Azərbaycan XİN funikulyor qəzası nəticəsində çoxsaylı insan ölümü ilə bağlı Portuqaliyaya başsağlığı verib
Icma.az, Xalqcebhesi saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Azərbaycan Xarici İşlər Nazirliyi Portuqaliyaya başsağlığı verib.
Bu barədə qurumun "X" hesabında paylaşım edilib.
"Lissabonda Qloriya xəttində baş vermiş faciəli funikulyor qəzası bizi dərindən kədərləndirdi. Həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, yaralananlara isə tezliklə şəfa diləyirik",-məlumatda qeyd olunub.
Xatırladaq ki, Portuqaliyanın paytaxtı Lissabonda şəhərin əsas simvollarından biri olan "Qloriya" funikulyorunun sentyabrın 3-də relsdən çıxması nəticəsində 17 nəfər ölüb.

XİN Portuqaliyaya başsağlığı verib
04 Sentyabr 2025 18:47
Türkiyə XİN Sudanda çoxsaylı insan tələfatı ilə bağlı başsağlığı verib
03 Sentyabr 2025 12:57
Çoxsaylı insan ölümü ilə nəticələnən qəzalar artıb Kimi həbs edəcəklər?
07 Avqust 2025 15:53
Azərbaycan XİN Hindistana təyyarə qəzası ilə bağlı başsağlığı verib
12 İyun 2025 14:59
Niderlanddan Portuqaliyaya
09 Avqust 2025 23:03

