Icma.az
close
up
RU
Azərbaycan Yunanıstan: hökumətlərarası müzakirə

Azərbaycan Yunanıstan: hökumətlərarası müzakirə

Icma.az bildirir, Xalq qazeti portalına istinadən.

Afinada energetika naziri Pərviz Şahbazov və Yunanıstanın xarici işlər nazirinin müavini Theoharis Theoharisin həmsədrliyi ilə Azərbaycan Respublikası Hökuməti ilə Yunanıstan Respublikası Hökuməti arasında iqtisadi, sənaye və texnoloji sahələrdə əməkdaşlıq üzrə Birgə Komissiyanın 6-cı iclası keçirilib.

Energetika Nazirliyinin məlumatına əsasən, iclasda ötən ilin sentyabrında Azərbaycan Prezidenti İlham Əliyevlə Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis arasında Nyu-Yorkda keçirilmiş görüşün, eləcə də bu ilin mayında Afinada aparılmış siyasi məsləhətləşmələrin ikitərəfli münasibətlərin inkişafına verdiyi töhfə qeyd edilib. Azərbaycanın Avropanın enerji təhlükəsizliyində artan rolu, Orta Dəhlizin inkişafı, yeni enerji və nəqliyyat bağlantılarının iki ölkə arasında əməkdaşlığın genişləndirilməsi üçün əlverişli imkanlar yaratdığı bildirilib.

Diqqətə çatdırılıb ki, 2025-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi 27,6 faiz, bu ilin ilk yarısında isə 25,35 faiz artıb. Ölkələrin iqtisadi potensialından geniş istifadə məqsədilə qarşılıqlı investisiyaların artırılması, özəl sektorlar arasında birbaşa əlaqələrin və birgə layihələrin təşviqi müzakirə edilib. Bu baxımdan Azərbaycan–Yunanıstan biznes forumunun əhəmiyyəti qeyd olunub.

İclasda ticarət, biznes və investisiya, sənaye, kiçik və orta biznes, enerji, nəqliyyat və logistika, kənd təsərrüfatı, rəqəmsal texnologiyalar, ətraf mühit və gömrük üzrə əməkdaşlıq məsələləri nəzərdən keçirilib. Enerji əməkdaşlığı çərçivəsində Cənub Qaz Dəhlizi və Yunanıstan–Bolqarıstan interkonnektorunun Avropanın enerji təhlükəsizliyinin gücləndirilməsi və qaz təchizatının şaxələndirilməsində strateji rolu vurğulanıb.

Qeyd olunub ki, 2025-ci ildə Yunanıstana 1,1 milyard kubmetr, cari ilin ilk səkkiz ayında isə təqribən 700 milyon kubmetr Azərbaycan qazı ixrac olunub. TAP-ın istismara verilməsindən indiyədək Yunanıstana, ümumilikdə, 6 milyard kubmetr, Avropa ölkələrinə isə 61,4 milyard kubmetr Azərbaycan qazı çatdırılıb. Azərbaycanın bərpaolunan enerji potensialının inkişafı, Xəzər regionu ilə Avropa arasında yaşıl enerji bağlantılarının yaradılması üzrə həyata keçirdiyi layihələr barədə məlumat verilib. Yunanıstanın Cənub-Şərqi Avropanın enerji sistemindəki rolu nəzərə alınmaqla, yaşıl enerji, elektrik infrastrukturu və regional bağlantılar, enerji səmərəliliyi və hidrogen sahələrində əməkdaşlığın inkişaf etdirilməsinin əhəmiyyəti qeyd edilib.

Nəqliyyat və logistika istiqamətində ötən il ölkələr arasında tranzit yükdaşımaların, təxminən, 90 faiz artdığı bildirilib. Orta Dəhlizin artan əhəmiyyəti fonunda Cənubi Qafqaz, Avropa və Şərqi Aralıq dənizi arasında bağlantıların inkişafı, liman və dəniz əməkdaşlığının genişləndirilməsi, eləcə də birbaşa hava əlaqələrinin yaradılması ilə bağlı fikir mübadiləsi aparılıb.

İclasda süni intellekt, rəqəmsal transformasiya, innovasiya və kosmik texnologiyalar sahəsində əməkdaşlıq imkanları da nəzərdən keçirilib. “Azərkosmos” ilə Yunanıstan Kosmik Mərkəzi arasında başlayan əməkdaşlıq müsbət qiymətləndirilib. Yunanıstan şirkətlərinin Azərbaycandakı investisiya imkanlarından, o cümlədən Ələt Azad İqtisadi Zonasının təqdim etdiyi imkanlardan daha fəal yararlanmasının təşviqi vurğulanıb. Bununla yanaşı, turizm, təhsil, və mədəniyyət sahələrində əməkdaşlığın inkişafı məsələləri də diqqət mərkəzində olub.

Sonda iclasın yekunlarına dair Protokol və “Turizm sahəsində 2026-2028-ci illər üzrə Birgə Fəaliyyət Planı” imzalanıb.

***

Birgə Komissiyanın 6-cı iclası çərçivəsində İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) və Yunanıstanın İnvestisiya və Ticarətin Təşviqi Agentliyinin təşkilatçılığı ilə biznes forumu keçirilib.

Forumda çıxış edən energetika naziri Pərviz Şahbazov bildirib ki, qlobal iqtisadi münasibətlərin və təchizat zəncirlərinin yenidən formalaşdığı, şaxələndirilmiş enerji və nəqliyyat bağlantılarının əhəmiyyətinin artdığı bir dövrdə Azərbaycan Prezidenti İlham Əliyevin liderliyi ilə Cənubi Qafqazda yaranmış yeni reallıqlar regional əməkdaşlıq, ticarət və investisiyalar üçün geniş imkanlar açır. Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyi, iqtisadiyyatın şaxələndirilməsi, enerji və nəqliyyat bağlantılarının, logistika və rəqəmsal infrastrukturun inkişafı istiqamətində həyata keçirilən siyasətin ölkənin investisiya cəlbediciliyini gücləndirdiyi qeyd olunub. Qeyri-neft-qaz sektorunun ÜDM-də payının 70 faizi ötdüyü, son 20 ildə Azərbaycan iqtisadiyyatına 350 milyard ABŞ dollarından çox investisiya yatırıldığı diqqətə çatdırılıb.

Ölkəmizin təkcə kapital cəlbində deyil, yeni texnologiya, bilik və təcrübə gətirən, istehsal və ixrac imkanlarını genişləndirən uzunmüddətli investisiya tərəfdaşlıqlarında maraqlı olduğu vurğulanıb. Yunanıstan biznesi üçün enerji, nəqliyyat və logistika, rəqəmsal iqtisadiyyat, sənaye və istehsal, kənd təsərrüfatı, qida emalı və turizm perspektivli əməkdaşlıq istiqamətləri kimi təqdim edilib. Cənub Qaz Dəhlizi ilə formalaşmış enerji tərəfdaşlığının “yaşıl” enerji və yeni enerji bağlantıları ilə genişləndirilməsi imkanları diqqətə çatdırılıb.

Nəqliyyat və logistika sahəsində Orta Dəhlizin artan əhəmiyyəti vurğulanaraq Azərbaycanın strateji mövqeyi ilə Yunanıstanın liman və dənizçilik imkanlarının uzlaşdırılmasının Şərq-Qərb bağlantılarının Aralıq dənizi və Avropa bazarlarına çıxışını genişləndirə biləcəyi bildirilib. Rəqəmsal iqtisadiyyat, süni intellekt, data mərkəzləri, rəqəmsal infrastruktur, sənaye və istehsal sahələrində əməkdaşlıq perspektivləri də nəzərdən keçirilib. Ələt Azad İqtisadi Zonası, sənaye parkları və müasir logistika infrastrukturu Yunanıstan şirkətləri üçün Azərbaycanda istehsal və daha geniş regional bazarlara çıxış baxımından əlverişli imkanlar kimi təqdim olunub.

Yunanıstan biznes dairələri Azərbaycanın investisiya imkanlarından fəal yararlanmağa, yeni layihələrin həyata keçirilməsinə və uzunmüddətli tərəfdaşlığa dəvət edilib. Forumun qarşılıqlı investisiyaların artırılmasına və Azərbaycan–Yunanıstan iqtisadi əməkdaşlığının konkret layihələrlə zənginləşdirilməsinə töhfə verəcəyinə inam ifadə edilib.

Forum işini Azərbaycan və Yunanıstan şirkətləri arasında keçirilən B2B görüşləri ilə davam etdirib.

M.YAQUBZADƏ
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:139
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 02 Oktyabr 2026 11:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see414

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see322

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see305

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see293

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see281

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see275

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see271

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see261

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see243

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see241

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see235

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see235

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see235

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see234

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see229

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see222

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see222

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see214

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

19 Noyabr 2026 09:27see187

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri