Kiberhücumların sayı sürətlə artır
Azxeber.com portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
"ABŞ-də hər il təxminən bir milyon kiberinsident qeydə alınır".
Bu barədə Milli Kəşfiyyat təşkilatının direktoru Cey Kleyton CNN telekanalının efirində bildirib.
Məmurun sözlərinə görə, son illərdə kibertəhdidlərlə bağlı məlumatların sayı xeyli artıb. Bununla belə, Kleyton hesab edir ki, ABŞ hökuməti kibertəhlükəsizlik sahəsində lider mövqeyini qoruyub saxlaya bilir.
"Amerikalılar kibertəhdidlərin real olduğunu başa düşməlidirlər. 2020-ci ildə Federal Təhqiqatlar Bürosuna (FTB) təxminən 800 000 kiberinsident barədə məlumat daxil olub. Son məlumatlara görə, bu rəqəm bir milyona çatıb", - Milli Kəşfiyyatın rəhbəri vurğulayıb.
Bundan əvvəl hakerlərin ABŞ Federal Təhqiqatlar Bürosunun məlumat bazasına sızmağa cəhd etdiyi məlum olub. Hücum edənlərin hədəfi Cinayətlər üzrə Milli İnformasiya Mərkəzi olub. FTB hadisə ilə bağlı araşdırmaya başlayıb. Daha əvvəl qurumun əməkdaşlarının şəxsi məlumatlarının saxlandığı sistemlər də kiberhücuma məruz qalıb.
///oxu.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:111
Bu xəbər 23 Noyabr 2026 05:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















