Icma.az
close
up
RU
Azərbaycan xalqına qarşı soyqırımı siyasəti: erməni ekstremizminin qanlı səhifəsi

Azərbaycan xalqına qarşı soyqırımı siyasəti: erməni ekstremizminin qanlı səhifəsi

Ses qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Qonşu xalqların torpaqlarını zəbt edərək “Böyük Ermənistan” ideyasını gerçəkləşdirmək məqsədi güdən ermənilər tarixən soydaşlarımıza qarşı etnik təmizləmə, deportasiya və soyqırımları həyata keçiriblər. Bu soyqırımı hadisələrinin ən dəhşətlilərindən biri də daşnak-bolşevik silahlı dəstələri tərəfindən Azərbaycanın müxtəlif bölgələrində - Bakı, Şamaxı, Quba, Qarabağ, Naxçıvan, Zəngəzur, İrəvan və digər ərazilərdə 1918-ci ilin mart-aprel aylarında qəddarlıqla törədilmiş kütləvi qırğınlardır. Tarixi məlumatlara görə, bu dövrdə 30 mindən çox azərbaycanlı qətlə yetirilmiş, 10 minlərlə insan öz torpaqlarından qovulmuşdur.Şamaxıda törədilən cinayətlər xüsusi qəddarlıqla xarakterizə olunur, burada erməni silahlı dəstələri tərəfindən 7 min nəfər, o cümlədən 1653 qadın və 965 uşaq qətlə yetirilmişdir. Quba qırğınları zamanı isə 4000-dən çox insan öldürülmüş, 122 kənd tamamilə dağıdılmışdır. Bu cinayətlər nəticəsində Azərbaycan xalqı böyük itkilər vermiş, tarixi-mədəni irsi məhv edilmişdir.Xalqımıza qarşı törədilən bu qanlı faciələr uzun müddət Sovet dövründə gizlədilmişdir. Ulu Öndər Heydər Əliyevin 1998-ci ildə imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanla 31 Mart Azərbaycanlıların Soyqırımı Günü elan edilmişdir. Həmin qərar xalqımızın tarixi yaddaşının bərpası və dünya ictimaiyyətinin diqqətini bu faciəyə cəlb etmək məqsədi daşıyır. 30 mart 1999-cu il tarixində Ümummilli Lider həmin Fərmanın icrasının ardıcıl və mütəşəkkil şəkildə həyata keçirilməsi ilə bağlı tədbirlər planı təsdiq etmişdir.Dahi Lider Heydər Əliyev 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı qeyd etmişdir: “1998-ci ildən başlayaraq hər il 31 mart azərbaycanlıların soyqırımı günü kimi dövlət səviyyəsində qeyd olunur. Həmin gün soyqırımı qurbanlarının anma tədbirləri keçirilir, dünya ictimaiyyətinin diqqəti xalqımıza qarşı aparılan cinayətkar siyasətə cəlb olunur. Həm də qeyd olunmalıdır ki, xalqımıza qarşı yeridilmiş soyqırımı siyasətinin uzun tarixi olsa da, bu barədə əsl həqiqətlər yalnız Azərbaycan rəhbərliyinin qətiyyəti sayəsində son illərdə dünya ictimai fikrinə çatdırılmağa başlamışdır. Bu işdə Azərbaycan vətəndaşlarının, ictimaiyyətin, xarici ölkələrdəki azərbaycanlı icmalarının üzərinə böyük məsuliyyət düşür...”.2007-ci ildə Quba şəhərində aparılan qazıntı işləri zamanı kütləvi məzarlıq aşkar edilmişdir. Bu məzarlıqda 500-dək insan kəlləsi tapılmış, onların 50-dən çoxu uşaqlara, 100-dən çoxu qadınlara aid olmuşdur. Bu tapıntılar 1918-ci ildə ermənilərin törətdiyi soyqırımının dəlillərindən biridir.Prezident İlham Əliyevin 30 dekabr 2009-cu il tarixli Sərəncamı ilə Quba şəhərində “Soyqırımı memorial kompleksi”nin yaradılmasına qərar verilmişdir. Memorial kompleks 2012-2013-cü illərdə Quba şəhərində Qudyalçayın sol sahilində inşa edilmiş və 2013-cü il sentyabrın 18-də açılmışdır. Bu kompleks soyqırımı qurbanlarının xatirəsini əbədiləşdirmək və dünya ictimaiyyətinə tarixi həqiqətləri çatdırmaq məqsədi daşıyır.

2018-ci ildə Prezident İlham Əliyevin imzaladığı Sərəncamla “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” tədbirlər planı hazırlanmışdır. Bu tədbirlər çərçivəsində beynəlxalq səviyyədə geniş təbliğat işləri aparılmış, erməni millətçilərinin törətdiyi cinayətlər haqqında dünya birliyi məlumatlandırılmışdır. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bir sıra mühüm işlər görmüşdür. Fond bu faciənin yad edilməsi məqsədilə hər il müxtəlif beynəlxalq tədbirlər təşkil edir, soyqırımı ilə bağlı həqiqətlərin dünyaya tanıdılması istiqamətində uğurla fəaliyyət göstərir. Həmçinin, Heydər Əliyev Fondu soyqırımı ilə bağlı kitablar və fotoşəkillər nəşr etdirərək, bu faciələrin tanınmasına töhfə verir.
31 Mart - Azərbaycanlıların Soyqırımı Günü, həmçinin bu faciənin tarixi barədə məlumatların gələcək nəsillərə çatdırılması baxımından mühüm əhəmiyyət daşıyır. Xalqımızın birliyi və dövlətimizin qüdrəti sayəsində bu soyqırımı aktının qlobal səviyyədə tanınması və qınanması üçün müxtəlif tədbirlər həyata keçirilir. Bu məqsədlə müxtəlif beynəlxalq təşkilatlarda və forumlarda Azərbaycanın tarixi həqiqətləri təqdim olunur, erməni millətçilərinin törətdiyi cinayətlər ifşa edilir.
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsi və bir günlük lokal xarakterli antiterror əməliyyatları nəticəsində 200 ildən çox bir dövrdə ermənilərin “Böyük Ermənistan” xülyası ilə törətdikləri vəhşiliklərin, eləcə də şəhidlərimizin qısasını döyüş meydanında alıb.

Bədəl Bədəlov
Milli Məclisin deputatı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:92
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 01 Aprel 2025 14:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see222

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see207

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see179

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see178

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see170

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see170

KİV: İsveçrədə yanğın baş verən barın sahibi Fransada insan alverində təqsirli bilinib

06 Yanvar 2026 20:17see168

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see167

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see158

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see154

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see154

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see148

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see147

Bakı Slavyan Universitetinin tələbələri təmir səbəbilə KÖÇÜRÜLƏCƏK? RƏSMİ AÇIQLAMA

06 Yanvar 2026 16:32see144

Qarabağ Universitetinin beynəlxalq akkreditasiya sahəsində ilk uğuru Foto

06 Yanvar 2026 17:20see141

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see141

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see135

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see133

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see133

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri