Icma.az
close
up
RU
Azərbaycan XİN rəsmisi: Ermənistanın xarici işlər nazirinin səsləndirdiyi iddialar tarixin saxtalaşdırılmasıdır

Azərbaycan XİN rəsmisi: Ermənistanın xarici işlər nazirinin səsləndirdiyi iddialar tarixin saxtalaşdırılmasıdır

Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın yanvarın 8-də mətbuat konfransında Qərbi Azərbaycan İcması və ümumilikdə indiki Ermənistan ərazisindən azərbaycanlıların deportasiyası ilə bağlı səsləndirdiyi iddialar Ermənistan tərəfindən tarixin saxtalaşdırılmasıdır.

AZƏRTAC xəbər verir ki, bunu Azərbaycanın Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Ayxan Hacızadə Ararat Mirzoyan tərəfindən mətbuat konfransı zamanı səsləndirilən fikirlərə dair şərhində bildirib.

Ayxan Hacızadə qeyd edib ki, ermənilərin son iki yüz il ərzində kütləvi şəkildə Cənubi Qafqaza köçürülməsi ilə azərbaycanlıların öz tarixi torpaqlarında sıxışdırılması tarixi faktdır. Mərhələ-mərhələ gerçəkləşdirilən bu plan nəticəsində azərbaycanlılar indi Ermənistan adlandırılan ərazidən – min illər boyu yaşadıqları öz doğma tarixi torpaqlarından qovularaq kütləvi qətl və qırğınlara məruz qalıb, xalqımıza məxsus minlərlə tarixi-mədəni abidə və yaşayış məskənləri məhv edilib, 2000-dən çox toponimlərin adları dəyişdirilib. Yalnız 1948-1953-cü illər ərzində 150 minə yaxın azərbaycanlı indiki Ermənistan ərazisində öz tarixi torpaqlarından kütləvi surətdə və zorakılıqla deportasiya olunub. Bununla yanaşı, 1987-1991-ci illərdə azərbaycanlıların tarixi-etnik torpaqlarından növbəti deportasiyası baş verib, nəticədə 250 mindən artıq azərbaycanlı Ermənistandan qovulub. Bütün bunları sübut edən tarixi və hüquqi sənədlər mövcuddur.

Azərbaycan XİN rəsmisinin sözlərinə görə, sonuncu deportasiya zamanı guya azərbaycanlılara qarşı kompensasiya ödənildiyi, onların könüllü şəkildə əraziləri tərk etdikləri barədə Ermənistan xarici işlər nazirinin iddiaları da tamamilə əsassızdır. Yalnız 1987-1991-ci illərdə etnik təmizləmə siyasətinin tərkib hissəsi kimi 216 nəfər azərbaycanlının qətlə yetirilməsi faktları bir daha sübut edir ki, azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti nə dərəcədə əzabla və qanla həyata keçirilib.

Qeyd edilənlər xüsusunda Ermənistanın Azərbaycanın Qərbi Azərbaycan İcması ifadəsindən istifadə olunmasını “beynəlxalq hüquq pozuntusu”, “ərazi iddiası” kimi təqdim etməsi riyakarlıqdır. Ermənistan rəsmilərinin azərbaycanlıların öz torpaqlarına qayıdış hüququnu müxtəlif bəhanələrlə təkzib etməsi, Azərbaycan ərazilərini “erməniləşdirmək” və azərbaycanlıların geri qayıdışına hər vəchlə mane olmaq məqsədinin açıq-aşkar nümunəsidir.

Azərbaycanlıların bölgədə mövcudluğunu problem kimi təqdim etmiş, azərbaycanlılara qarşı etnik təmizləməni və Azərbaycan ərazilərinin işğalını “600 illik problemin həlli” olduğunu bildirmiş keçmiş Ermənistan prezidenti Levon Ter-Petrosyanın və sonrakı digər erməni liderlərinin səsləndirdikləri fikirlər və yürütdükləri siyasət göstərib ki, irqçi-şovinist milli məfkurəsi hər zaman Ermənistanın ideoloji təmayülünü təşkil edib.

“Qeyd edilənlərlə yanaşı, 2020-ci il müharibəsindən sonra Azərbaycanda silahlı qüvvələrini çıxarmaqdan imtina etmiş, erməni sakinlərin yerləşdiyi ərazilərdə hərbiləşmə siyasətini və qeyri-qanuni fəaliyyətini davam etdirmiş, erməni sakinlərin Azərbaycana reinteqrasiyası prosesinə mane olmuş Ermənistanın indi beynəlxalq hüquqdan danışması absurddur.

Ermənistan tərəfi indiki Ermənistan ərazisində öz doğma torpaqlarından zorla qovulmuş Qərbi Azərbaycan İcmasının nümayəndələrinin hüquqlarını tapdalamaq və onlarla dialoqun hər vəchlə qarşısını almaq əvəzinə, bu icmanın sülh yolu ilə, ləyaqətli və təhlükəsizlik şəraitində geri qayıdış məqsədli Ermənistanla dialoq çağırışlarına cavab verməlidir. Ermənistanın “etnik uyğunsuzluq” konsepsiyasından və “etnik təmizləmə əsasında monoetnik dövlət titulu”ndan əl çəkib, dinc birgəyaşayışı seçdiyinin praktiki göstəricisi məhz Qərbi Azərbaycan İcmasının üzvlərinin öz tarixi torpaqlarına qayıtmasına şərait yaratmaqdan keçə bilər”, - deyə Ayxan Hacızadə vurğulayıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:149
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 09 Yanvar 2025 17:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya bankları İran akkreditivlərini qəbul etməyə başlayıblar

20 Oktyabr 2025 15:22see210

Bakının bir çox yollarında nəqliyyatın sıxlığı müşahidə olunur SİYAHI

20 Oktyabr 2025 08:25see200

AZAL da yarıtmaz idarəçilik, yoxsa... Təyyarələrdə yaranan problemlər nəylə bağlıdır? (VİDEO)

21 Oktyabr 2025 09:20see171

Xaricdə saxta təhsil: Valideynlər xəbərsiz, tələbələr savadsız EKSPERT RƏYİ

21 Oktyabr 2025 05:43see152

Qazaxıstan və Azərbaycan arasında süni intellekt və İT sahəsində əməkdaşlıq üçün böyük potensial var Nazirliyin İdarə rəhbəri

20 Oktyabr 2025 17:30see151

Sarıkökün bu faydalarını çoxları bilmir

20 Oktyabr 2025 07:01see149

Ərdoğandan Şimali Kiprdə keçirilən prezident seçkilərinin ilkin nəticələrinə reaksiya

20 Oktyabr 2025 00:57see143

“Amazon”, “Snapchat” və “Zoom”da problem yarandı

20 Oktyabr 2025 14:39see140

İspaniya La Liqası: Real Madrid səfərdən 3 xalla qayıdır

20 Oktyabr 2025 01:12see139

“Həyatın mənası yaşla necə dəyişir? Yeni tədqiqat

21 Oktyabr 2025 15:52see138

Tramp görüşü zamanı daim Zelenskiyə söyüş söyürdü

19 Oktyabr 2025 23:19see135

Naxçıvan məktəblisi “Statistik olimpiada”nın qalibi olub

21 Oktyabr 2025 03:36see134

İş adamı hava limanında həbs edildi

20 Oktyabr 2025 20:43see132

Rıbin və həyat yoldaşı öləcəkləri halda tək oğul övladlarına təlimatlar tərtib ediblər...

20 Oktyabr 2025 00:18see131

Səhər yeməyində turşu yeməyin 5 faydası

21 Oktyabr 2025 02:51see130

Oyundan sonra duş qəbul edə bilmədilər Atletiko dan UEFA ya şikayət

21 Oktyabr 2025 00:12see129

Qara zirə yağı: Hər dərdin dərmanı

20 Oktyabr 2025 05:06see126

Fransada tornado nəticəsində 1 nəfər ölüb, xəsarət alanlar var

21 Oktyabr 2025 03:34see124

Bunları yesəniz gec YAŞLANACAQSINIZ

21 Oktyabr 2025 02:37see123

Türkiyədə Can Holding in rəhbəri həbs olundu

21 Oktyabr 2025 01:36see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri