Icma.az
close
up
RU
Gəncəsər monastırı Alban xristian memarlığının yadigarı

Gəncəsər monastırı Alban xristian memarlığının yadigarı

Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.

Qarabağın qədim torpaqlarında – Ağdərə rayonunun Vəngli kəndində, Xaçınçayın sol sahilində yerləşən Gəncəsər monastırı (Qandzasar) Azərbaycanın qədim dövlətlərindən biri olan Qafqaz Albaniyasının dini-mədəni mərkəzlərindən sayılır. XIII əsrə aid edilən bu abidə həm memarlıq özəllikləri, həm də yaşatdığı tarixi-etnik izlər baxımından böyük əhəmiyyət daşıyır.

Qarabağdan həmkarımız Nemət Tahir yazır ki, monastırın baş kilsəsi – Müqəddəs İohann Kilsəsi, Xaçın knyazı Həsən Cəlal Dəvlənin göstərişi ilə, daha əvvəlki bir kilsənin yerində inşa edilib. Tikinti işləri 1216-cı ildə başlanıb, 1238-ci ildə tamamlanıb. Kilsənin inşasına dair məlumatlar daş üzərindəki epiqrafik yazılarda yer alıb və bu abidənin Həsən Cəlalın anası Xorişə Xatunla birlikdə inşa etdirdiyi təsdiqlənib.

Kilsə xaçvari-günbəzli kompozisiyaya malik olub, səliqəli kəsmə daşlardan tikilmişdir. Mərkəzdə ucaldılmış hündür barabanlı gümbəz, 4 iri və 4 kiçik pəncərə vasitəsilə interyeri işıqlandırır. Kilsənin çöldən və içəridən örtüyü kirəmit plitələrlə tamamlanıb. Salonun qərb tərəfinə birləşdirilmiş kvadrat planlı iri zal və onun üstündəki 8 sütunlu rotonda isə memarlıq baxımından diqqət çəkən detallardır. Stalaktitli tağ-nervyurlar və çətirvari dam örtüyü monastırın incəliklə işlənmiş üslubunu nümayiş etdirir.

Memarlıq bəzəklərində mifoloji simvollar, oyma naxışlar, heyvan və quş fiqurları, eləcə də Elxanilər dövrünə aid ornamentlərə rast gəlinir. Qərb divarındakı iri xaçda İsa fiquru Turani tipdə, monqol hörükləri ilə, ətrafındakı apostollar isə türk-monqol papaqları ilə təsvir olunub. Bu detal Elxanilər dövrünün təsirini göstərməklə yanaşı, Gəncəsərin türk-müsəlman təsir mühitindən qidalandığını sübut edir.

Monastırın ətrafında Həsən Cəlal və onun nəslindən olan alban hökmdarlarının, ruhanilərinin qəbirləri yerləşir. Lakin XIX əsrdən başlayaraq bu alban abidəsi erməni qriqoryan kilsəsi kimi təqdim edilməyə çalışılıb. 1836-cı ildə çar I Nikolayın fərmanı ilə Alban Apostol Kilsəsinin ləğv olunması, onun erməni qriqoryan kilsəsinə tabe etdirilməsi bu prosesin əsasını qoyub.

Tarixçilər bildirirlər ki, 1828-ci il Türkmənçay və 1829-cu il Ədirnə müqavilələrindən sonra ermənilərin Qarabağa köçürülməsi ilə erməniləşdirmə prosesi başlandı. Bu abidələr üzərindəki epiqrafik yazılar silindi, yerinə erməni dilində uydurma yazılar və xaçdaşlar əlavə edildi. Halbuki Gəncəsər alban memarlığının özünəməxsus elementlərini – türklərə məxsus qurbangah əsası, yerli ornamentlər və memarlıq texnikası ilə bu saxtakarlığı inkar edir.

Azərbaycan tarixçiləri qeyd edirlər ki, Gəncəsər təkcə dini ibadətgah deyil, həm də qədim türk tayfalarının mədəni irsidir. Gələcəkdə bu abidələrin tarixi-mədəni statusu bərpa edilməli, turizm və tədqiqat mərkəzinə çevrilməlidir. Çünki bu tikililər, artıq sadəcə, məbəd deyil – xalq yaddaşının, milli kimliyin daşlaşmış salnaməsidir.

XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:169
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 07 Avqust 2025 10:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see331

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see312

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see304

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see293

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see291

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see286

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see283

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see282

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see257

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see250

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see238

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see237

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see236

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see232

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see231

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see225

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see222

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see221

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see220

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri