Zelenskidən Avropaya mühüm çağırış: Sülh danışıqları dördtərəfli formatda keçirilməlidir
Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Ukrayna müharibəsinin dayandırılması istiqamətində diplomatik fəallıq artır. Ukrayna Prezidenti Volodimir Zelenski sülh danışıqlarının yeni formatda - Ukrayna, Avropa, ABŞ və Rusiyanın iştirakı ilə keçirilməsini təklif edib. Onun bu çağırışı Avropanın müharibənin taleyini müəyyənləşdirəcək danışıqlardan kənarda qalmamalı olduğu barədə mövqeyini bir daha ortaya qoyub.
France 24-ün yaydığı məlumata görə, Zelenski noyabrın 23-də Berlində NATO ölkələrinin parlamentariləri qarşısında videobağlantı vasitəsilə çıxış edərək dördtərəfli görüşün mümkün qədər tez təşkil olunmasını istəyib. Ukrayna lideri ölkəsinin belə bir görüşə hazır olduğunu, hətta bunun növbəti gün keçirilməsinin mümkünlüyünü bildirib. Onun sözlərinə görə, tərəfdaşlar görüşün Milad bayramından əvvəl baş tutmasına çalışırlar, Kiyev isə bunun daha tez reallaşmasına ümid edir.
Zelenski çıxışında Ukraynanın NATO-ya üzvlüyü məsələsini də gündəmə gətirib. O, ölkəsinin hərbi təcrübəsinin, müdafiə sənayesinin və güclü ordusunun Alyansın imkanlarını artıracağını vurğulayıb. NATO-nun baş katibi Mark Rütte isə Alyansın Ukraynaya dəstəyini təsdiqləməklə yanaşı, üzvlük məsələsində bütün müttəfiqlərin eyni mövqedə olmadığını bildirib.
Ukrayna Prezidenti müharibədən sonrakı təhlükəsizlik təminatlarının da konkret mexanizmlərlə müəyyənləşdirilməsinin vacibliyini diqqətə çatdırıb. Onun fikrincə, Ukrayna yenidən hücuma məruz qalacağı təqdirdə hansı dövlətlərin yardım göstərəcəyi, hansı tədbirlərin görüləcəyi və təhlükəsizlik qüvvələrinin necə təşkil olunacağı əvvəlcədən aydınlaşdırılmalıdır.
Zelenski NATO ölkələrini Ukraynanın hava hücumundan müdafiə imkanlarını gücləndirməyə, xüsusilə ballistik raketlərə qarşı müdafiə vasitələrinin verilməsini sürətləndirməyə də çağırıb.
Baş verənlər göstərir ki, Ukrayna ətrafında diplomatik mübarizə yeni mərhələyə qədəm qoyur. Kiyev Avropanın danışıqlarda təmsil olunmasını yalnız siyasi iştirak məsələsi deyil, həm də gələcək təhlükəsizlik arxitekturasının mühüm şərti hesab edir. Çünki Ukraynada əldə ediləcək sülhün davamlılığı bütövlükdə Avropanın sabitliyi ilə sıx bağlıdır.
N.Adilqızı
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:101
Bu xəbər 24 Noyabr 2026 10:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















