Azərbaycan Yunanıstan ikitərəfli və çoxtərəfli münasibətləri müzakirə olundu
Redaktor.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov 12-ci Qlobal Bakı Forumu çərçivəsində Yunanıstan Respublikasının Parlamentinin üzvü Dmitris Avramopulos ilə görüşüb.
Bu barədə Redaktor.az-a Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.
Görüşdə Azərbaycan-Yunanıstan ikitərəfli və çoxtərəfli münasibətləri, habelə regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə olunub.
Görüşdə Qlobal Bakı Forumu kimi tədbirlərin dünyanı narahat edən çağırışlarla mübarizədə rolu vurğulanıb.
Ötən il ölkəmizdə təşkil olunan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) Yunanıstanın baş nazir səviyyəsində təmsil olunması məmnunluqla xatırlanıb, ali və yüksək səviyyəli bu kimi təmasların qarşılıqlı dialoqa töhfə verdiyi qeyd olunub.
İki ölkə arasında bir sıra, o cümlədən iqtisadiyyat, ticarət, enerji təhlükəsizliyi, turizm, humanitar istiqamətlər üzrə əməkdaşlığın perspektivlərinin mövcud olduğu qeyd olunub.
Ölkəmizin Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında vacib tərəfdaşlardan biri olduğu diqqətə çatdırılıb, həyata keçirilən layihələrin, xüsusilə Cənub Qaz Dəhlizinin enerji sahəsində əməkdaşlıqda çəkisi və rolu vurğulanıb.
Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:138
Bu xəbər 13 Mart 2025 22:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















