətrafında sıx birləşdirərək 1991-ci il dekabrın 29-da keçmiş imperiyanın bərpasını arzulayan və bu məqsədlə respublikamızda ümumxalq referendumu keçirən qüvvələrin təkidinin üstündən birdəfəlik xətt çəkdi, əhalinin 95 faizi müstəqilliyə, suverenliyinə və istiqlaliyyətə səs verməklə Heydər Əliyevin ali amalı uğruna sadiqliyini nümayiş etdirdi.

Müstəqil Azərbaycanın rəmzlərindən olan üçrəngli bayrağımız ilk dəfə məhz Ulu Öndər tərəfindən Naxçıvan Ali Məclisində dalğalandırıldı.

Ümummilli Liderin qəbul etdiyi mühüm tarixi qərarlar Naxçıvanda yerləşən sovet qoşunlarına məxsus hərbi texnika və silahların Muxtar Respublikada saxlanılması təmin olundu, Müstəqil Azərbaycan Ordusunun əsası qoyuldu. Naxçıvandan başlayan milli birlik, milli ideya dahada dərinləşərək azərbaycanlıların vahid ideya ətrafında birləşməsini təmin etdi.

Heydər Əliyev 1991-ci ildə faktiki olaraq Azərbaycanın xarici siyasi-iqtisadi əlaqələrinin əsaslarını yaratmaqla müstəqil dövlətimizin xarici siyasət kursunu həyata keçirməyə başlamışdı. Türkiyə və İranla çoxəsrlik qonşuluq əlaqələrinin bərpası da uzun illərdən sonra məhz onun Naxçıvanda fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Onun əzmkar qətiyyəti, hər şeydən üstün tutduğu milli dövlət maraqları və bu maraqların bərpası və qorunması istiqamətində atdığı tarixi addımlar Azərbaycanı addım-addım milli müstəqilliyinə qovuşdururdu.

Ulu Öndərin başlatdığı möhtəşəm və mötəbər milli ideya konsepti, dövlətçilik enerjisi hər saat, hər saniyə Azərbaycanı öz dövlət suverenliyinə çatdırırdı.

Beləliklə, Muxtar Respublikada qəbul olunan tarixi qərarlar müstəqil Azərbaycan ideyası uğrunda geridönməz hərəkatın geniş miqyas almasına və müstəqillik mücadiləsinin öz məntiqi sonluğuna qovuşmasına gətirib çıxardı.

Təəssüf ki, Ulu Öndərin memarı olduğu müstəqil Azərbaycan səriştəsiz qüvvələrinin əlinə keçdi və xalqın qanı və azadlıq mübarizəsi sayəsində əldə edilmiş dövlətçilik təhlükə altına düşdü. O, xilaskarlıq missiyasını yerinə yetirmək üçün yenidən öz həyatını riskə atdı, 1993-cü ilin iyununda xalqın çağırışı ilə rəhbərliyə qayıdan Ulu Öndər dövlətçiliyi təhlükələrdən xilas etdi, müstəqilliyimizi qoruyaraq əbədi və dönməz etdi.

Ulu Öndər müstəqil Azərbaycanın təməllərini möhkəmləndirərək və dövlətimizi inkişaf etdirərək dünya ölkələri sırasında öz layiqli yerini müəyyənləşdirdi. Planetin ən etibarlı və sadiq dövlətlərindən birinə çevirdi. Heydər Əliyevin ən böyük arzusu, suverenliyimizi də bərpa etmək, müstəqil Azərbaycanın hər qarışında bayrağımızı dalğalandırmaq idi. O, erməni tapdağında olan torpaqlarımızın azad olunacağına dərindən inanırdı.

Prezident İlham Əliyev milli dövlətçilik dəyərlərimizə, müstəqillik salnaməmizə olan ali sevgisinin, tükənməz ehtiramının nümunəsi olaraq gecə-gündüz mübarizə apararaq torpaqlarımızı azad etdi, Ümummilli Liderin ümummilli arzusunu gerçəkləşdirdi, Azərbaycanın müstəqilllik və suverenlik aktını tamamladı, ali vəzifəsini yerinə yetirdi.

Beləliklə, Heydər Əliyevin inşa etdiyi müstəqil Azərbaycanın suverenliyi, Konstitusiya quruluşunu tamamilə bütövləşdi. 28 May Azərbaycan xalqının milli mübarizəsinin, azadlıq məfkurəsinin, həmrəylik və bütövləşmək əzminin, milli dövlətçilik və suverenlik şüurunun bərpasıdır.

Müstəqillik Günü artıq Azərbaycanın hər bir bölgəsində ‒Şuşa, Xankəndi, Xocalı, Ağdərə, Əsgəranda, Qazaxın azad edilmiş kəndlərində, bir sözlə 86,6 min kv.km-lik torpaqlarımızın hər bir guşəsində təntənə ilə qeyd edilir, üçrəngli bayrağımız bütün ərazilərimizdə dalğalanır.

Bu baxımdan 28 May həm də Ali Baş Komandan İlham Əliyevin müasir tariximizə yazdığı Zəfərin rəmzi kimi qiymətləndirilə bilər.

Ramid Namazov

Milli Məclisin deputatı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:268
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 27 May 2025 15:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see464

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see433

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see307

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see304

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see258

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

28 Oktyabr 2026 22:50see247

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see241

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see236

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see230

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

29 Oktyabr 2026 10:33see224

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see216

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

29 Oktyabr 2026 01:35see214

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see213

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see212

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see210

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see201

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see198

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see195

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see193

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri