Icma.az
close
up
RU
Menu

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

Ruslar üçün inflyasiya qumbarası...

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

Bəzi rayonlarda işıq olmayacaq

Azərbaycanda baş həkim vəfat edib

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

Azərbaycandan bu ölkəyə aparılan ət məhsulları məhv edilir

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

“Mançester Siti” Premyer Liqadan aşağı liqaya düşə bilər

Fransadakı iğtişaşlar PSJ Barselona görüşünə təsir edəcəkmi? Luis Enrike danışdı

Serialdakı Arda illər sonra (Foto)

Azərbaycan xalqının siyasi identikliyi: azadlıqsevərlik

Azərbaycan xalqının siyasi identikliyi: azadlıqsevərlik

Icma.az bildirir, Xalq qazeti portalına istinadən.

I MƏQALƏ

Cəmiyyətin siyasi identikliyi

“Siyasi identiklik” anlayışı müasir siyasi-nəzəri və fəlsəfi yanaşmalar çərçivəsində mürəkkəb və çoxkomponentli proses kimi dərk edilir. Ümumi anlam belədir: cəmiyyətin siyasi identikliyi — siyasi mənsubluq, inam və dəyərlər əsasında müəyyən edilən sosial identikliyin müxtəlif formalarını özündə ehtiva edən mürəkkəb və çoxcəhətli anlayışdır. Nəzəri dərinliyə varmadan burada üç anlamın sintezini görmək olar:

Birincisi, siyasi identiklik siyasi mənsubluq, inamlar və dəyərlər əsasında müəyyən edilir.

İkincisi, bu, ümumilikdə sosiallaşmanın bir növüdür.

Üçüncüsü, yekun olaraq mürəkkəb və çox tərkib hissəli dinamik proses-şəbəkədir.

Bu tərifdən aydın görünür ki, siyasi identiklik:

1. ictimai strukturların formalaşmasında;

2. siyasi davranışların meydana gəlməsində;

3. sosial hərəkatlarda mühüm rol oynayır.

Bundan əlavə, siyasi identiklik sosial identikliyin forması kimi insanları ümumi dəyərlər, məqsədlər və inamlar vasitəsilə birləşdirir. Bu baxımdan siyasi identikliyi cəmiyyətin xarakterini, onun dəyərlərini və institutlarını müəyyən edən faktorlardan biri kimi də təsəvvür edə bilərik. Siyasi identiklik həm ictimai rəyin formalaşmasına, həm də siyasi qərarların qəbul edilməsinə əhəmiyyətli dərəcədə təsir edir.

Bu anlayışın nəzəri tədqiqinə müxtəlif yanaşmalar mövcuddur. Bizim üçün onlardan ikisi bu mövzu prizmasında daha əhəmiyyətli görünür.

İki yanaşmanın sintezi

Birinci yanaşma müxtəlif regionlarda hansı tarixi proseslərin siyasi identikliklərin fərqli formalaşmasına təsir etdiyini öyrənməklə bağlıdır. Geniş tədqiqatlar göstərmişdir ki, məsələn, Latın Amerikasında cəmiyyətlərin siyasi identikliyi Şərqi Avropadan kəskin fərqlənir (A.Noell və J.-F.Terpen).

Digər yanaşmanı bunun ideya əksi kimi xarakterizə etmək olar. Yəni bir sıra tədqiqatçılar kollektiv yaddaşın təsiri ilə siyasi identikliyin formalaşması məsələsini araşdırır. Əsasən sosial-psixoloqlar arasında bu istiqamətə maraq çoxdur. Onlar tarixən hər hansı toplumda kollektiv yaddaşın (məsələn, keçmiş haqqında kollektiv təsəvvürlərin) müəyyən dönəmdə cəmiyyətin siyasi identikliyinə təsirlərini öyrənmişlər. Onlardan S.Hantinqton, L.Licata, O.Klein, H.Schuman, Ch.Riegeri qeyd edə bilərik.

XX əsrin son onilliyi və XXI əsrin ilk üç onilliyində vurğulanan yanaşmaların ortaq idraki və metodoloji sahəsində, cəmiyyəti əhatə edən siyasi mühit, müasir geosiyasi çağırışlar kontekstində dövlət siyasəti və digər faktorları nəzərə alan daha mürəkkəb, lakin əhatəli yanaşma formalaşır. Məsələn, C.Hud, H.Marget, G.Patrik, L.Salamon, О.V. Popova və N.V.Qrişin bu istiqamətdə politoloji tədqiqatlar aparırlar.

Azərbaycan konteksti

Biz cəmiyyətin siyasi identikliyi ilə bağlı mövcud nəzəri yanaşmaları genişləndirə bilərik. Lakin onun Azərbaycan kontekstində fərqli hansısa yeni ideya yarada biləcəyinə əmin deyilik. Bu səbəbdən nəzəri idraki “gəzişmələr”dən konkret Azərbaycan kontekstinə keçmək daha faydalı görünür.

Təəssüf ki, vurğuladığımız aspektdə dərin və əsaslı fəlsəfi və ya politoloji tədqiqata rast gəlmirik. Doğrudur, Azərbaycan fəlsəfi və politoloji fikri kifayət qədər fəal, müxtəlif yanaşmalar prizmasında cəmiyyəti təhlil edən araşdırmalara malikdir. Bizim nəzərdə tutduğumuz əsas tədqiqat hədəfi isə Azərbaycan cəmiyyətinin müasir tarixi dönəmdə azadlıqsevər xalq olduğunu ifadə etməkdir. Bunun üçün iki praktiki nümunəyə müraciət edirik:

Birincisi, XX əsrin 90-cı illərində siyasi, geosiyasi, hərbi, sosial, psixoloji, iqtisadi və ideoloji aspektlərdə Azərbaycan dövlətçiliyi üçün ən böhranlı və mürəkkəb dönəmdə xalqın müstəqil dövlətçilik yolunu seçməsi ilə bağlıdır.

İkincisi, ölkənin ərazi bütövlüyü uğrunda mübarizədə hərbi üsulu seçməyə məcbur qalan hakimiyyətə cəmiyyətin tam dəstək verməsidir.

Beləliklə, cəmiyyətin siyasi identikliyinin təhlilini müasir dövlətçilik tariximizdə mövcud olan iki mühüm və kritik kollektiv seçim məqamına proyeksiya edirik. Hər iki nümunəni birləşdirən politoloji faktorlar mövcuddur. Onların qarşılıqlı təhlili müasir Azərbaycan cəmiyyətinin siyasi identikliyinin başlıca xüsusiyyətlərini anlamaq imkanı yaradır.

Birinci böhran dönəmi və kollektiv siyasi identiklik

1990-cı illərdə Azərbaycan cəmiyyət olaraq tarixi seçimini dərin və çoxaspektli böhran şəraitində etməli idi. Belə şəraiti kəskinləşmiş xüsusi böhran mühiti adlandırsaq, dayanıqlı və toplumu yönəldə bilən çoxsaylı faktorlar mövcuddur. Dünya xalqlarının tarixi təcrübəsi göstərir ki, belə hallarda aparıcı rolu xalqın yaddaşında əsrlərin sınağından çıxmış “yaddaş kodları” və “dövlət və azadlıq haqqında formalaşmış dəyişməz faktorlar” oynayır.

Azərbaycan üçün xarakterik xüsusiyyət dövlət müstəqilliyi və suverenliyinin təməlində xalqın azadlığı və suverenliyinin dayanmasıdır. Təbii ki, hər bir müstəqil dövlətdə xalq suverenliyi məsələsi vardır. Lakin Azərbaycan Konstitusiyasında dövlət suverenliyinin birbaşa xalqın suverenliyindən qaynaqlandığı açıq ifadə edilmişdir. 1995-ci ildə qəbul edilmiş Konstitusiyada yazılır:

“Azərbaycan xalqı özünün çoxəsrlik dövlətçilik ənənələrini davam etdirərək, “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya aktında əks olunan prinsipləri əsas götürərək, bütün cəmiyyətin və hər kəsin firavanlığının təmin edilməsini arzulayaraq, ədalətin, azadlığın və təhlükəsizliyin bərqərar edilməsini istəyərək, keçmiş, indiki və gələcək nəsillər qarşısında öz məsuliyyətini anlayaraq, suveren hüququndan istifadə edərək, təntənəli surətdə aşağıdakı niyyətlərini bəyan edir:

• Azərbaycan dövlətinin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaq...”

Konstitusiyanın I maddəsində yazılır:

Maddə 1. Hakimiyyətin mənbəyi

I. Azərbaycan Respublikasında dövlət hakimiyyətinin yeganə mənbəyi Azərbaycan xalqıdır.

II. Azərbaycan xalqı Azərbaycan Respublikası ərazisində və ondan kənarda yaşayan, Azərbaycan dövlətinə və onun qanunlarına tabe sayılan Azərbaycan Respublikası vətəndaşlarından ibarətdir; bu isə beynəlxalq hüquqla müəyyənləşdirilmiş normaları istisna etmir.

İkinci maddədə isə qeyd olunur:

Maddə 2. Xalqın suverenliyi

I. Sərbəst və müstəqil öz müqəddəratını həll etmək və öz idarəetmə formasını müəyyən etmək Azərbaycan xalqının suveren hüququdur.

II. Azərbaycan xalqı öz suveren hüququnu bilavasitə ümumxalq səsverməsi – referendum və ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, gizli və şəxsi səsvermə yolu ilə seçilmiş nümayəndələri vasitəsilə həyata keçirir.

Bu müddəalardan aydın olur ki, Azərbaycanın ən böhranlı illərində müstəqil dövlətçilik yolunun seçilməsinin təməlində xalqın iradəsi və azadlıqsevər təbiəti dayanır.

Bu əsasda:

– xalqın tələbi ilə ölkədə iqtidar dəyişikliyi baş vermişdir;

– xalq seçdiyi liderə tam inanmışdır.

Xalqın bu cür qərar qəbul etməsinin müstəqillik və suverenlik baxımından mənası dərindir.

Öncə situasiyaya cəmiyyətin daxili prizmasında baxaq. Azərbaycan cəmiyyəti həmin dövrdə ideologiya ilə toplumun ona münasibəti arasında ziddiyyətə düşmüşdü. Belə ziddiyyətdən uğurla çıxmaq böyük siyasi təcrübə, dövlətçiliyə sadiqlik və doğru ideya istiqamətinin müəyyən edilməsini tələb edirdi. İdeyanı lider formalaşdırır, lakin liderin seçilməsi xalqın işidir.

Deməli, xalq müstəqillik ideyasını yaşadacaq lideri müəyyən etmək hüququna və məsuliyyətinə malik olmalıdır. Bunun üçün isə azadlıq, dövlətçilik və suverenlik çox qiymətli olmalıdır. Təcrübə göstərdi ki, Azərbaycan xalqı bunu ideal şəkildə bacardı.

Kiçik bir müqayisə: postsovet ölkələri sırasında bütün xalqlar bu istiqamətdə eyni uğuru əldə etmədi. Nümunə kimi Ermənistan, Ukrayna, Gürcüstan, Moldova göstərilə bilər. Biz onların siyasi identikliyini müzakirə etmək istəmirik, sadəcə diqqəti indi müşahidə olunan bir məqama yönəldirik: vurğulanan və Azərbaycanla uzun müddət eyni siyasi rejimdə yaşamış bu cəmiyyətlərdə tam sabitlik və konkret inkişaf xətti indiyədək formalaşmayıb.

Azərbaycan xalqı isə onlardan daha ağır vəziyyətdə olduğu halda 1993-cü ildə seçdiyi yolda böyük uğurla addımlayır. Yeganə dövlətdir ki, Milli İdeyasını tam reallaşdıraraq yeni tarixi mərhələyə qədəm qoyub və indi də strateji hədəfinə doğru uğurla irəliləyir.

Əlbəttə, bu, bütün problemlərin həll edildiyi anlamına gəlmir. Əsas odur ki, 32 il əvvəl seçilən dövlət quruculuğu kursu özünü ən mürəkkəb geosiyasi şərtlər daxilində belə doğruldur! Bu proses dinamikdir və şərtlər dəyişə bilər!

Buradan belə sual yaranır: 90-cı illərdə Azərbaycan cəmiyyətində siyasi identikliyi müəyyən edən əsas faktorlar hansılar idi?

Aparılan nəzəri, fəlsəfi və politoloji tədqiqatlar göstərir ki, heç bir cəmiyyətdə dövlətçilik ideyası qısa müddətdə formalaşıb toplumun psixoloji, iradi, mənəvi və intellektual faktına çevrilə bilməz. Əksinə, əsrlərin sınağından keçmiş dəyişməz "kodlar" və "sosial-psixoloji, mənəvi, iradi, intellektual memlər" olmalıdır ki, onların əsasında cəmiyyət çətin situasiyalarda düzgün reaksiya verə bilsin.

Bu baxımdan, yuxarıda qoyduğumuz sual çərçivəsində iki mühüm faktorun təhlili aktuallaşır:

– xalqda dövlətçilik ənənəsinin dəyişməz “kod” kimi təsdiqi;

– siyasi varisliyin milli maraqlar və dövlətçilik kontekstində davamlı təmin olunma mexanizminin siyasi şüurda və seçim fəlsəfəsində oturuşması.

(ardı var)

Füzuli QURBANOV,
XQ-nin analitiki, fəlsəfə elmləri doktoru

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:119
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 03 İyun 2025 10:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see342

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see334

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see325

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see284

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see258

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see256

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see249

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see236

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see211

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see200

Azərbaycandan bu ölkəyə aparılan ət məhsulları məhv edilir

20 Oktyabr 2026 00:21see186

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see185

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see183

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see182

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see180

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

20 Oktyabr 2026 04:58see179

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see171

“Mançester Siti” Premyer Liqadan aşağı liqaya düşə bilər

20 Oktyabr 2026 01:35see167

Fransadakı iğtişaşlar PSJ Barselona görüşünə təsir edəcəkmi? Luis Enrike danışdı

20 Oktyabr 2026 01:30see166

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri