Icma.az
close
up
RU
Menu

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

"Anar Bayramovun tapşırığı ilə tədbirlər planı hazırlanır”

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

Bazar 60 faiz kiçilib...

Səhiyyə sahəsində problemlərin həlli ilə bağlı tədbirlər planı hazırlanır

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

Azərbaycan xanımının qəhrəmanlıq hekayəsi TƏHLİL

Azərbaycan xanımının qəhrəmanlıq hekayəsi TƏHLİL

Icma.az, Ses qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycan qadını tarix boyu gözəl örnək olub. Bunu öz yaddaşında qoruyub-saxlayan tarixi salnamələr deyir. Ağıllı, cəsur sələflərimiz ən çətin məqamlarda belə, ayıq-sayıqlığı, çevikliyi və düzgün qərar qəbul etmək bacarığı ilə hamını heyrətləndiriblər. Ulu Öndər Heydər Əliyev deyirdi: "Azərbaycan qadını tarix boyu öz ağlı, zəkası, namusu, qeyrəti, fədakarlığı, çalışqanlığı, mərdliyi, vətənpərvərliyi və millətinə, torpağına olan hədsiz məhəbbət və gözəlliyi ilə tanınmışdır". Tariximizin ayrı-ayrı dövrlərində yaşayıb fəaliyyət göstərmiş qadınlar müdrikliyi, işgüzarlığı ilə keçmişimizə parlaq səhifələr yazıblar. Ölkəmizin ictimai-siyasi və mədəni həyatında aparıcı qüvvəyə malik olan Azərbaycan qadını cəmiyyətdə böyük nüfuza malik olduğunu əməllərilə təsdiqləyib. "Çoxəsrlik mədəni irsimizin təşəkkülündə misilsiz xidmətlərə malik Azərbaycan qadını dünyaya bəşər mədəniyyəti xəzinəsinin incilərini yaradan görkəmli ədiblər, tarixi şəxsiyyətlər, tanınmış elm və sənət adamları bəxş etmişdir" – deyə Azərbaycan Prezidenti İlham Əliyev bildirib. Milli varlığımızın ifadəsi olaraq, əxlaqi-mənəvi sərvətlərimizin və mədəni-tarixi dəyərlərimizin, keçmişimizin ən mürəkkəb dövrlərində belə, qorunub-yaşadılması, bilavasitə onun adıyla bağlıdır. Bütün sahələrdə əməyi olan Azərbaycan xanımı dövlətin inkişafında, dövlətçilik ənənələrinin möhkəmlənməsində müstəsna rola malikdir. Qətibə xanım, Sara xatun, Məhinbanu, Xeyransa bəyim, Tuti Bikə və başqaları Azərbaycan qadınının nümunəsidir. Azərbaycan qadınları Şərqin ilk demokratik respublikası olan Azərbaycan Xalq Cümhuriyyəti dövründə seçib-seçilmək hüququ qazanaraq, ölkəmizin ictimai-siyasi həyatında daha yaxından iştirak etməyə başlamışlar. Sürətlə maariflənən qadınlarımız yüz illərdən bəri formalaşmış milli dəyərlərə sadiq qalmaqla ana dilimizin, mədəniyyətimizin və mənəviyyatımızın ən etibarlı dayağı olmuşlar.

MÜBARİZLİYİ İLƏ DASTAN YARADANLAR

Keçmişimizin unudulmaz səhifələrindəki möhkəm iradəyə malik görkəmli qadın şəxsiyyətlərimizin yüksək ləyaqətinin, ağbirçək analarımızın müdrikliyinin daşıyıcıları kimi, müasir Azərbaycan xanımları öz dərin zəkaları və tükənməz daxili potensialları ilə bu gün də xalqa və cəmiyyətə fədakarcasına xidmət edirlər. Nəciblik, xeyirxahlıq, fədakarlıq, mətinlik, qayğıkeşlik və insanpərvərlik nümunəsi olan qadınlar düşmənlə üz-üzə dayanaraq vətənin çətin zamanında əsgər paltarı geyinərək öz əsgər qardaşlarının yanında olmağı da bacarırlar. "Qadın bəşərə yaraşıq, zinət, insanlığa şərəf, şan-şöhrətdir. Qadın ucalıq, ülvilik məbədidir, ismət, qeyrət, qüdrət rəmzidir", - deyirdi Ulu Öndər Heydər Əliyev. Azərbaycan qadınının tariximizə adını yazdıran əməli, mübariz ruhu, bacarığıdır. Ötən əsrin 90-cı illərində ölkəmizdə baş verən olaylar nəticəsində nə qədər ismətli Azərbaycan qadınının böyüklüyünü gördük. Birinci və İkinci Qarabağ müharibəsində biz bunun bir daha şahidinə çevrildik. Düşmənə təslim olmamaq üçün qar adama çevrilən, qarlı dağlar aşaraq körpəsinin həyatına nöqtə qoyan, öz övladının səsi çıxmasın deyə, ağzını qapayan və ölümlə üz-üzə qoyan namuslu Azərbaycan qadınının vüqarı bizlər üçün nümunə və ucalıq simvoludur. Nə qədər yazsaq da, yenə də bu obrazı yaratmaq da çətinlik çəkirik. Qadın mübarizliyi ilə dastan yaradandır bizim Azərbaycan qadını.

ÜÇ MİN QARDAŞIN TƏK BACISI

Bu gün şəhid qadınlarımızın maraqlı, keşməkeşli həyat yolundan danışacağıq. 3 min şəhid qardaşın bir şəhid bacısı Arəstə Kərim qızı Baxışova. Bir şairin nəzmə çəkdiyi misralar yada düşür.

Üç min çiçək içrə yeganə gülsən,

Arzularla dolu ölməz könülsən.

Düz üç min qardaşa tək bacısan sən,

Düz üç min qardaşa baş tacısan sən.

Hər kəsin ocağında boy atan bir xanım kimi sevildi. Sanki, dünyamıza sülh gətirilməsində bir göyərçin kimi doğulmuşdu. Qanad açıb uçduğu yerlərdə sülh sorağının gətirəcəyinə əmin idi. Vətənim dardadırsa, şəhid olmağa hazıram, - dedi. Dağ döşündə bitəcək bənövşələr, lalələr Arəstə kimi şəhidlərimizin torpağa tökülmüş qanı ilə boy atacaq və yetişən hər bir güldə, çiçəkdə onların ətirləri duyulacaq. Bu hər kəsə güc verəcək, bu vətən eşqi gücüdür ki, axacaqdır damarlardan. Bir ailənin övladı, bir millətin övladı oldu. Böyükdən kiçiyə hamı Arəstəni tanıyır. Axı necə də tanımasın 3 min qardaşa bir bacı olanı? Elimizin mərd qızını.

Qarabağda al lalələr bitəndə,

Zirvələri göy dumanda itəndə,

Ətəyində yaşıl yarpaq əsəndə,

Mənzərələr şən nəğmələr ötəndə,

Sorağın gələcək ellərdən sənin.

Azərbaycan Silahlı Qüvvələrinin çavuşu və hərbi feldşeri, Vətən müharibəsinin şəhidi Arəstə Baxışova. Həyatın ilk zərbəsini kiçik yaşlarında alır. Bəlkə, elə həyat onun mübariz, daha mətin böyüməsi üçün elə ilk günlərdə imtahana çəkir. Arəstə Baxışova 1995–2004-cü illərdə Biləcəri qəsəbəsində yerləşən Şuşa şəhər 3 nömrəli tam orta məktəbdə təhsil alır. 2004–2008-ci illərdə isə Azərbaycan Dövlət Pedaqoji Kollecində "İngilis dili" üzrə təhsil alıb. O, 2018–2019-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin Baş Hərbi Hospitalında çalışıb. 2019-cu il iyulun 12-dən isə Azərbaycan Silahlı Qüvvələrinin Beyləqan rayonunda yerləşən "N" saylı hərbi hissəsində operator vəzifəsində xidmət edirdi. Azərbaycan Ordusunun çavuşu olan hərbi feldşer Arəstə Baxışova 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin, Zəngilanın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə yaralı hərbçilərə döyüş meydanında tibbi yardım göstərib. Arəstə Baxışova oktyabrın 23-də Qubadlı döyüşləri zamanı şəhid olub. Biləcəri qəsəbəsinin Şəhidlər Xiyabanında dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən, Arəstə Baxışova ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Arəstə Baxışova ölümündən sonra 2021-ci il mayın 12-də Beynəlxalq Qırmızı Xaç Komitəsi tərəfindən ingilis tibb bacısı Florens Naytingelin şərəfinə təsis olunan "Florence Nightingale" medalı ilə təltif edildi. Arəstə Baxışovanın Mərdan adında oğlu və Zəhra adında övladları var. Bu gün onlar bizə ondan qalan yadigarlardır. Bu gün onlar belə bir ananın övladları olduqları üçün qürürlanırlar. Oğlu Mərdan Məmmədli anamı çox sevirdim, deyir: "O, bizim qayğımıza qalırdı, ana sevgisi verirdi. Anamın şəhadəti xəbərini qürurla qarşıladıq. Şəhidlər ölmür, onlar hər zaman bizim qəlbimizdə yaşayacaq". Müharibəyə gedəndə övladlarına "Mən işə gedirəm, şənbə günü geri qayıdacağam", - deyib yola düşür. Bu son görüş, son vida olur. Ana və övladın son görüşü. Dəhşətli olsa da övladların yaşının az olmasına baxmayaraq, vətən yolunda şəhid olmağın nə qədər böyük şərəf olduğunu yaxşı anlayırlar. Anlayırlar ki, şəhidlər ölmür. Bu torpaq var olduqca onlar da yaşayacaq. Onların qanı ilə suvarılıb, bu torpaq. Milyonların sevgisini qazanan yeganə xanım şəhid Arəstə Baxışovanın gənc heykəltaraş Müstəqil Balayev büstünü hazırlayıb. Əlbəttə ki, Arəstə kimi vətənpərvər xanımların yetişməsində qələmi ilə, şəfqətli əlləri ilə vətən darda olanda mən də bir vətənin daşıyam deyərək, cəbhəyə yola düşən xanımların həyat yolu bir dərs olub. O, Gültəkin Əsgərova, Salatın Əsgərova yolunun davamçısı oldu.

Nəzakət ƏLƏDDİNQIZI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:103
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 10 Avqust 2026 15:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see650

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see443

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see439

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see405

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see389

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see384

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see346

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see285

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see271

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see267

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see249

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

06 Noyabr 2026 09:57see244

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

06 Noyabr 2026 16:51see230

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

06 Noyabr 2026 14:01see230

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

06 Noyabr 2026 18:33see226

"Anar Bayramovun tapşırığı ilə tədbirlər planı hazırlanır”

06 Noyabr 2026 13:49see226

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

06 Noyabr 2026 17:48see225

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see222

Səhiyyə sahəsində problemlərin həlli ilə bağlı tədbirlər planı hazırlanır

06 Noyabr 2026 13:44see217

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri