Icma.az
close
up
RU
Статья не опубликована
Azərbaycan yeni gündəlik müəyyən edib DEPUTAT

Azərbaycan yeni gündəlik müəyyən edib DEPUTAT

Aznews.az saytına istinadən Icma.az xəbər verir.

“Almaniya Azərbaycanın Avropada vacib siyasi-iqtisadi tərəfdaşlarından biridir. Ölkələrimiz arasında iqtisadi əlaqələr yüksək səviyyədədir. Eləcə də, Azərbaycan Almaniya üçün Cənubi Qafqazda ən vacib iqtisadi partnyordur, tərəflər bu bölgədə icra olunan bir çox strateji layihələrdə birgə təmsil olunub. Almaniya Prezidentinin ölkəmizə rəsmi səfəri zamanı qarşılıqlı əlaqələrin inkişafı diqqət mərkəzində olub”.

Bu fikirləri Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədr müavini Fatma Yıldırım deyib.

Deputat bildirib ki, Azərbaycan Almaniyanın enerji təminatında mühüm rol oynayan ölkələrdən biridir. Ötən 20 ildə bu ölkəyə neft ixracı sayəsində Almaniyanın enerji-yanacaq kompleksi xeyli inkişaf edib. Bu reallıqları nəzərə alan Almaniya ölkəmizin yürütdüyü enerji siyasətini, o cümlədən Avropa İttifaqının neft və qazla təminatında oynadığı mühüm rolu yüksək dəyərləndirərək respublikamızı etibarlı və sadiq təchizatçı adlandırır. Azərbaycanın 2027-ci ilə qədər təbii qazın təchizat həcmini Aİ bölgəsində ən azı iki dəfə artırmaq planlarını, habelə Avropa coğrafiyasında yeni enerji kollektorlarının şaxələnməsində göstərdiyi iradəni alqışlayaraq region üçün nümunəvi siyasət hesab edir.

Millət vəkilinin sözlərinə görə, Azərbaycanın coğrafi yerləşməsi elədir ki, ölkəmiz Şərqlə Qərb arasında təbii körpü rolunu oynayır. Tarixən Azərbaycanın ərazisindən müxtəlif istiqamətlərə işlək karvan yolları olub və bu yollarla yüklər daşınıb, insanlar səyahətlərə çıxıblar. Lakin bu gün respublikamızın Avrasiyada önəmi yalnız əlverişli təbii-coğrafi yerləşməsi ilə məhdudlaşmır. Müstəqillik dövründə, xüsusilə də son 20 ildən artıq müddətdə cənab Prezident İlham Əliyevin səyləri ilə Azərbaycanın böyük həcmlərdə investisiya qoyuluşu hesabına yaratmağa nail olduğu müasir yol-nəqliyyat infrastrukturu respublikamızın Şərqlə Qərb arasında tranzit daşımaları üçün önəmini əhəmiyyətli dərəcədə artırıb. Hazırda ölkəmiz Avrasiyada çox mühüm nəqliyyat-logistika habı qismində çıxış edir. Eyni vaxtda iki beynəlxalq marşrutun - Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin Azərbaycanın ərazisindən keçməsi ölkəmizə böyük üstünlüklər qazandırır. Respublikamız hər iki dəhlizin funksionallığının artmasına, tərəfdaşlarla fəaliyyətlərin uzlaşdırılmasına və tariflərin optimallaşdırılmasına, hüquqi bazanın təkmilləşdirilməsinə güclü siyasi iradə göstərir. Təhlükəsizlik mühiti, uzunmüddətli sabitlik, rahat infrastruktur, dəhlizlərin bir-birinə inteqrasiya edilməsi, quru və su yolları ilə daşımaların mümkünlüyü ölkəmizə marağı və inamı artırır.

Fatma Yıldırım qeyd edib ki, hazırda qarşılıqlı ticarətin həcmlərinin daha artırılması üçün əlavə səylər göstərilir. Cənab Prezident İlham Əliyevin bəyan etdiyi kimi təkcə bu ilin yanvar-fevral aylarında bizim ticarət dövriyyəmiz təxminən üç dəfə artıb və buna neft ixracı daha çox təsir göstərib. Gələcək illərdə ticarət dövriyyəsinin şaxələndirilməsi ilə bağlı daha fəal addımlar atılması nəzərdə tutulur. Azərbaycan hazırda enerji siyasətində yeni gündəlik müəyyən edib, “yaşıl enerji” ehtiyatlarının Xəzər-Qara dəniz-Avropa kabeli ilə Aİ bölgəsinə çatdırılması istiqamətində səylərini davam etidirir. Bu siyasət Azərbaycan ilə Aİ, o cümlədən Almaniya arasında bərpaolunan enerji sahəsində əməkdaşlığın inkişaf etdirilməsində yeni mərhələ deməkdir.
“Beləliklə, Almaniya Prezidenti Frank-Valter Ştaynmayerin Azərbaycana rəsmi səfəri iki ölkənin etibarlı tərəfdaşlığının hərtərəfli və yüksələn xətlə inkişafının əyani göstəricisidir. Bu səfər bütün sahələr üzrə, xüsusilə iqtisadiyatın bir çox bölmələrində əməkdaşlığın daha yüksək səviyyəyə qaldırılmasına əhəmiyyətli təkan verəcək, gələcək inkişaf üçün böyük perspektivlər açacaq”,-deyə komitə sədrinin müavini vurğulayıb.

AzNews.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:95
embedMənbə:https://www.aznews.az
archiveBu xəbər 06 Aprel 2025 11:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlon Mask: Avropa İttifaqı ləğv edilməli, ölkələrə suverenlik verilməlidir

06 Dekabr 2025 19:41see236

Uzun müddətdir gözlədiyiniz bir xəbəri ala bilərsiniz Qoroskop

06 Dekabr 2025 04:35see209

Bu rayonda icra başçısının müavini işdən çıxıb FOTO

06 Dekabr 2025 15:42see192

Ritual əşyalarının olduğu sirli bir məzar aşkar edilib...

05 Dekabr 2025 21:47see173

Almaniya Bundesliqası: Turun ilk matçında qonaqlar sevindilər

06 Dekabr 2025 05:52see153

Zelenski, Makron, Starmer və Merz 8 dekabrda Londonda görüşəcəklər

06 Dekabr 2025 22:42see149

İngiltərə Premyer Liqası: “Arsenal”ın Birminhem səfəri, “Mançester Siti” “qara pişiklər”i sınağa çəkəcək in İCMALI

06 Dekabr 2025 13:29see140

Qaxda çoban GÜLLƏLƏNDİ

06 Dekabr 2025 11:26see137

Maks Ferstappen: “Kifayət qədər sürətli deyilik”

06 Dekabr 2025 00:47see136

Zirə Qarabağ və Sabah Neftçi matçına təyinatlar açıqlandı

06 Dekabr 2025 09:41see136

Bundesliqa: “Borussiya Mönhenqladbax” minimal hesabla “Mayns”ı məğlub edib

06 Dekabr 2025 02:46see135

Gündə bir stəkan şərab: Zərəri, yoxsa faydası var?

06 Dekabr 2025 20:43see130

Mopedlərlə bağlı qanuna dəyişiklik ediləcək VİDEO

06 Dekabr 2025 00:39see129

Avropa Komissiyası “X”i CƏRİMƏLƏDİ

06 Dekabr 2025 00:56see129

MÜSİAD Azərbaycana yeni sədr gəlir, Cevdet Yılmaz qurultaya qatılır

06 Dekabr 2025 15:46see129

Ərdoğan Venesuelalı həmkarı Maduro ilə telefonla danışıb

07 Dekabr 2025 00:43see128

İstedadın və zəhmətin söz ucalığı

06 Dekabr 2025 02:51see128

Aİ Rusiyanın dəniz yolu ilə neft ixracına tam qadağanı nəzərdən keçirir

06 Dekabr 2025 20:23see126

Dezinformasiya cəmiyyət üçün real təhlükədir

06 Dekabr 2025 18:46see125

Venesuelanın keçmiş kəşfiyyat rəisi Maduro haqqında danışıb...

06 Dekabr 2025 01:16see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri