Icma.az
close
up
RU
Azərbaycan yeganə ölkədir ki, yəhudilər burada təhlükəsiz və azad şəkildə yaradıcılıqla məşğul olublar

Azərbaycan yeganə ölkədir ki, yəhudilər burada təhlükəsiz və azad şəkildə yaradıcılıqla məşğul olublar

Bizimyol portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Azərbaycan Holokost zamanı 55 min yəhudiyə sığınacaq verən İsrailin köhnə dostudur. Holokost zamanı 55 mindən çox yəhudi qırğından qaçaraq Azərbaycana sığınıb". Bu barədə İsrailin keçmiş baş Aşkenazi ravvini İsrail Meir Lau bildirib. Din xadimi Strasburqda Avropa Şurası Parlament Assambleyasında Osvensim düşərgəsinin azad edilməsi ilə bağlı Beynəlxalq Holokost qurbanlarının anım günü ilə bağlı keçirilən mərasimə fəxri qonaq kimi dəvət olunub. O, yeddi yaşında hər iki valideynini itirdiyini qeyd edərək, sağ qalma hekayəsini danışıb. “Bu gün mən İsrailin köhnə dostu olan bir ölkəni - yəhudi xalqı və İsraillə sıx əlaqələri olan müsəlmanların çoxluq təşkil etdiyi Azərbaycanı xatırlatmaq istəyirəm. “Azərbaycan bu gün İsraillə çiyin-çiyinə dayanır, şərlə üz-üzədir”, - ravvin İ.Lau bildirib. Onun sözlərinə görə, Azərbaycan xalqı min illik tarixi boyu öz torpağında yaşayan yəhudilərə qarşı zorakılıq nümayiş etdirməyib.

Politoloq Məhəmməd Əsədullazadə Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, İsrailin keçmiş Aşkenazi ravvini İsrail Meir Launun Strasburqda AŞPA-da Azərbaycanla bağlı mövqeyi reallıqlara əsaslanır.

Məhəmməd Əsədullazadə

“Həqiqətən də uzun əsrlərdir ki, Azərbaycanda dağ yəhudiləri yaşayır. Onlar heç bir diskriminasiyaya, dini ayrı-seçkiliyə məruz qalmırlar. Azərbaycan yeganə unikal ölkədir ki, yəhudilər burada özlərini sərbəst hiss ediblər, yaradıcılıqla məşğul olublar. Həmişə onlara hörmət edilib. İndi də Qubanın “Qırmızı qəsəbə”sində, həmçinin Bakı şəhərində təhlükəsiz şəkildə yaşayırlar və yaradıcılıqla məşğul olurlar. Təbii ki, bu da İsrail-Azərbaycan münasibətlərin müsbət dinamikada inkişafında mühüm amildir. Bunu yahudi xadimləri də çox gözəl bilirlər”-deyən politoloq qeyd edib ki, bunu Azərbaycanın multikultralizm siyasətinin tərkib hissəsi kimi məhz dünyaya çatdıblar.

Məhəmməd Əsədullazadə vurğulayıb ki, Avropa Şurası Parlament Assambleyasında Azərbaycana qarşı çox ciddi şəkildə qərəzli mövqe var: “Qarabağ münaqişəsinin həllindən sonra burada Fransa mənşəli erməni lobbisinin maliyyəsi ilə təlimatlandırılan deputatlar Azərbaycana qarşı çox ciddi şəkildə təxribatlar həyata keçirirlər və Azərbaycanı bir çox sahələrdə ittiham edirlər. Məhz AŞPA-da çıxış edən fəxri qonağın Azərbaycanda dini tolerantlığın olduğunu və insan hüquqlarına həmişə hörmət edildiyini vurğulaması da bir sübutdur.

İsrail Azərbaycan əlaqələri də inkişaf edir. Bunun təməlində Azərbaycandan köçmüş yəhudilərin də rolu var. Onlar İsraildə yaşayırlar, Azərbaycan cəmiyyəti qurublar və bu prosesdə Azərbaycanın milli maraqlarını da dünyada müdafiə edirlər. Azərbaycan da onların bir vətənidir və həmişə də Azərbaycanla bağlı proseslərdə fəal iştirak edirlər. Həm beynəlxalq təşkilatlarda, həmçinin bir çox ölkələrdə yəhudi ravinlərinin məhz Azərbaycana dəstək kimi bu kimi çıxışlarına biz görürük. Çünki yəhudilər Avropada uzun illər təqib olunublar. Ancaq Osmanlı imperiyası və Azərbaycan həmişə yəhudilərə qucaq açıb, onlara qarşı hər hansı bir ayrı-seçkilik siyasətinə yol verməyib”.

İradə Cəlil, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:78
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 31 Yanvar 2025 14:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see246

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see183

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see139

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see137

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see134

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see133

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see128

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri