Icma.az
close
up
RU
Menu

Bakıda içməli su yola axır: Taxta parçaları veriblər ki, boru partlayanda içinə salın

Zəlzələ səbəbindən Balıkesirdə məktəblərdə bir günlük tətil elan olundu

Alişan Uzak şehir in setində FOTOLAR

Qırmızı kələmin üç əsas sağlamlıq faydası müəyyən edilib...

Sözün işığında yaşayan insan

Söküntü zamanı ədalətli kompensasiya: Beynəlxalq təcrübə və Azərbaycan reallığı

Payızda bu qidalar immuniteti gücləndirir

Zelenski: Tramp Ukraynada hazırkı cəbhə xəttində hərbi əməliyyatların dayandırılması ilə razıdır

Əmtəə bazarlarında qızılın qiyməti 4000 dollardan aşağı enib

Çipli nömrələrə son Yeni nömrələr çipsiz verilir

Karvan Yevlax Elşad Əhmədova tapşırılır? Dəqiqləşdi

Osimhen Okan Buruka təriflədi: Onun rəhbərliyi altlnda oynamaqdan çox məmnunam

“Komanda üçün fərqi yoxdur Bakıda çıxış edirik, yoxsa Gəncədə” Marian Kolevin ə MÜSAHİBƏSİ

Bakıda keçiriləcək Art Weekend çərçivəsində XVII əsrə aid hamamda “Axar yaddaş” adlı unikal ekspozisiya təqdim olunacaq VİDEO

Türkiyədə güclü zəlzələ İstanbulda da hiss edildi

Dünyanın ən gözəl oğlanı vəfat etdi

Bazu sümüyünü əzələ qatı ilə birlikdə çıxarıb, ömürlük şikəst qoyublar MƏHKƏMƏ

Günəşlidə bir neçə evin altında torpaq çöküb: Metan qazının qoxusundan oturmaq olmur

Həkim kişilərdə daimi yorğunluğun gizli səbəbini müəyyən edib...

Keti Perri və Kanadanın keçmiş Baş naziri Castin Trüdo sevgili olduqlarını etiraf etdilər

Azərbaycan xalqının siyasi identikliyi: azadlıqsevərlik

Azərbaycan xalqının siyasi identikliyi: azadlıqsevərlik

Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.

V məqalə

Liderin cəmiyyət identikliyində rolu

Mövzuya aid öncəki məqalədə Azərbaycan cəmiyyətinin özünüidentifikasiyasında yeni mənəvi impulsun parametrləri kimi milli ideyanı, siyasi dövlətçilik tarixinin dövrləşdirilməsini, regional-regionlararası-qlobal miqyasların ahəngdarlığını və regional sülhyaratmadan regionlararası əməkdaşlığa keçid özəlliklərini vurğulamışdıq. Bu parametrlərin toplumun özünü identikləşdirməsində əhəmiyyətli rolunu heç bir halda arxa plana atmaq olmaz. Lakin onlar real mahiyyətlərini yalnız siyasi liderin fəaliyyəti fonunda ala bilərlər.

Uğurlu liderlik mövzusuna həsr edilmiş müasir fəlsəfi və politoloji araşdırmalar göstərir ki, liderin dövlətin və cəmiyyətin həyatının bütün sferalarında rolu yeni səviyyəyə yüksəlmişdir. Bunun səbəbi kimi tədqiqatçılar çağdaş dünyanın faktiki olaraq dərin böhran keçirməsini, onun xaotiklik, qeyri-müəyyənliklə xarakterizə olunmasını və çətin proqnozlaşdırılan sistem halına gəlməsini görürlər. Tarixi təcrübə göstərir ki, hər bir cəmiyyəti və dövləti belə kəskin böhran vəziyyətindən uğurlu çıxarmaq üçün uyğun lider olmalıdır. Burada “uyğun” sözü həqiqi mənada cəmiyyətini, dövlətini, xalqını, millətini dərindən sevən və yüksək liderlik qüdrətinə malik olan dövlət başçısını ifadə edir.

Bundan başqa, liderliklə dövlət başçısı olmanın vəhdətdə götürülməsi də təsadüfi deyildir. Çünki təcrübə onu da təsdiq edir ki, XXI əsrdə o dövlətlər və cəmiyyətlər uğurla inkişaf edə bilirlər ki, orada real birlik, sosial-siyasi, mənəvi, ideoloji, mədəni monolitlik mövcud olur. Burada heç bir liberal və ya kommunist, sağ və ya sol, demokratik və ya avtoritar, “yaşıl” və ya “qeyri-yaşıl”, “humanitar” və ya “qeyri-humanitar” parametrlər üzrə təsnifat keçmir. Onların hər biri o zaman nəticəverici olur ki, toplumun sosial-siyasi və ideoloji-mənəvi birliyi yerli ənənəyə zidd olmayaraq təmin edilir. Və eyni zamanda, XXI əsrin çağırışlarına uyğun yeni sosial, siyasi, mənəvi, mədəni və ideoloji inkişaf şərtləri ödənir. Fəlsəfi olaraq bu məqamı belə ifadə etmək olar: cəmiyyətin birlik şərtləri ilə lider-toplum həmrəyliyi bir-biri ilə ahəngdar olmalıdır. Burada aparıcı rolu lider oynamalıdır. Hansı səbəbdən?

Liderlik missiyası və məsuliyyəti

İndi hər bir ölkə üçün liderin missiyası ilə məsuliyyəti bir-birini tamamlamalıdır. Total xaos durumunda kütlənin gələcəyi düzgün görməsi demək olar ki, imkansızdır. XXI əsrdə bu məsələ daha çox mürəkkəbləşmişdir. Cəmiyyətlərin özü substantiv və funksional olaraq daha mürəkkəb struktura malikdir. Bundan başqa, qloballaşma çoxlu sayda cəmiyyətləri bir-birindən qarşılıqlı asılı hala gətirmişdir. Bu cür ierarxik xarakterli mürəkkəb vəziyyətdə düzgün təhlil və proqnozlaşdırma liderllik üçün zərurətə çevrilir. Liderin məsuliyyəti isə ölkəni idarəetmək vəzifəsini yerinə yetirməsi ilə bağlıdır.

İndi vurğuladığımız bütün bu parametrlərin və faktorların prizmasında Azərbaycan Prezidenti İlham Əliyevin liderlik fəaliyyətinin bir sıra mühüm aspektlərinə baxaq.

Siyasi varislik

Siyasi varislik Azərbaycan xalqının siyasi identikliyində əsas faktorlardan biri rolunu oynamışdır. İlham Əliyevin lider kimi məharəti və situasiyaya yaradıcı yanaşmasının əsas məqamlarından biri olan siyasi varisliyin gözlənməsi prinsipi mühüm məqamdır. Burada liderlik baxımından həlledici faktorlar Heydər Əliyevin müəyyən etdiyi müstəqil dövlət quruculuğu kursu daxilində azərbaycançılıq, multikulturalizm və milli maraqlara bağlılığın davam etməsindən ibarətdir. İlham Əliyev fəaliyyəti müddətində həmin faktorlara tam əməl edən yenilikçi lider kimi özünü təsdiq etdi.

Azərbaycançılıq, multikulturalizm və milli maraqlara bağlılıq siyasi varislik kontekstində cəmiyyətin həmrəyliyi üçün ciddi faktorlardır. Çünki onların hər birinin özünəxas birləşdirici məqamları vardır. Prezident İlham Əliyev 2003-2020-ci illərdə vurğulanan üç istiqamətdə möhtəşəm proqramlar həyata keçirdi və artıq cəmiyyət Vətən Müharibəsinə tam hazır hala gəlmişdi. 2020-ci ildən sonra isə azərbaycançılıq, mültikulturalizm və milli maraqlara bağlılıq yeni tarixi mərhələnin şərtlərinə uyğun məzmun çalarları almağa başladı. Bu baxımdan siyasi varislik də özünün yeni məzmun və funksiya səviyyəsinə yüksəldi.

Yeni mərhələdə siyasi varislik Azərbaycan Respublikası dövlətinin regional lider kimi regionlararası miqyasda yeri və rolunu müəyyən etməsinə xidmət edir. Bu miqyas əvvəlkindən xeyli mürəkkəbdir. Lakin İlham Əliyevin fəaliyyəti göstərir ki, Azərbaycan Respublikası dövləti Türk Dövlətləri Təşkilatının (TDT) lideri və Qoşulmama Hərəkatının əsas üzvlərindən biri kimi çox uğurlu addımlar atır. İndi bütün istiqamətlərdə, o cümlədən, informasiya savaşı aspektində Azərbaycanın dəyərinin nə dərəcədə yüksəldiyini, son zamanlar ölkəmizə və Türkiyəyə qarşı atılan böhtan, şantaj və şər kampaniyasının vüsət almasını göstərir. Bu, iki qardaş dövlətin dünya miqyasında rolu, yeri və təsirinin yeni səviyyəyə qalxmasının təsdiqlərindən biridir.

Enerji strategiyası yeni mərhələdə

Prezident İlham Əliyev XXI əsrdə uğurlu lider nümunəsi kimi enerji strategiyasında çox çevik addımlar atır. Burada möhtəşəm bir transformasiyanın şahidiyik. XX əsrin son onilliyində Ulu öndərin hazırladığı neft strategiyası (və ya yeni enerji strategiyası) özünün üçüncü mərhələsinə “yaşıl enerji” sahəsində Azərbaycanın Avropa ilə imzaladığı Əməkdaşlıq Memorandumu (İlham Əliyev-Ursula fon der Lyayen) və BP ilə imzalanan “Əsrin yeni müqaviləsi” ilə qədəm qoydu. Avropa İttifaqı ilə imzalanan Əməkdaşlıq Memorandumu (memorandum hər hansı məsələyə baxışların ifadə edildiyi informasiya-ayarış xarakterli sənəddir) “yaşıl enerji” sferasında gələcək əlaqələrin ümumi istiqamətini müəyyən edirsə, BP ilə imzalanan müqavilə onun müddətini göstərir. Deməli, Azərbaycan real olaraq özünün eneji strategiyasını XXI əsrin çağırışlarına cavab kontekstində uğurlu nəticələrə aparan xətt üzrə qurmaqda davam edir.

Bu uğurlu enerji strategiyası transformasiyası Azərbaycan Prezidentinin yeni tarixi mərhələdə liderliyinin çox əhəmiyyətli göstəricilərindən biridir. Dövlət başçısının “Bakı enerji həftəsi”ndə neft strategiyasının Azərbaycanın milli inkişaf modelində fundamental rol oynadığı ilə bağlı ifadə etdiyi tezis dünyaya böyük mesajdır. Bakı rəqiblərindən və həm də onunla dost olmaq istəməyənlərdən bir addım irəlidədir və şərtləri o diqtə edir!

Regional təhlükəsizlik

“3+3” Azərbaycanın postmüharibə mərhələsində milli təhlükəsizliyinin əsas regional formuludur. Burada təhlükəsizlik haqqında siyasi təsəvvürdən cəmiyyətin təhlükəsizlik təsəvvürlərinə incə bir psixoloji keçid vardır. Hər bir cəmiyyət mütləq surətdə özünün təhlükəsizliyinin təminini yaşamın fundamental şərti kimi qəbul edir. Əgər sosiumda təhlükəsizliyin təmininə etibar və etimad varsa, orada inkişaf paradiqması aparıcı olur. Bu cür təminat olmadıqda cəmiyyət kollektiv surətdə özünün inkişafını deyil, hardan təhlükə gələ biləcəyini daha çox düşünür. Bu da davamlı olduğu halda kollektiv psixologiyada özünü qorumaq hissini inkişafdan öndə tutan durum yaradır.

Prezident İlham Əliyev “3+3” formatı ilə yanaşı, təhlükəsizliyin təmininə istiqamətlənmiş digər formulları davamlı olaraq siyasi-diplomatik gündəmə gətirir. Artıq Azərbaycan cəmiyyətində postmüharibə mərhələsində təhlükə riskinə qarşı immunitet formalaşmışdır. Toplum liderini dövlətin, millətin və hər bir vətəndaşın təhlükəsizliyinin etibarlı təminatçısı kimi qəbul edir. Yəni İlham Əliyevin təhlükəsizliyin təmini ilə bağlı həyata keçirdiyi proqramları cəmiyyətin tam legitimliyini qazanmışdır.

Strateji inkişafa inam

Məsələnin bu tərəfi cəmiyyətin indiki reallıqlarla gələcək taleyi arasında nisbəti müəyyən etməkdə ciddi rol oynayır. Cəmiyyətdə gələcək inkişafa inamın olması onun siyasi identikliyində nikbinlik faktorunun əsaslı yer tutduğunun əlamətidir. Hazırda toplum strateji inkişaf kursunu müxtəlif aspektlərdə geniş müzakirə edir. Bura milli maraqların gözlənməsi, mədəni özünəməxsusluğun qorunması, dil, din, adət-ənənə kimi faktorların cəmiyyətdəki yeri və rolunun yenidən qiymətləndirilməsi, vətəndaş-dövlət münasibətlərinin inkişaf dinamikası, siyasi institutlaşmanın optimal modelinin axtarışları və s. daxildir. Bu prizmada cəmiyyət dövlətin daxili və xarici siyasətinin əsas məqamlarını diqqətlə izləyir.

Müşahidələr göstərir ki, aparıcı məqam bu prosesdə cəmiyyət və hakmiyyət tərəfindən milli maraqların gözlənməsindən ibarətdir. Müstəqil bir dövlət üçün bu faktor çox ciddi rol oynayır.

Ümumtürk identikliyinə keçid

Buradan Azərbaycan cəmiyyətinin siyasi identikliyi ilə Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində ümumtürk identikliyinə maraqlı keçid etmək olar. Həmin kontekstdə “cəmiyyət identikliyi” və “siyasi identiklik” daha ümumi “sosial identik”liyin atributları kimi təsəvvür edilir. Çünki istənilən halda cəmiyyət identikliyi cəmiyyətlər və dövlətlərarası münasibətlər miqyasına proyeksiya olunanda siyasi və geosiyasi çalar almalıdır. Bu məsələ hansı halda aktualdır? Onun çox aspektlərdə aktuallıq çalarları mövcuddur. Bizi bu məqalədə dövlətin müstəqilliyi ilə onun təşkilatın üzvü kimi siyasi və mədəni kimliyinin məzmunu arasındakı nisbət maraqlandırır.

Bir qədər də konkret ifadə etsək, Azərbaycan cəmiyyətinin siyasi identikliyi ümumtürk kontekstində (TDT çərçivəsində) hansı məzmunu ala bilər? Sirr deyil ki, hazırda bu istiqamətdə türk cəmiyyətlərində ciddi müzakirələr aparılır. Dil, mədəniyyət, hüquq və s. aspektlərdə bəzən fikir ayrılığı özünü göstərir. Kənardan qaynaqlanan və ya daxildə yanlış təsəvvür edilən məqamlar sayəsində bir sıra hallarda vəziyyəti dramatikləşdirməyə çalışanlar meydana çıxırlar. Bütün bunlar üç aspektdə normal hallar kimi görünür.

Birincisi, TDT, xüsusilə Azərbaycan böyük uğurlar qazanır. Azərbaycan faktiki olaraq türk dünyasını dünyanın ən inkişaf etmiş kəsimi ilə birləşdirici addımlar atır ki, müsbət nəticələri dərhal hiss edilir. Son iki nümunəni göstərə bilərik.

Azərbaycanın təşəbbüsü ilə Laçında Azərbaycan-Türkiyə-Pakistan yeni geosiyasi güc oxu formalaşdı. Eyni zamanda, Laçın MDB-nin mədəniyyət paytaxtı elan edildi, tədbirlər keçirildi. Diqqət edək: bir addımla Azərbaycan üç istiqamətdə əhəmiyyətli gediş etdi.

TDT+Pakistan: yeni güc oxu

Birincisi, TDT ilə onun üzvü olmayan Pakistanı birgə geosiyasi fəaliyyət müstəvisinə gətirdi. Bu mənada artıq Pakistan da “qardaş” səviyyəsində strateji müttəfiq dövlətdir. Azərbaycan, Türkiyə və Pakistanın dövlət, cəmiyyət, mədəniyyət. iqtisadiyyat və hərbi potensial baxımından imkanlarına baxsaq, söhbətin son dərəcə əhəmiyyətli yeni geosiyasi güc oxundan getdiyini anlaya bilərik.

Eyni zamanda, Laçında nümayiş etdirilən geosiyasi motiv müasir Avrasiya tarixində bir regional təşkilatın böyük uğurla özünə etibarlı tərəfdarlar cəlb edə bilməsi imkanının göstəricisidir. Bir çoxlarının barmaqarası baxdığı TDT, qısa tarixi zamanda Azərbaycanın xüsusi fəallığı ilə təşkilatın funksional və nüfuz imkanlarını genişləndirir.

Etiraf edək ki, XXI əsrin çağırışları fonunda bu, olduqca ciddi siyasi, geosiyasi və uğurlu təşkilatlanma nümunəsidir. Bunları bəlkə də, bizdən çox bizimlə son bir neçə əsrdir ki, dost olmaq istəməyən dairələr daha dərindən anlayırlar. Sizcə, onların reaksiyası necə olmalıdır?

Məncə, əsasən pozucu təsirlərə əl ata bilərlər. Türk cəmiyyətlərini daxildən parçalamağa çalışarlar. Müxtəlif qondarma “tarixi faktlar”ı “etibarlı mənbələr”dən (Avropa, fars, rus və s.) “eşələyib” bizə dost və düşmənimizi düzgün müəyyən etməyi məsləhət görərlər (bu yaramaz niyyət indi açıq görünür). Onlar azərbaycanlı təfəkkürünü Səfəvi-Osmanlı imperiyaları arasında olmuş münasibətlərin dixtomiyasına salıb, neqativ məqamları “əsl reallıq” kimi beynimizə yeritməkdən çəkinmirlər. Halbuki biz o zərərli dixotomiyanın fövqündə duraraq müasir türk dövlətçiliyi (ilk növbədə Azərbaycan) kontekstində azərbaycanlılıq, müstəqillik və davamlı müasir inkişaf kursu aspektində düşünməliyik.

Biz tariximizi qətiyyən unutmuruq və unutmarıq. Lakin o tarixə münasibəti Azərbaycanın müstəqil dövlətçiliyi fonunda öz parlaq gələcəyimiz naminə daim qiymətləndirməliyik. Bizim imperiya keçmişimiz çox qiymətlidir, lakin gələcək daha önəmlidir. Yəni imperiyaların çəkdiyi “ayırıcı xətlər” üzrə hərəkət etməməliyik. Onu dövlət və cmiyyət kimi uzun illər gördük. Yetərli deyilmi? Bir daha siyasi, ideoloji, mənəvi, mədəni və asılı ölkə halına düşməmək naminə məhdud dixotomiyaların fövqünə yüksəlməliyik.

Məncə, Ulu öndər bizlərə bunları öyrədirdi və tövsiyə edirdi – “fəxr edirəm ki, azərbaycanlıyam” və “bir millət, iki dövlət”!

Prezident İlham Əliyevin liderlik təcrübəsi və postmüharibə mərhələsində fəaliyyəti də daha geniş prizmada tarixi olaylara yanaşmağın doğru olduğunu təsdiqləyir – “bizim ailəmiz Türk Dünyasıdır”! Tarixi unutmamaqla, milli maraqları üstün tutmaqla güclü, demokratik, hüquqi, milli ilə bəşəriliyi vəhdətdə görə bilən Azərbaycan vətəndaşı olmaq zəruridir!

(ardı var)

Füzuli QURBANOV,
XQ-nin analitiki, fəlsəfə elmləri doktoru

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:123
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 11 İyun 2025 09:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda içməli su yola axır: Taxta parçaları veriblər ki, boru partlayanda içinə salın

27 Oktyabr 2025 01:56see233

Zəlzələ səbəbindən Balıkesirdə məktəblərdə bir günlük tətil elan olundu

28 Oktyabr 2025 02:51see203

Alişan Uzak şehir in setində FOTOLAR

27 Oktyabr 2025 06:32see196

Qırmızı kələmin üç əsas sağlamlıq faydası müəyyən edilib...

27 Oktyabr 2025 23:25see190

Sözün işığında yaşayan insan

28 Oktyabr 2025 08:28see173

Söküntü zamanı ədalətli kompensasiya: Beynəlxalq təcrübə və Azərbaycan reallığı

27 Oktyabr 2025 15:40see150

Payızda bu qidalar immuniteti gücləndirir

27 Oktyabr 2025 04:04see137

Zelenski: Tramp Ukraynada hazırkı cəbhə xəttində hərbi əməliyyatların dayandırılması ilə razıdır

27 Oktyabr 2025 01:21see136

Əmtəə bazarlarında qızılın qiyməti 4000 dollardan aşağı enib

28 Oktyabr 2025 09:20see136

Çipli nömrələrə son Yeni nömrələr çipsiz verilir

27 Oktyabr 2025 23:41see135

Karvan Yevlax Elşad Əhmədova tapşırılır? Dəqiqləşdi

28 Oktyabr 2025 06:16see133

Osimhen Okan Buruka təriflədi: Onun rəhbərliyi altlnda oynamaqdan çox məmnunam

27 Oktyabr 2025 00:39see132

“Komanda üçün fərqi yoxdur Bakıda çıxış edirik, yoxsa Gəncədə” Marian Kolevin ə MÜSAHİBƏSİ

27 Oktyabr 2025 13:22see129

Bakıda keçiriləcək Art Weekend çərçivəsində XVII əsrə aid hamamda “Axar yaddaş” adlı unikal ekspozisiya təqdim olunacaq VİDEO

28 Oktyabr 2025 15:58see127

Türkiyədə güclü zəlzələ İstanbulda da hiss edildi

28 Oktyabr 2025 00:14see126

Dünyanın ən gözəl oğlanı vəfat etdi

27 Oktyabr 2025 08:07see123

Bazu sümüyünü əzələ qatı ilə birlikdə çıxarıb, ömürlük şikəst qoyublar MƏHKƏMƏ

27 Oktyabr 2025 21:49see121

Günəşlidə bir neçə evin altında torpaq çöküb: Metan qazının qoxusundan oturmaq olmur

28 Oktyabr 2025 02:38see121

Həkim kişilərdə daimi yorğunluğun gizli səbəbini müəyyən edib...

27 Oktyabr 2025 22:36see120

Keti Perri və Kanadanın keçmiş Baş naziri Castin Trüdo sevgili olduqlarını etiraf etdilər

27 Oktyabr 2025 06:31see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri