Icma.az
close
up
RU
Azərbaycan yeni müharibə ilə üz üzə: Bakı hazırlıqlara başladı

Azərbaycan yeni müharibə ilə üz üzə: Bakı hazırlıqlara başladı

GlobalInfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Avqustun 21-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Kəlbəcərə səfəri zamanı dövlət başçısının çıxışı diqqətçəkən məqamlarla yadda qaldı. Prezident bildirdi ki, Azərbaycanın ən müasir pilotsuz uçuş aparatları, yeni artilleriya sistemləri ölkəyə gətirilib, mövcud döyüş təyyarələri tam modernləşdirilib və əlavə kontraktlar bağlanıb.

Dövlət başçısı vurğuladı ki, “biz hər an müharibəyə hazır olmalıyıq, çünki dünyada proseslər elə istiqamətdə gedir ki, sabah nə baş verəcəyini əvvəlcədən bilmək mümkün deyil”. Əliyevin sözlərinə görə, Azərbaycanın təhlükəsizliyinin yeganə qarantı onun dövləti, xalqı və Silahlı Qüvvələridir.

Azərbaycan bu hazırlıqları konkret olaraq hansı təhlükələrə və hansı qüvvələrə qarşı görür? Bakı, artan silahlanma siyasətini regional balansı qorumaq üçünmü, yoxsa yeni strateji üstünlüklər əldə etmək məqsədiləmi həyata keçirir?

Globalinfo.az-a danışan politoloq Qabil Hüseynli deyib ki, Prezident İlham Əliyevin Kəlbəcərdə səsləndirdiyi fikirlər Azərbaycanın hərbi-siyasi gündəliyində yeni prioritetlərin formalaşdığını göstərir:

“Dövlət başçısının “biz hər an müharibəyə hazır olmalıyıq” mesajı yalnız konkret təhlükələrə cavab deyil, həm də dəyişən beynəlxalq düzənin Azərbaycan üçün yaratdığı yeni reallıqların dəyərləndirilməsidir. Dünyada güclərin toqquşması, müharibələrin yayılması, regional balansların tez-tez dəyişməsi fonunda Bakı aydın şəkildə göstərir ki, öz təhlükəsizliyini yalnız hərbi imkanlarına güvənərək təmin etməyi seçib.

Həmçinin oxuyun:

Birgə Bəyannamə ədalətli və gerçək sülhə yol açan tarixi sənəddir – Ülvi Quliyev

Qabil Hüseynli

Burada diqqətçəkən əsas məqam ondan ibarətdir ki, Əliyev ölkənin müasir pilotsuz uçuş aparatları və artilleriya sistemləri ilə gücləndirilməsini, döyüş təyyarələrinin modernləşdirilməsini sadəcə texniki yenilənmə kimi təqdim etmir. Bu, əslində, siyasi mesajdır.

Azərbaycan hər hansı regional və ya qlobal qeyri-müəyyənliyin qarşısında müdafiə qabiliyyətini artıraraq həm rəqiblərinə, həm də tərəfdaşlarına göstərir ki, onun suverenliyinə toxunmaq mümkün deyil.

Əliyevin “təxribat törətmək istəyənlər peşman olacaq” ifadəsi isə birbaşa çəkindirmə strategiyasının təzahürüdür. Burada hədəf yalnız potensial düşmənlər deyil, eyni zamanda bölgədə balansı dəyişdirmək arzusunda olan qüvvələrdir”.

Globalinfo.az xatırladır ki, Prezidentin bu bəyanatını bir çox analitiklər Rusiyaya mesaj kimi dəyərləndirir. Hazırda Bakı ilə Moskva arasında gərginlik var. Rusiyadan müxtəlif şəxslər Azərbaycanı hücumla hədələyir. Görünür, ölkə başçısı şimal qonşumuzdan artan sərt riktorikaya bu şəkildə cavab verib. Üstəlik, qarşı tərəfə diplomatik şəkildə başa salıb ki, Azərbaycana hücum qarşı tərəf üçün böyük itkilərə səbəb olar.

Turan Rzayev
Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:172
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 23 Avqust 2025 17:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see273

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see260

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see248

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see246

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see232

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see232

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see231

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see223

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see221

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see213

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see212

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see211

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see210

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see206

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see205

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see201

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see199

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see193

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri