Icma.az
close
up
RU
Gil Mixaeli: Erməni diasporu Yelisey sarayının siyasi istiqamətini dəyişib

Gil Mixaeli: Erməni diasporu Yelisey sarayının siyasi istiqamətini dəyişib

Oxu.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Azərbaycanın Fransaya qarşı münasibəti həmişə yaxşı olub. Bunu istər Əlimərdan bəy Topçubaşovun arxivlərində, istərsə də mərhum Heydər Əliyevin 1993-cü ildə prezident seçiləndə ilk xarici səfərini Fransaya etməsində görə bilərik. Fransa həm də keçmiş Minsk qrupunun həmsədri idi, eləcə də əsrin müqaviləsində iştirak etmişdi. Üstəlik, ABŞ Azərbaycana yardımları dayandırmaqla bağlı 907-ci düzəlişi qəbul edəndə Qərbdə Azərbaycan üçün ən yaxşı tərəfdaş, həm də münaqişədə vasitəçi olan tərəf kimi Fransa idi. Lakin sonradan Fransada erməni diasporunun sayı və nüfuzu artdı, bundan sonra gedişat dəyişdi".

Oxu.Az xəbər verir ki, bunu fransalı tarixçi və jurnalist, "Conflicts" jurnalının direktoru Gil Mixaeli "Fransa və Ermənistan-Azərbaycan münaqişəsi" adlı beynəlxalq konfransda deyib.

Onun sözlərinə görə, 1994-cü ildə Azərbaycanla Ermənistan arasında atəşkəs imzalandıqdan sonra erməni diasporu daha inkişaf edib, Fransada ermənilərin koordinasiya şurası yaranıb:

"Bu, onlara dünyaya çıxmağa, konkret addımlar atmağa imkan verdi və bundan sonra şəxsi əlaqələrini daha da gücləndirməyə başladılar. Ermənilərin Fransa siyasətçiləri ilə əlaqələrini daha da gücləndirməsi isə Beşinci Respublikada onların təsir qüvvəsini artırmağa başladı. Bu, Fransanın da dövlət kimi nüfuzuna təsir etdi, Yelisey sarayında siyasi istiqamət dəyişdi. Ermənilər Fransada təsirlərini belə artırdılar".

"Bu gün apardığımız danışıqlar isə onu göstərir ki, biz Azərbaycanla əlaqələri ən yüksək səviyyədə saxlamağa və problemi aradan qaldırmağa çalışırıq. Biz buna nail olmaq istəyirik", - deyə direktor əlavə edib.

Mərahim Nəsib

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:120
embedMənbə:https://oxu.az
archiveBu xəbər 31 Yanvar 2025 11:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tramp: Putinə səbrim çox tez tükənir

13 Sentyabr 2025 00:33see200

Bu ölkələr İsrailə görə Avroviziyadan imtina edəcək

12 Sentyabr 2025 18:39see171

Bakı metrosunda sərnişinləri sevindirəcək YENİLİK: Sentyabrın 15 dən...

12 Sentyabr 2025 10:54see158

İntihar etdiyi deyilən türk aktrisadan xəbər var

12 Sentyabr 2025 13:37see151

İpoteka ilə alınan evlərin satılmasına icazə verilir? Əgər bu şərtlər varsa… KONKRET

12 Sentyabr 2025 19:03see137

Amerikada qızılcaya yoluxan uşaq ölüb

12 Sentyabr 2025 15:13see136

Tailandda quduzluq epidemiyası yayılır

13 Sentyabr 2025 01:25see135

Ukraynalılar Bakı Bulvarında Rusiyaya etiraz etdi Bizə qardaş deyirlər, sizə dost deyirlər

12 Sentyabr 2025 22:54see134

Yaşmada sex yandı

13 Sentyabr 2025 10:49see133

Liqa 1: Marsel darmadağına sevindi

13 Sentyabr 2025 01:51see132

Paketadan ayrılıq qərarı

12 Sentyabr 2025 14:29see129

Uşaqda məktəbdən sonra baş ağrısının 5 SƏBƏBİ

12 Sentyabr 2025 16:09see127

Kanelo Dana Uayt haqqında danışan spikerin sözünü kəsib

13 Sentyabr 2025 00:18see126

Yaponiya bu ölkələrə “F 15” döyüş təyyarələri göndərəcək

12 Sentyabr 2025 16:19see122

Model 100 min dollara ər axtarır

12 Sentyabr 2025 18:57see122

Araz Naxçıvan Kəpəz ə qalib gəldi

12 Sentyabr 2025 19:42see121

“Millət vəkili” anlayışı kimi “ekspert” sözü də cəmiyyətdə formalaşır Fazil Mustafa

12 Sentyabr 2025 19:38see121

Elbrusda kanat yolu qırıldı, ölənlər var

13 Sentyabr 2025 00:27see121

KİV: Mossad Qətərdə HƏMAS rəhbərlərinə qarşı yerüstü əməliyyatdan imtina edib

14 Sentyabr 2025 01:26see120

Gizli tarix üzə çıxdı: Girişi torpaqla örtülübmüş

14 Sentyabr 2025 02:07see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri