Icma.az
close
up
RU
Mədəniyyət müasir cəmiyyətin ayrılmaz hissəsinə çevrilə bilər ŞƏRH EDİLDİ

Mədəniyyət müasir cəmiyyətin ayrılmaz hissəsinə çevrilə bilər ŞƏRH EDİLDİ

Sia Az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"Cəmiyyətin mədəni-estetik dəyərlərə münasibəti, Azərbaycan cəmiyyətinin ən yaralı problemlərindən biridir". Bunu SİA-ya açıqlamasında Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, www.kitabxana.net – Mir Cəlal Paşayev adına Milli Virtual-Elektron Kitabxana portalının yaradıcısı, Prezident təqaüdçüsü, yazıçı-kulturoloq Aydın Xan Əbilov deyib.

O bildirib ki, dünyanın inkişaf etmiş ölkələrindən tutmuş, inkişaf etməkdə olan ölkələrə qədər insanlar öz estetik, kulturoloji, ədəbi və yaradıcı zövqlərini formalaşdırmaq və inkişaf etdirmək üçün mütəmadi olaraq muzeylərə, teatrlara, sənət qalereyalarına, tarixi abidələrə, kino mərkəzlərinə üz tuturlar. Bu mədəni ocaqlar insanda estetik dünyagörüş formalaşdırır, onu daha mədəni və sivil şəxsiyyətə çevirir. Amma təəssüf ki, biz hələ də çayxana, restoran, toyxana və yasxanaya getməyi mədəni istirahət və ictimai fəaliyyət forması kimi qəbul edirik. Xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşları Luvr muzeyi, Vatikan muzeyi, Britaniya muzeyi kimi mədəniyyət ocaqlarını ziyarət edir – bəzən həqiqi maraqla, bəzən isə sadəcə şəkil çəkdirmək üçün. Amma öz ölkəsində, məsələn, Nizami adına Ədəbiyyat Muzeyi ilə Nizami adına Ədəbiyyat İnstitutu arasındakı fərqi bilənlərin sayı olduqca azdır. Bu, cəmiyyətimizin mədəni və estetik inkişaf baxımından geridə qalmasının göstəricisidir. Almaniyada hər il ailələr uşaqları və yaxınları ilə birlikdə 200 milyon dəfə muzey və digər mədəniyyət ocaqlarına ziyarət edirlər – bu rəqəm Almaniya əhalisinin dörddə biri qədərdir. Uşaqları, xəstələri və qocaları çıxsaq belə, bu rəqəm çox böyük bir mədəni maraq və iştirakın göstəricisidir.

Azərbaycanda isə vəziyyət fərqlidir. İl ərzində muzeylərə, teatrlara könüllü ziyarət edən insanların sayı çox azdır – bu say təxminən 50 min nəfəri keçmir və o da əsasən məktəb ekskursiyaları və təşkil olunmuş tədbirlər çərçivəsində baş tutur. Teatr və muzeylərə könüllü şəkildə getmək, şəxsi maraq əsasında mədəni istirahətə üstünlük vermək demək olar ki, unudulub. Bu həm sosial-iqtisadi çətinliklərdən qaynaqlanır, həm də estetik və mənəvi dəyərlərin cəmiyyətdə prioritet olmamasının nəticəsidir.

Çox zaman mobil telefona, internet paketlərinə, bahalı restoranlara və toylara rahatlıqla pul xərcləyirik. Lakin bir kitab almaq, teatr tamaşasına bilet əldə etmək, uşaqları uşaq teatrına, kukla teatrına aparmaq bizə artıq və lüzumsuz görünür. Digər tərəfdən, Türkiyə, Rusiya və digər ölkələrdən gələn müğənnilərin konsertlərinə 70-100 manat verib axınla gedən insanlar, yerli teatr və sənət ocaqlarına maraq göstərmirlər. Bu ziddiyyətlər cəmiyyətin estetik tərbiyəsinin zəif olduğunu göstərir. Eyni zamanda muzeylərin, teatrların özündə də ciddi idarəetmə və menecment problemləri mövcuddur. Kifayət qədər kreativ marketinq, yenilikçi yanaşma, interaktiv layihələr, müasir texnologiyalarla zənginləşdirilmiş təqdimatlar yoxdur. Təəssüf ki, bir çox mədəniyyət müəssisələri sadəcə ənənəvi formada fəaliyyət göstərir və gənc nəsli cəlb edə biləcək dinamikanı yarada bilmir.

Burada ailələrin rolu xüsusilə önəmlidir. Valideynlər uşaqlarını teatr tamaşalarına, muzey sərgilərinə aparmalı, kitab mağazalarına yönəltməli, evdə də mədəniyyətə maraq oyatmalıdırlar. Eyni zamanda özləri də ayda heç olmasa bir neçə dəfə mədəniyyət ocaqlarını ziyarət etməlidirlər. İnsanlar müzeylərdə, teatr tamaşalarında gördükləri ilə bağlı fikirlərini bölüşməli, rəy bildirməli, təkliflər verməli və bu sahədəki aktiv ictimai iştirakçılığa çevrilməlidirlər. Digər mühüm məsələ isə menecmentlə bağlıdır. Mədəniyyət Nazirliyi hazırda teatr və muzeylərin maaşlarını ödəyən, büdcələrini idarə edən orqan olsa da, bu müəssisələrin inkişafı üçün kulturoloq və mədəniyyət üzrə ekspertlərin tövsiyələrindən, layihələrindən, analiz və təkliflərindən effektiv şəkildə istifadə etmir. Bəzən isə onları pulsuz çalışdırmaqla kifayətlənir, halbuki bu, davamlı inkişaf üçün peşəkar yanaşma tələb edir. Yekunda demək olar ki, Azərbaycanda estetik və mədəni dəyərlərin formalaşması və inkişafı üçün həm fərdi təşəbbüslər, həm də sistemli dövlət siyasəti vacibdir. Ailədən başlamalı, məktəblərdə davam etməli və cəmiyyətin bütün səviyyələrində estetik zövq tərbiyə olunmalıdır. Yalnız bu halda mədəniyyət müasir cəmiyyətin ayrılmaz hissəsinə çevrilə bilər.

Müəllif: Günel Rəşadqızı

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:65
embedMənbə:https://sia.az
archiveBu xəbər 04 İyul 2025 15:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see235

Azərbaycanlı müğənni: Ay ailə başçıları, gey müğənniləri niyə toya çağırırsız?! FOTO

02 Yanvar 2026 04:55see224

“Ölümü” Ukraynanın xüsusi əməliyyatı olubmuş − Denis Kapustin sağdır

01 Yanvar 2026 20:01see184

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see182

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see160

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see160

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see149

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see149

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see146

“Qarabağ bizim idi, indi bizim deyil” ifadəsi tələdir Paşinyan

01 Yanvar 2026 12:55see142

2026 cı ilin ilk günündən qüvvəyə minən QANUNLAR

01 Yanvar 2026 09:05see142

Əzgilin bu faydaları varmış...

02 Yanvar 2026 05:09see140

“Formula 1”də ən çox qazanan sürücülər: 2025 ci ilin ən yaxşı 5 pilotu

01 Yanvar 2026 18:03see136

Niyə müalicə üçün xaricə gedirik? ARAŞDIRMA

01 Yanvar 2026 13:14see135

Türkiyədə Fələstinə dəstək üçün 520 min nəfər Qalata körpüsündə toplaşıb FOTOLENT

01 Yanvar 2026 18:21see135

KİV: Aktyor Tommi Li Consun qızının meyiti Kaliforniyadakı hoteldə tapılıb

02 Yanvar 2026 08:52see135

Putinə qarşı bu addım vəziyyəti ağırlaşdırdı Türkiyəli politoloq

01 Yanvar 2026 11:43see133

Türkiyə Çin vətəndaşları üçün vizanı ləğv edib

01 Yanvar 2026 17:48see130

Pensiya yaşı ilə bağlı QƏRAR VERİLDİ Bu ildən...

01 Yanvar 2026 09:53see129

Səhralar yaşıllaşacaq: Çinli alimlərdən inqilabi metod

02 Yanvar 2026 02:41see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri