Icma.az
close
up
RU
Nexemiya Şirin Mixaeli: Azərbaycanın dövlətçilik rəmzi olan Müstəqillik Günü xalqımızın qürur mənbəyidir

Nexemiya Şirin Mixaeli: Azərbaycanın dövlətçilik rəmzi olan Müstəqillik Günü xalqımızın qürur mənbəyidir

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı, 29 may, AZƏRTAC

Bu günlərdə ana Vətənimiz, doğma Azərbaycanın dövlətçilik rəmzi olan Müstəqillik Gününü qeyd etdik. Azərbaycan xalqı əsrlər boyu böyük çətinliklərdən və məşəqqətlərdən keçərək, 1918-ci il mayın 28-də Məmməd Əmin Rəsulzadənin rəhbərliyi ilə İstiqlal Bəyannaməsini qəbul edərək azadlığına qovuşdu və Şərqdə ilk dəfə parlamentli, demokratik respublika qurdu.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında “İsraildə Azərbaycan Evi” diaspor təşkilatının direktoru, İsraildəki Dağ Yəhudilərinin Koordinasiya Şurasının rəhbəri, Qafqaz Yəhudilərinin Ümumi İsrail Birliyinin sədrinin birinci müavini və Akko şəhəri Dağ Yəhudiləri İcmasının sədri Nexemiya Şirin Mixaeli deyib.

O bildirib ki, Azərbaycan Xalq Cümhuriyyəti qadınlara seçki hüququ tanıyan ilk müsəlman ölkəsi kimi dünya demokratiya tarixində mühüm yer tutur: “Cümhuriyyətin yaranması xalqımızın dövlət qurmaq əzmini sübut etdi. Bugünkü müstəqil Azərbaycan dövləti də məhz həmin Cümhuriyyətin varisidir. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev həmin ideyaların davamçısı kimi müstəqil və güclü Azərbaycan dövlətinin bünövrəsini möhkəmləndirib. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan daha da inkişaf edərək bölgədə və dünyada söz sahibi olan bir dövlətə çevrilib”.

Diaspor rəhbəri vurğulayıb ki, Azərbaycan tarix boyu müxtəlif xalqların, o cümlədən yəhudilərin mehriban və təhlükəsiz şəraitdə yaşadığı və azad fəaliyyət göstərdiyi ölkə olub.

“Yəhudilər hər zaman Azərbaycanda özlərini azad və təhlükəsiz hiss ediblər. 1918-ci ildə yaradılan Azərbaycan Xalq Cümhuriyyətinin rəhbərləri sırasında da yəhudi əsilli ziyalılar olub. Məşhur alim və Cümhuriyyətin səhiyyə naziri Yevsei Gindes bunun bariz nümunəsidir. Bu, Azərbaycan və yəhudi xalqları arasında tarixi dostluq və qardaşlıq münasibətlərinin göstəricisidir”, - deyə Nexemiya Şirin Mixaeli vurğulayıb.

O, Müstəqillik Günü münasibətilə Azərbaycan xalqını səmimi-qəlbdən təbrik edib, ölkəmizə daimi yüksəliş, firavanlıq və əmin-amanlıq arzulayıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:96
embedMənbə:https://azertag.az
archiveBu xəbər 29 May 2025 19:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see237

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see223

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see216

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see210

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see200

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see196

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see182

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see174

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see165

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see162

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see154

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see153

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see150

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see145

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see144

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

20 Yanvar 2026 08:04see141

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see139

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see135

Azərbaycan nefti ucuzlaşıb

20 Yanvar 2026 09:48see135

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri