Icma.az
close
up
RU
Azərbaycan yeni çağırışlara hazır olmalıdır!

Azərbaycan yeni çağırışlara hazır olmalıdır!

Icma.az bildirir, Yeniazerbaycan portalına istinadən.

Dünyaya nümunəvi inkişaf modeli təqdim edən Azərbaycan özünün yaxın və uzaq hədəflərini konseptual əsaslarla müəyyənləşdirir. Bu zaman bir sıra fundamental amillər, o cümlədən ölkənin potensialı, mövcud reallıqları, yeni qlobal çağırışlar nəzərə alınır və uğurlu koordinasiya təmin edilir. Bunun növbəti təsdiqi olaraq elə bu günlərdə Prezident İlham Əliyev  “Azərbaycan Respublikasının 2027-2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın hazırlanması haqqında müvafiq Sərəncam imzalayıb. Sənədə əsasən, 2027-2030-cu illərdə hazırlanması planlaşdırılan dövlət proqramlarının, strategiyaların, milli fəaliyyət planlarının, konsepsiyaların və bu kimi digər sənədlərin “Azərbaycan Respublikasının 2027-2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda əhatə olunması nəzərdə tutulur.

Ölkənin siyasətində ardıcıllıq prinsipinə sadiq qalınması

Hər dövrün özünəməxsus inkişaf xüsusiyyətləri var. 2020-ci ildə böyük Qələbəmizlə başa çatan 44 günlük Vətən müharibəsindən sonra ölkəmiz  inkişafının keyfiyyətcə yeni bir mərhələsinə keçid etdi. Prezident İlham Əiyevin 2021-ci il 2 fevral tarixli  Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”ə uyğun olaraq hazırlanmış “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” sənədi də yeni strateji mərhələnin çağırışları nəzərə nəzərə alınıb. Sənəddə bildirilir ki, 2030-cu ilədək olan dövrü əhatə edən indiki strateji mərhələdə respublikamız qüdrətli dövlət və yüksək rifah cəmiyyəti quruculuğunu hədəfləyib.

Sözügedən Strategiya sosial-iqtisadi inkişaf üzrə müəyyən edilmiş beş Milli Prioritet əsasında həyata keçirilir. Həmin prioritetlər aşağıdakılardır:

1. Dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyat;

2. Dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyət;

3. Rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı;

4. İşğaldan azad olunmuş ərazilərə böyük qayıdış;

5. Təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi.

Ötən dövrdə qeyd olunan hər bir prioritet üzrə yüksək göstəricilər əldə olunub ki, bu da ölkənin siyasətinin ardıcıllıq prinsipi əsasında qurulmasının bilavasitə nəticəsidir. Strategiya hazırlanarkən əvvəlki 10 ilin inkişaf göstəriciləri nəzərə alınıb.  Məlumdur ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan uğurlu siyasət sayəsində Azərbaycan dünya miqyasında sabit və dayanıqlı iqtisadiyyat quruculuğuna nail olan ölkəyə çevrilib. Son onilliklərdə bütün dünya miqyasında öz iqtisadiyyatlarını Azərbaycan kimi ardıcıl şəkildə genişləndirən ölkələrin sayı çox azdır. Ölkədə Prezident İlham Əliyevin siyasi iradəsi əsasında iqtisadi inkişaf üçün bütün şərtlər təmin edilib.

Güclü iqtisadi inkişaf paralel şəkildə ölkənin siyasi müstəqilliyini şərtləndirir. Bu gün Azərbaycan yüksək beynəlxalq nüfuza malik, mühüm geosiyasi və geoiqtisadi mövqe tutan, qlobal enerji təhlükəsizliyinin təminatında strateji rol oynayan dövlətə çevrilib. Respublikamızın təşəbbüsü, moderatorluğu və maliyyə dəstəyi ilə qlobal əhəmiyyətli layihələrin icrası uğurla təmin edilir. Sənəddə də qeyd olunduğu kimi, artan iqtisadi güc və beynəlxalq nüfuz Azərbaycana Cənubi Qafqazın və ətraf regionların iqtisadiyyatlarının mənzərəsini dəyişdirməyə qadir olan iri layihələrin təşəbbüskarı kimi çıxış etmək imkanı yaradıb. Bu layihələrin uğurla həyata keçirilməsi ölkəmizin regionda proseslərin inkişaf vektorunu müəyyən edən və dünya iqtisadiyyatında söz sahibi olan “qlobal oyunçu” statusunu təmin edib.

Yeni strategiya hansı bazaya istinad olunmaqla hazırlanacaq?

Hazırda  2022-2026-cı illəri əhatə edən sosial-iqtisadi inkişaf strategiyası uğurla icra olunur və bunun da nəticəsində ölkənin sosial, iqtisadi və institusional inkişafı üçün mühüm zəmin yaranıb. Əsas suallardan biri isə yeni strategiyanın hansı baza üzərində hazaırlanacağı ilə bağlıdır. Ayrı-ayrı illər üzrə əldə olunan nəticələr əvvəlki strategiyada ifadə olunan proqnozların tam şəkildə doğrulduğunu əyani şəkildə təsdiqləyir. Respublikamızda artıq ənənə halını alıb - hər il iqtisadiyyat daha üstün inkişaf mərhələsinə keçid edir. 2024-cü ildə Azərbaycanda ümumi daxili məhsul real ifadədə 4,1 faiz artaraq, 121,3 milyard manat proqnoza qarşı 126,3 milyard manat təşkil edib. Ötən ildə adambaşına düşən ÜDM 3,6 faiz artaraq 12,4 min manat olub. Qeyri-neft-qaz sektorunda 6,2 faizlik real artım qeydə alınıb. Fiskal və monetar siyasətlərin sıx əlaqələndirilməsi milli valyutanın mübadilə məzənnəsinin sabitliyini təmin edib. Ölkə əhalisinin gəlirləri əvvəlki ilə nisbətən nominal ifadədə 6,4 faiz artaraq 83,1 milyard manat təşkil edib, hər nəfərə düşən gəlir orta hesabla 8144,1 manata çatıb. Cari ilin əvvəlinə ölkənin valyuta ehtiyatları 71 milyard ABŞ dolları təşkil edib. Ötən il çoxsaylı infrastruktur layihələri, ölkənin sosial-iqtisadi inkişaf strategiyasından irəli gələn tapşırıqlar yüksək səviyyədə icra olunub, habelə sosial islahatlar davam etdirilib, bununla yanaşı fiskal çərçivə də qorunub.

Dövlət başçısının imzaladığı Sərəncamda əldə olunan uğurlar yüksək dəyərləndirilib. Sənəddə oxuyuruq: “Həmin Strategiyanın ardıcıl və sistemli icrası sayəsində iqtisadiyyatın xarici təsirlərə qarşı dayanıqlığı daha da möhkəmlənmiş, şaxələnməsi dərinləşmiş, iqtisadi artım davamlı və inklüziv xarakter almış, əhalinin rifah səviyyəsi yüksəlmiş və gələcək nəsillər üçün irihəcmli maliyyə ehtiyatları formalaşmışdır.

Qeyd olunan nəticələrin əldə edilməsində özəl təşəbbüslərin və investisiyaların cəlbinin təşviqi, biznes mühitinin əlverişliliyinin dəstəklənməsi, qlobal bazarlara çıxış imkanlarının genişləndirilməsi, eləcə də rəqəmsallaşma və insan kapitalının inkişafı mühüm rol oynamışdır”.

Belə möhkəm bazaya istinad edilməklə gələcək üçün daha mühüm hədəflərin müəyyənləşdirilməsi, necə deyərlər, inkişaf çərçivəsinin genişləndirilməsi artıq bir zərurət kimi çıxış edir. Azərbaycan qarşıdakı illərdə daha mürəkkəb çağırışların və zəngin imkanların mövcudluğu ilə seçilən yeni mərhələyə daxil olur. Bu mərhələ qlobal iqtisadi qütbləşmənin dərinləşməsi, texnoloji tərəqqinin sürətlənməsi, eləcə də süni intellekt əsaslı texnologiyaların geniş tətbiqi ilə səciyyələnir. Yeni strategiyanın hazırlanması ölkəmizin ötən illərdə əldə etdiyi sosial-iqtisadi nailiyyətlərin davamlı şəkildə artırılması, bunun üçün özəl, o cümlədən birbaşa xarici investisiyaların cəlbinin genişləndirilməsi, biznes mühitinin əlverişliliyinin yüksəldilməsi, iqtisadiyyatın bilik və texnologiya tutumunun gücləndirilməsi kimi mühüm məqsədləri hədəfləyir. Azərbaycan yeni çağırışlara hazır olmalıdır!

Mübariz ABDULLAYEV

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:175
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 03 İyun 2025 10:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sertifikasiya qalmaqalı: bu dəfə texnologiya müəllimləri səhv aşkarladı

28 İyun 2026 12:14see1490

Diabet riski yüksək olan QAN QRUPU açıqlandı

27 İyun 2026 04:52see259

“Qarabağ” “Tirol” oyunu hansı kanalda nümayiş olunacaq?

27 İyun 2026 16:03see230

Rusiyanın “yuxusunu ərşə çəkən” adam milyonçu “Madyar“ kimdir...

27 İyun 2026 16:17see221

Mbappe DÇ 2022 nın yarımfinalından bəri ilk dəfə mundial matçında qol vurmayıb

27 İyun 2026 07:15see213

İspaniya Uruqvaya qarşı Yenilənir

27 İyun 2026 02:43see207

Leysan olacaq, dolu düşəcək XƏBƏRDARLIQ

27 İyun 2026 09:42see204

Bu yayın ən şanslıları onlardır

28 İyun 2026 01:46see204

DÇ 2026: Messi ehtiyatda: İordaniya Argentina Heyətlər

28 İyun 2026 05:07see203

DÇ 2026: İspaniya və Kabo Verde yığmaları pley offda

27 İyun 2026 08:04see200

UFC Bakı: Rafael Fiziyev və digər təmsilçilərimiz oktaqona çıxır YENİLƏNİR

27 İyun 2026 17:14see197

Müharibədə təşəbbüsün Rusiyaya məxsus olduğu mərhələ başa çatdı Polşa

27 İyun 2026 14:24see187

Almaniya məcburi hərbi xidməti nəzərdən keçirir

28 İyun 2026 01:40see172

DÇ 2026 da “pley off”a çıxan komandalar artdı ADLAR

27 İyun 2026 10:40see171

DÇ 2026: Harri Keyndən yeni rekord

28 İyun 2026 06:32see166

Anomal istilər gəlirləri azaldır və yoxsulluq riskini artırır ARAŞDIRMA

28 İyun 2026 16:35see165

Panama DÇ 2026 nı qolsuz başa vuran yeganə komanda olub

28 İyun 2026 03:25see160

DÇ 2026: İspaniya Uruqvayı məğlub edərək lider kimi pley offa çıxdı

27 İyun 2026 06:18see155

Qaraciyərinizin bərpa olunduğunu göstərən 4 əlamət

27 İyun 2026 02:06see154

Bakıda UFC Fight Night Baku turnirinə start verildi

27 İyun 2026 17:16see153
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri