Azərbaycan Yaxın Şərqdə balanslı və beynəlxalq hüquqa əsaslanan mövqeyi ilə seçilir RƏY
Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.
Bakı, 27 yanvar, AZƏRTAC
Azərbaycan ilə İsrail arasında münasibətlər son illərdə siyasi etimad, qarşılıqlı maraqlar və praqmatik əməkdaşlıq əsasında inkişaf edərək strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Bu əlaqələr həm ikitərəfli formatda, həm də regional və qlobal kontekstdə mühüm əhəmiyyət kəsb edir.
Bunu AZƏRTAC-a açıqlamasında “Ortaq Dəyərlər” İctimai Birliyinin sədri Aqil Camal deyib.
Onun sözlərinə görə, siyasi müstəvidə tərəflər arasında davamlı və konstruktiv dialoq mövcuddur. Yüksəksəviyyəli qarşılıqlı səfərlər və müntəzəm təmaslar münasibətlərin dinamik inkişafına şərait yaradır.
“İsrail Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü dəstəklədiyini açıq şəkildə nümayiş etdirir, Azərbaycan isə Yaxın Şərqdə balanslı və beynəlxalq hüquqa əsaslanan mövqeyi ilə seçilir. Bu amillər siyasi etimadın möhkəmlənməsinə xidmət edir. İqtisadi əməkdaşlıq münasibətlərin əsas sütunlarından biridir. Enerji sahəsində Azərbaycan İsrailin əsas neft tədarükçüləri sırasında yer alır. Bu əməkdaşlıq İsrailin enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynamaqla yanaşı, Azərbaycanın etibarlı tərəfdaş imicini də gücləndirir. Eyni zamanda, qeyri-neft sektorunda qarşılıqlı investisiya imkanlarının genişləndirilməsi iqtisadi münasibətlərin şaxələndirilməsinə şərait yaradır”, - deyə Aqil Camal vurğulayıb.
A.Camal əlavə edib ki, Azərbaycanda kənd təsərrüfatı və su resurslarının idarə olunması sahəsində İsrailin qabaqcıl texnologiyaları tətbiq edilir: “Damcı suvarma sistemləri, aqrar innovasiyalar və “ağıllı kənd” konsepsiyası, xüsusilə, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa və yenidənqurma prosesində önəmli rol oynayır. Bu əməkdaşlıq dayanıqlı inkişaf məqsədlərinə uyğun olaraq formalaşır. Texnologiya və innovasiya sahəsində əməkdaşlıq da diqqət çəkir. İsrailin startap ekosistemi, kibertəhlükəsizlik və rəqəmsal həllər üzrə təcrübəsi Azərbaycan üçün yeni imkanlar yaradır. Birgə layihələr və texnologiya transferi iqtisadiyyatın rəqəmsallaşmasına və innovativ potensialın artırılmasına töhfə verir”.
Aqil Camal onu da əlavə edib ki, müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlıq ikitərəfli münasibətlərin mühüm istiqamətlərindən biridir. Bu sahədə texnoloji tərəfdaşlıq Azərbaycanın müdafiə qabiliyyətinin gücləndirilməsinə xidmət edir və regional təhlükəsizliyin təmin olunmasına töhfə verir.
“Humanitar və mədəni əlaqələr münasibətlərin sosial əsaslarını möhkəmləndirir. Azərbaycanda yəhudi icmasının sülh və tolerantlıq şəraitində yaşaması ölkənin multikultural dəyərlərə sadiqliyinin bariz nümunəsidir. Təhsil, mədəniyyət və turizm sahələrində əməkdaşlıq xalqlar arasında qarşılıqlı anlaşmanı daha da dərinləşdirir. Ümumilikdə, İsrail–Azərbaycan münasibətləri qarşılıqlı maraqlara əsaslanan, uzunmüddətli və strateji xarakter daşıyan əməkdaşlıq modelidir. Mövcud siyasi iradə və iqtisadi potensial bu əlaqələrin gələcəkdə daha da genişlənəcəyini və yeni əməkdaşlıq istiqamətləri ilə zənginləşəcəyini deməyə əsas verir”, - deyə “Ortaq Dəyərlər” İctimai Birliyinin sədri qeyd edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:75
Bu xəbər 27 Yanvar 2026 19:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















