Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

ChatGPT də problem yarandı

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

MilliÖn vətəndaşı aldadıb? ŞİKAYƏT

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

“Kontakt Home”da ər arvadını bıçaqladı

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

DTX onların izinə düşüb Bakıda keçirilən gizli toplantılarda hansı plan qurulub?

Paşinyan Minsk Qrupu nun 2019 cu il təkliflərinə niyə cavab vermir? İki mühüm səbəb

Paytaxtın bu küçələrində sıxlıq var SİYAHI

Belçika deputatlarının erməni diasporunun dezinformasiyalarına əsaslanan mövqeyi beynəlxalq hüquqa təhqirdir ŞƏRH AZƏRTAC

Belçika deputatlarının erməni diasporunun dezinformasiyalarına əsaslanan mövqeyi beynəlxalq hüquqa təhqirdir ŞƏRH AZƏRTAC

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 25 noyabr, AZƏRTAC

Belçikanın Federal, Flaman, Valon və Brüssel parlamentlərinin 20 üzvü Azərbaycan hökumətinə və COP29-da iştirak edən Belçika hökuməti nümayəndə heyətinə müxtəlif absurd tələbləri ehtiva edən bəyanatla müraciət ünvanlayıblar. Müraciətdə Azərbaycanda saxlanılan guya hərbi əsir olan ermənilərin Bakıda keçirilən COP29 münasibətilə azad edilməsinə çağırış olunub. Unudan və ya özünü bilməməzliyə vuran bəzi Qərb dairələrinə bir daha xatırladırıq ki, Azərbaycan Vətən müharibəsi zamanı əsir götürdüyü erməniəsilli hərbiçilərə münasibətdə humanizm nümayiş etdirərək onların hamısını azad edib. İstinad edilən şəxslər isə müharibədən 3 il sonra, fərqli qanun pozuntuları, habelə terrorçuluğu maliyyələşdirmə, dövlət sərhədini qanunsuz keçmə, həmçinin müharibə və insanlıq əleyhinə cinayətlərdə ittiham olunaraq həbs ediliblər.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Pərvanə Vəliyeva deyib.

O vurğulayıb ki, 30 il öncə Qarabağ və Şərqi Zəngəzurda yaşayan azərbaycanlılara amansız işgəncələr verərək, yüz minlərlə azərbaycanlını öz evindən, vətənindən didərgin salan və Azərbaycanın şəhərlərini raketlərlə atəşə tutaraq mülki əhalini qəsdən qətlə yetirilməsini öz ifadəsi ilə etiraf edən cinayətkarlar hərbi əsir hesab edilə bilməz: “Belçika parlament üzvlərinin məsələnin mahiyyətinə varmadan, erməni diasporunun dezinformasiyaları əsasında çıxış etməsi beynəlxalq hüquqa təhqirdir.

Sözügedən parlamentarilərin digər tələbi isə Qarabağda erməni mədəni irsinin qorunması ilə bağlıdır. Azərbaycan öz ərazisində olan bütün tarixi və mədəni abidələrə hansı xalqa mənsubiyyətindən asılı olmayaraq xüsusi diqqətlə yanaşmaqla yanaşı, onların qorunması və bərpası, mədəni irs nümunəsi kimi inventarizasiyası üzrə əsaslı işlər görür. Azərbaycan tolerant, multikultural, bütün dinlərin qovuşduğu, etnik xalqların əmin-amanlıqla, bərabərhüquqlu əsaslarla yaşadığı ölkədir. Bu faktlar hətta Roma Papası tərəfindən dəfələrlə xüsusi vurğulanıb.

Ermənistandan tarixdə 4 dəfə deportasiya edilən azərbaycanlıların isə Ermənistanda mövcud mədəni irsi sonuncu 1987-1991-ci il deportasiyasından sonra tamamilə dağıdılıb, həmçinin məzarlıqlara qarşı vandalizm aktlarına dair əsaslı faktlar mövcuddur. Bu xüsusda, 30 il müddətində Qarabağda viran qoyulan Azərbaycan mədəni irsinin bərpası üzrə lazım olan məbləğ milyardlarla ölçülür. Ermənistan buna görə təzminat ödəməlidir. Sözügedən parlamentarilərin Qarabağda Azərbaycan mədəni irsinin dağıdılması faktına biganə qalması isə onların Azərbaycana qarşı siyasi ikiüzlülüyündən xəbər verir”.

Belçikalı parlamentarilərin müraciətində qeyd olunan Ermənistana qarşı hərbi təcavüz iddiasına toxunan deputat deyib: “Bu iddia Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə təhdid deməkdir və qəbuledilməzdir. Azərbaycan Silahlı Qüvvələri ölkəmizin beynəlxalq səviyyədə tanınmış ərazilərində hərbi əməliyyatlar apararaq, Ermənistanın 30 illik işğalına son qoyub. Hazırda isə Azərbaycan Ermənistanla sülhə təşəbbüs edən və sülh danışıqlarını başladan, sülh müqaviləsinin mətnini tərtib edən tərəfdir. Bu xüsusda, Belçika Parlament üzvlərinin hərbi təcavüz iddiası regiondakı sabitliyi pozmaq cəhdidir.

Bəyanatı imzalayan siyasi partiyalar özünün ermənipərəst ideologiyaları ilə bilinən, Ermənistanı müharibəyə sövq etməyə çalışan erməni diasporunun maliyyəsi ilə danışdırdığı “muzdlu əsgərləridir”.

COP29-a ev sahibliyi edən və iqlim maliyyəsi üzrə yeni hədəfə nail olunan ölkə kimi tarixə düşən Azərbaycanın bu uğurunu həzm edə bilməyən Qərb dövlətləri parlamentlərinə ötürdükləri tezislər əsasında absurd bəyanatlar qəbul etməklə heç nə əldə etməyəcəklər. Əksinə onlar bu konfransı, yəni, BMT tədbirini qaralamaqla, uğurlara kölgə salmaqla, öz zəif iştirakçılıqları ilə məsuliyyətlərindən yayınırlar.

Həmçinin müraciətdə Belçikanın COP29 nümayəndə heyətinə 2021 və 2024-cü illərdə Belçika parlamentində qəbul edilən Qarabağla bağlı qətnamələrin tələbləri nəzərə alınaraq konfransda iştirak etməmələri tövsiyə olunub. Konfransla və iqlim dəyişmələri ilə heç bir əlaqəsi olmayan siyasi məsələnin nümayəndə heyətinə tövsiyə edilməsi və onların bu tələbi necə istifadə və icra edəcəyini anlamaq elə də çətin deyil. Bu, özünü Azərbaycanın dünyanın gələcəyi naminə çağırış etdiyi öhdəlik və bəyannamələrə Belçika tərəfindən qoşulmamaqla büruzə verəcəkdi. Lakin öz siyasi maraqlarından çıxış edən Belçika parlamenti bir məsələni unudur ki, COP29-da qəbul edilən qərarlar sabah üçündür və qlobal dünyaya, o cümlədən Belçika xalqına aiddir”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:139
embedMənbə:https://azertag.az
archiveBu xəbər 25 Noyabr 2024 14:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see497

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see398

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see385

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see333

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see297

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see297

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see289

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see245

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see218

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see218

MilliÖn vətəndaşı aldadıb? ŞİKAYƏT

02 Dekabr 2025 21:03see203

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

03 Dekabr 2025 09:08see200

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

02 Dekabr 2025 20:43see172

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see168

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see143

“Kontakt Home”da ər arvadını bıçaqladı

02 Dekabr 2025 22:20see137

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see132

DTX onların izinə düşüb Bakıda keçirilən gizli toplantılarda hansı plan qurulub?

02 Dekabr 2025 19:44see130

Paşinyan Minsk Qrupu nun 2019 cu il təkliflərinə niyə cavab vermir? İki mühüm səbəb

02 Dekabr 2025 21:29see129

Paytaxtın bu küçələrində sıxlıq var SİYAHI

03 Dekabr 2025 08:48see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri