Icma.az
close
up
RU
Menu

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

Şuşa qəhrəmanlığın rəmzi

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

Bunları hər kəs bilməlidir!

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

Rauf Dadaşovun anım günüdür

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

Azərbaycan yeni status qazanır: Əliyev 3 hədəfi açıqladı Nələr olacaq?

Azərbaycan yeni status qazanır: Əliyev 3 hədəfi açıqladı Nələr olacaq?

GlobalInfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

XIII Qlobal Bakı Forumu işə başlayıb. Hər il maraqla gözlənilən forum müasir beynəlxalq münasibətlər sistemində dialoq, əməkdaşlıq və qlobal problemlərin müzakirəsi üçün mühüm platformalardan biri hesab olunur. Təsadüfi deyil ki, foruma dünyanın müxtəlif ölkələrindən siyasi liderlər, diplomatlar, ekspertlər və beynəlxalq təşkilatların nümayəndələri qatılır. Bu baxımdan Qlobal Bakı Forumu yalnız regional tədbir deyil, həm də beynəlxalq miqyaslı siyasi və intellektual müzakirə platforması kimi çıxış edir.

Fikrimcə, builki Forum xüsusilə önəmlidir. ABŞ və İsrailin İrana hücumu, rəsmi Tehranın bu hücuma cavabında başda Körfəz ölkələri olmaqla, qonşu dövlətlərin ərazisində yerləşən ABŞ hərbi bazalarına zərbələr endirməsi, habelə Rusiya–Ukrayna müharibəsi, Pakistan–Əfqanıstan gərginliyi, ABŞ–Çin rəqabəti kimi regional və qlobal problemlərin alovlandığı bir dövrə təsadüf edir.

Forumun ən diqqət çəkən məqamı Prezident İlham Əliyevin açılış mərasimində çıxış etməsidir. Bu il də ənənəyə sadiq qalınıb. Əslində, ölkə başçısının Forumdakı çıxışı çox mühümdür. Çünki orada səsləndirilən fikirlər yalnız tədbirin açılış nitqi deyil, həm də Azərbaycanın regional və qlobal siyasətdə mövqeyini izah edən siyasi və strateji mesajlar toplusu kimi diqqət çəkir. Ölkə başçısı builki açılış nitqində təhlükəsizlik, sülh prosesi, enerji siyasəti və nəqliyyat-kommunikasiya layihələri kimi bir neçə əsas istiqamətə toxunaraq Azərbaycanın geosiyasi rolunu bir daha geniş kontekstdə təqdim etdi.

Bakının diqqət etdiyi istiqamət və İran detalı

Çıxışın əsas mövzularından biri təhlükəsizlik məsələsi idi. Prezident müasir dövrdə təhlükəsizlik faktorunun dövlətlərin inkişafı üçün həlledici rol oynadığını xüsusi vurğuladı. O bildirdi ki, təhlükəsizlik, sabitlik və müdafiə məsələləri hər bir ölkənin gündəliyində bir nömrəli prioritet olmalıdır. Prinsip etibarilə bu fikir hazırkı qlobal reallıqları əks etdirir. Dünyanın müxtəlif regionlarında münaqişələrin artdığı bir dövrə qədəm qoymuşuq. Buna görə də geosiyasi gərginlik və yeni təhlükəsizlik çağırışları dövlətlərin siyasətində müdafiə və sabitlik məsələlərinin ön plana çıxmasına səbəb olub. Rəsmi Bakı münaqişələrdən maksimum uzaq durma siyasəti yürütsə də, prinsipcə ona qarşı yönələcək ehtimal təhdidlərə də hər zaman hazırdır.

Məsələn, sonuncu Naxçıvan insidentindən sonra ölkə başçısı Təhlükəsizlik Şurasının iclasında olduqca prinsipial açıqlamalar vermiş, həm özünün, həm də ölkəmizin mövqeyini ən sərt formada ifadə etmişdi. İran Prezidenti Məsud Pezeşkianın Bakıya telefon zəngindən sonra isə iki ölkə arasında gərginlik azaldı. Hətta Azərbaycan İrana ilk humanitar yardım göndərən ölkə oldu.

Prezident çıxışında Azərbaycanın keçdiyi münaqişə təcrübəsini də geniş şəkildə izah etdi. O vurğuladı ki, ölkə təxminən 30 il ərzində işğal faktı ilə üzləşib və bu müddətdə beynəlxalq təşkilatların qəbul etdiyi qərarlar icra olunmayıb.

Əslində, Prezident İlham Əliyev bu məqamı qatıldığı əksər tədbirlərdə qeyd edir, dilə gətirir. Halbuki Azərbaycan 44 günlük Vətən müharibəsi və lokal xarakterli hərbi əməliyyatlar ilə torpaqlarını işğaldan azad edib, tarixi ədalətsizliyə son qoyub. Bu gün isə Ermənistan ilə uğurlu sülh danışıqları davam edir. Lakin ölkə başçısı bu fikirlə beynəlxalq hüququn selektiv tətbiq olunmasına diqqət çəkir. Azərbaycanın prosesdə yaşadığı çətinliklər vurğulanaraq digər ölkələrin də bənzər problemlərlə üzləşməməsinin əhəmiyyəti açıq şəkildə qeyd olunur. Yəni bu çağırış Azərbaycan üzərindən dünya ictimaiyyətinə və beynəlxalq hüququn aliliyini müdafiə edən ölkələrə yönəlib.

Prezidentin xüsusi vurğuladığı məqam

Çıxışın mühüm hissələrindən biri Azərbaycanın münaqişəni necə həll etməsi ilə bağlı idi. Prezident qeyd etdi ki, Azərbaycan əvvəlcə hərbi yolla ərazi bütövlüyünü bərpa edib, daha sonra isə siyasi vasitələrlə sülhə nail olub. “Biz işğal olunmuş əraziləri güc vasitəsilə azad etdik və sülhə siyasi yollarla nail olduq”, – dövlət başçısı deyib.

Bu yanaşma, əslində, çox unikaldır. Ümumiyyətlə, Azərbaycan torpaqlarını hərbi yolla işğaldan azad etsə də, əbədi düşmənçilik və ya qalib ədası prinsipləri ilə Ermənistana yanaşmayıb, əksinə sülh danışıqlarına üstünlük verib. Bu, Azərbaycan kimi gənc bir ölkənin siyasi sferada sərgilədiyi nadir diplomatik yetkinlik göstəricisidir. Yəni ölkə hərbi və diplomatik vasitələrdən paralel şəkildə yararlanaraq nəticə əldə etməyə çalışır. Hazırkı mərhələ bunun nə qədər uğurlu olduğunu göstərir.

Prezident sülh prosesinin əhəmiyyətini də xüsusi vurğuladı. O qeyd etdi ki, Azərbaycan artıq müəyyən müddətdir sülh şəraitində yaşayır və bu proses region üçün yeni imkanlar yaradır: “Sülhdən daha yaxşı heç nə yoxdur”. Bu ifadə Azərbaycanın postmünaqişə dövründə əsas prioritetinin sabitlik və regional əməkdaşlıq olduğunu göstərir.

Rəsmi Bakının əsas hədəfi

Bir çoxları, əslində, Azərbaycanın Qarabağ zəfərindən sonra dayanmayacağını, Ermənistan ərazilərini işğal edəcəyini və ya sülh danışıqlarında əlavə torpaq tələbi ilə çıxış edəcəyini gözləyirdi. Hətta bu istiqamətdə Bakını konkret şirnikləşdirən ölkələr də vardı. Lakin Azərbaycan onun üçün sülhün, sabitliyin və regional əməkdaşlığın daha prioritet olduğunu sülh danışıqlarındakı yanaşması ilə bir daha göstərdi.

Hesab edirəm ki, bu yanaşma Ermənistan tərəfini də öz növbəsində sülhə yaxınlaşdırdı və pozitiv geri dönüşlər ilə paralellik təşkil etdi. Ermənistan hökuməti Rusiyanın müxtəlif dövlət təşkilatlarının Qarabağ ermənilərinə göndərmək istədiyi humanitar yardımdan imtina edib. Baş nazir Nikol Paşinyanın Avropa Parlamentində çıxışı zamanı dedikləri də İrəvanın sülhdə maraqlı olduğunun sübutudur. Lakin İrəvanın bu mövqeyə gəlməsində Azərbaycan Prezidentinin sərgilədiyi mövqe və rəsmi Bakının sülhdə maraqlı olması, heç şübhəsiz, mühüm səbəbdir.

Çıxışın digər vacib istiqaməti enerji siyasəti idi. Prezident Azərbaycanın qlobal enerji bazarında mühüm rol oynadığını vurğuladı və enerji təhlükəsizliyinin müasir dünyada milli təhlükəsizliyin ayrılmaz hissəsinə çevrildiyini qeyd etdi. Bu fikir xüsusilə Avropada enerji təchizatı məsələlərinin aktuallaşdığı bir dövrdə Azərbaycanın strateji əhəmiyyətini göstərir.

Prezident həmçinin Azərbaycanın qaz ixracının genişləndiyini və ölkənin enerji tərəfdaşlarının sayının artdığını bildirdi. O qeyd etdi ki, bir il ərzində Azərbaycan qazını alan ölkələrin sayı 12-dən 16-ya yüksəlib. Bu fakt ölkəmizin enerji bazarında etibarlı tərəfdaş kimi mövqeyini gücləndirdiyini göstərir.

Avropa ilə iqtisadi və enerji əlaqələri

Məlum olduğu kimi, Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın Azərbaycana rəsmi səfəri yeni başa çatıb. O da səfər zamanı ölkə başçısı ilə bənzər fikirlər səsləndirmiş, ölkəmizin İttifaq üçün əhəmiyyətini qeyd etmişdi.

Heç kəsə sirr deyil ki, Azərbaycan son illər Avropa üçün yalnız Cənubi Qafqaz ölkəsi deyil, eyni zamanda enerji təhlükəsizliyi və nəqliyyat bağlantıları baxımından əsas tərəfdaşlardan birinə çevrilib. Təsadüfi deyil ki, Prezident çıxışında nəqliyyat və logistika məsələlərinə də xüsusi yer verdi. Dövlət başçısı bildirdi ki, Azərbaycan son illər ərzində nəqliyyat infrastrukturu və tranzit layihələrinə böyük investisiyalar yatırıb. Onun sözlərinə görə, Azərbaycan artıq Şərq–Qərb və Şimal–Cənub nəqliyyat dəhlizlərinin əsas iştirakçılarından biridir.

Ölkəmiz üçün hazırda strateji prioritet məsələlərdən biri də məhz nəqliyyat layihələridir. Bakı İrəvanla sülh prosesini həm də nəqliyyat infrastrukturunun ən qısa zamanda bərpa edilib açılması ilə paralel aparır. Azərbaycan təhlükəsiz Cənubi Qafqaz yanaşmasını dəstəkləyir. Bundan başqa, Şərq–Qərb və Şimal–Cənub nəqliyyat dəhlizlərinin ölkəmizdən keçməsi və şaxələnməsi fonunda regionun “İsveçrəsi” olmaq yolunda əmin addımlarla irəliləyir.

Ümumilikdə, Prezident İlham Əliyevin Qlobal Bakı Forumundakı çıxışının Azərbaycanın xarici siyasət prioritetlərini və strateji məqsədlərini aydın şəkildə ortaya qoyduğunu düşünürəm. Çıxışdan belə nəticə çıxarmaq olar ki, Azərbaycan öz siyasətində üç əsas istiqaməti icra edir:

1.Regional təhlükəsizliyin təmin edilməsi;

2.Enerji resurslarının beynəlxalq bazara çıxarılması;

3.Ölkənin tranzit-logistika mərkəzinə çevrilməsi.


Turan Rzayev
Globalinfo.az-ın siyasət yazarı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:132
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 13 Mart 2026 15:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see633

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see372

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see285

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see268

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see258

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see253

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see252

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see245

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see245

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see237

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see220

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see219

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

04 Noyabr 2026 09:16see210

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see210

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see209

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see205

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see204

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see203

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see201

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

04 Noyabr 2026 15:40see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri