Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

ChatGPT də problem yarandı

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

MilliÖn vətəndaşı aldadıb? ŞİKAYƏT

Azərbaycan Kuboku: Turan Tovuz üçün asan sınaq, Zirə Neftçi yə qarşı

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

“Kontakt Home”da ər arvadını bıçaqladı

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

İspaniya mətbuatı: Xabi Alonsonun Real dakı taleyi qarşıdakı 3 oyundan asılıdır

Azərbaycan xarici siyasətdə qlobal siyasi iqtisadi əməkdaşlıq hədəflərinə doğru inamla addımlayır

Azərbaycan xarici siyasətdə qlobal siyasi iqtisadi əməkdaşlıq hədəflərinə doğru inamla addımlayır

Icma.az bildirir, Bizimyol saytına əsaslanaraq.

Hər bir dövlətin beynəlxalq münasibətlərdə nüfuzunu və imicini müəyyən edən onun həyata keçirdiyi milli inkişafdır. Milli inkişaf və təhlükəsizlik siyasəti hər bir ölkənin siyasi, iqtisadi, sosial və mənəvi inkişaf, xarici dünyanın təhlükələrinə qarşı dayanma gücü, səmərəli dövlət idarəçiliyi, daxili sabitlik, vətəndaşların milli düşüncəsi, məqsədlər üçün birləşmək və ictimai-siyasi həyatda iştirak səviyyəsi, daxili siyasət məsələlərinin əsas göstəricilərindən biridir.

SSRİ dövründə Azərbaycanda bir milli inkişaf və təhlükəsizlik siyasəti yox idi. Digər ittifaq respublikaları kimi Azərbaycanın inkişafı və təhlükəsizliklə bağlı məsələlər də SSRİ-nin ümumi təsiri altında idi. SSRİ-nin dağılması, sosializm sisteminin dağılması, bir çox ölkələrin bir siyasi nizamdan digərinə keçidi və yeni başlanğıclar müstəqil dövlətlərin beynəlxalq münasibətlər sisteminə daxil olması ilə uzun müddət davam edən siyasi iqtisadi, geosiyasət və hərbi-strateji balanslar əhəmiyyətli dərəcədə dəyişdi. Bu beynəlxalq proseslər digər postsovet ölkələri kimi Azərbaycanda da baş verdi. Artıq Azərbaycan da özünəməxsus milli inkişaf və təhlükəsizlik siyasətini həyata keçirə, formalaşdıra və milli təhlükəsizlik strategiyası yarada bilərdi.

Azərbaycan 1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonra həm nəzəri, həm də praktiki əsasları formalaşdırmaqla yanaşı, dövlətin həyati mənafelərinin sərhədlərini çəkmək və milli təhlükəsizlik mexanizmlərinin və ehtiyatlarının yaradılması, cəmiyyətin yeni sosial-iqtisadi, siyasi və mənəvi əsaslara, dəyərlərə və prinsiplərə uyğun strukturlaşma kimi vəzifələrin Azərbaycanın dövlət siyasətində xüsusi yeri və əhəmiyyəti vardı. Həmin dövrdə ümummilli lider Heydər Əliyev deyirdi ki, “Müstəqillik taleyin Azərbaycan xalqına dəyərli hədiyyəsidir.Bu, böyük milli sərvətdir, amma müstəqilliyi qoruyub saxlamaq müstəqillik əldə etməkdən daha çətindir”...

Amma Azərbaycanın milli inkişaf və təhlükəsizlik siyasətinin əsas prinsipləri pozulmuş ərazi bütövlüyünü təmin etmək, Cənubi Qafqazda Qarabağ probleminin həlli və daimi sülh mühitinin təmin edilməsi kimi məsələlər idi. Qarabağ münaqişəsinin həlli və regionda sülhün bərqərar olması, Azərbaycanın milli inkişafının və təhlükəsizliyinin təmin edilməsi siyasət baxımından deyil, bütövlükdə regionun sosial-iqtisadi aspektləri, inkişafı baxımından hətta dünyada sülh və təhlükəsizliyin davam etməsi baxımdan da vacib idi.

Azərbaycan Respublikası beynəlxalq hüquq normalarına tabedir. Həmin dövrdən başlayaraq, Azərbaycan regional və qlobal səviyyədə fəaliyyətini, o cümlədən beynəlxalq əməkdaşlığı genişləndirərək, Birləşmiş Millətlər Təşkilatı (BMT), Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT), Avropa Şurası (AŞ), İslam Konfransı Təşkilatı (İƏT), Müstəqil Dövlətlər Birliyi (MDB), Qoşulmama Hərəkatı (QHT) kimi müxtəlif beynəlxalq təşkilatlara üzv olmağa başlayır.

Qoşulmama Hərəkatı bəşəri dəyərlərin təşviqinə xidmət edir və bütün ölkələrin suverenliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə sadiqliyini nümayiş etdirir. Bu, 120 ölkəni təmsil edən BMT-dən sonra ən böyük siyasi təşkilat idi. Hərəkata üzv ölkələrin dövlət və hökumət başçılarının 2016-cı ildə keçirilmiş 17-ci Zirvə Toplantısında növbəti sammitin Bakıda keçirilməsi və 2019-2022-ci illər üçün sədrliyin Azərbaycana həvalə edilməsi yekdilliklə qərara almışdılar. Bu, həm də Azərbaycana göstərilən etimadın təzahürü idi.

Bu gün Azərbaycan təkcə siyasi deyil, həm də iqtisadi istiqamətdə fəaliyyət göstərən təşkilatlarla əlaqələrini genişləndirməkdə davam edir.

İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) ölkənin müstəqilliyini bərpa etdikdən sonra qoşulduğu ilk iqtisadi təşkilatlardan biridir. Azərbaycan İƏT-in üzvü kimi bir çox sahələrdə əməkdaşlığın inkişafı üçün təklif və təşəbbüslərlə çıxış edir. Onu da deyək ki, Azərbaycan İƏT Zirvə Toplantılarına ev sahibliyi edib və üzv ölkələr arasında sosial-iqtisadi və siyasi əlaqələrin sayını genişləndirərək üzv dövlətlərə fayda verib.

Azərbaycanın həyata keçirdiyi müstəqil enerji siyasəti regionun və ətraf coğrafiyanın enerji təhlükəsizliyini təmin edib, eyni zamanda ölkəni dünya enerji bazarında aparıcı ixracatçılardan birinə çevirib.

Bakı-Tbilisi-Ceyhan (BTC) neft və Bakı-Tbilisi-Ərzurum (BTE) qaz kəmərləri, Cənub Qaz Dəhlizi, “Azəriçıraq”, “Günəşli”, “Şahdəniz” kimi iri enerji layihələrinin həyata keçirilməsi ölkəyə regional inkişafın aparıcı qüvvəsi kimi status qazandırıb. Artıq nüfuzlu beynəlxalq təşkilatlar Azərbaycanı etibarlı strateji tərəfdaş kimi qəbul edirlər.

2020-ci il 44 günlük Vətən müharibəsindən sonra Azərbaycan qələbə qazandı. 2023-cü ildə 23 saatlıq lokal antiterror tədbiri zamanı, sözün əsl mənasında öz ərazi bütünlüyünü təmin etdi. Bundan sonra bütün dünya Azərbaycanı bir daha nüfuzlu dövlət kimi tanıdı.

COP29 tədbirinə ev sahibliyi etməklə, Azərbaycan bir daha dünyaya sübut etdi ki, kiçik bir ölkə olmasına baxmayaraq, COP kimi böyük tədbirlərə ev sahibliyi etməyi bacarır.

Ötən günlərdə, Asiya Parlament Assambleyasının (APA) 15-ci plenar sessiyası çərçivəsində mühüm qərarlar qəbul edilib və sessiyanın nəticələrinə dair "Bakı Bəyannaməsi" elan olunub.

Milli Məclisin deputatı Müşfiq Cəfərov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, müasir beynəlxalq münasibətlər sistemində önəmli rola malik Azərbaycanın xarici siyasətinin davamlı uğurları göz önündədir.

Müşfiq Cəfərov

“44 günlük Vətən müharibəsinin qalibiyyətlə başa çatmasından sonra bütün sahələrdə olduğu kimi xarici siyasətdə də yeni üfüqlər açılıb. Ermənistan–Azərbaycan münaqişəsi uzun illər ərzində dövlətimizin qlobal siyasətdə böyük potensialını ortaya qoymasına maneə törədirdi. İndi dünya ölkələri ilə əməkdaşlıq və tərəfdaşlıq əlaqələrini inkişaf etdirmək, təmasları gücləndirmək sahəsində "Qarabağ" adlı problem, maneə yoxdur.

Son illərdə dövlətimizin xarici siyasətdəki uğurları artıq regionun hüdudlarından kənara çıxıb. Ölkəmiz hazırda dünyada orta güc hesab olunan ölkələr kateqoriyasına daxildir. Azərbaycanın qarşıdakı dövrdə xarici siyasətdəki əsas istiqamətləri Prezident İlham Əliyevin qeyd etdiyi kimi biz, bu yeni dövrdə xarici siyasət istiqamətində yeni üfüqlər açmalıyıq. Əgər əvvəlki dövrdə bizim xarici siyasətimizin əsas istiqaməti Ermənistan–Azərbaycan münaqişəsinin həlli idisə, bu gün artıq bu məsələ, demək olar ki, gündəlikdə öncəlik deyil. Ona görə xarici siyasətimizin yeni istiqamətləri üstünlük təşkil etməlidir”-deyən deputat qeyd edib ki, Azərbaycan Asiya Parlament Assambleyası ilə əməkdaşlıq əlaqələrini daima isti saxlayıb.

“Ötən gün Bakıda Asiya Parlament Assambleyasının 15-ci plenar sessiyası baş tutub. Görüş çərçivəsində mühüm qərarlar qəbul edilib və sessiyanın nəticələrinə dair "Bakı Bəyannaməsi" elan olunub. Azərbaycan və APA-nın üzv dövlətləriylə birgə əməkdaşlıqlar barədə geniş müzakirələr aparılıb. Ümumillikdə, dövlət başçımızın apardığı xarici siyasətin əsas xətti qlobal siyasətdə bütün tərəfdaşlıqlara açıq olmaq və qarşılıqlı münasibətləri inkişaf etdirməkdir”-deyə Müşfiq Cəfərov vurğulayıb.

İradə Cəlil, Bizimyol.info

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi (MEDİA)

Məqalə, Medianın İnkişafı Agentliyinin onlayn media subyektlərinə (veb-saytlara) maliyyə dəstəyi əsasında hazırlanıb.

İstiqamət:  6.3.6. Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:95
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 22 Fevral 2025 09:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see478

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see384

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see379

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see340

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see322

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see293

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see291

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see286

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see202

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see165

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see164

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

02 Dekabr 2025 20:43see162

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

03 Dekabr 2025 09:08see152

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

02 Dekabr 2025 15:20see152

MilliÖn vətəndaşı aldadıb? ŞİKAYƏT

02 Dekabr 2025 21:03see150

Azərbaycan Kuboku: Turan Tovuz üçün asan sınaq, Zirə Neftçi yə qarşı

02 Dekabr 2025 09:28see139

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see137

“Kontakt Home”da ər arvadını bıçaqladı

02 Dekabr 2025 22:20see135

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see131

İspaniya mətbuatı: Xabi Alonsonun Real dakı taleyi qarşıdakı 3 oyundan asılıdır

02 Dekabr 2025 08:42see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri