Icma.az
close
up
RU
Azərbaycan Zəfərdən sonra sülh gündəliyini prioritet elan edib Deputat

Azərbaycan Zəfərdən sonra sülh gündəliyini prioritet elan edib Deputat

Icma.az, Redaktor.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"İkinci Qarabağ müharibəsi və qısa müddətli lokal antiterror əməliyyatının nəticəsində beynəlxalq hüququ və beynəlxlaq ədaləti döyüş meydanında təmin edən dövlətimiz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdi. Baxmayaraq ki, Azərbaycan tarixə qovuşan münaqişənin qalib tərəfi idi, məhz ölkəmiz post-münaqişə dövründə sülh gündəliyini əsas prioritet kimi bəyan etdi".

Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nizami Səfərov parlamentin 2025-ci il payız sessiyasının ilk plenar iclasında çıxışı zamanı deyib.

Millət vəkili vurğulayıb ki, Vətən müharibəsi ilə işğala son qoyulduqdan sonra Azərbaycan sülhün siyasi vasitələrlə təmin edilməsinə çalışıb.

“Dövlətimiz Zəfər müharibəsi başa çatdıqdan dərhal sonra ərazi bütövlüyü və suverenliyin qarşılıqlı şəkildə tanınması və beynəlxalq hüququn beş fundamental prinsipinə əsaslanan sülh müqaviləsinin bağlanması təklifini irəli sürüb və bəyan edib ki, həmin prinsirlərə uyğun olaraq Ermənistanla münasibətlərdə yeni səhifə açmağa hazırdır.

Məhz Azərbaycanın ardıcıl səyləri nəticəsində cari ilin avqust ayının 8-də Azərbaycan Respublikasının Prezidenti və Ermənistan Respublikası Baş nazirinin Vaşinqtonda keçirilən görüşünün nəticələrinə dair Birgə Bəyanat imzalandı, “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Saziş”in razılaşdırılmış mətni xarici işlər nazirləri tərəfindən paraflandı. Ən mühüm nailiyyətlər sırasında həmçinin ATƏT-in Minsk Qrupunun və onunla bağlı strukturların 1 sentyabr tarixindən bağlanması xüsusi qeyd olunmalıdır.

Azərbaycanın əldə etdiyi qələbə və dövlətimizin uğurları eyni zamanda qlobal müstəvidə beynəlxalq hüququn aliliyi, fundamental ümumbəşəri prinsiplərin mütləq üstünlüyünün əyani təsdiqidir. Azərbaycanın ardıcıl səyləri nəticəsində Cənubi Qafqaz regionunun inkişafında yeni səhifə açılıb və dövlət başçısının fundamental əhəmiyyətli çağırışında səsləndirdiyi kimi birlikdə ikili standartların aradan qalxdığı, ədalətin selektiv olmadığı, qanunun aliliyinə hörmət edildiyi, sülhün təkcə sözlərlə deyil, əməli addımlarla təmin olunduğu bir dünya qurula bilər”, - deyə deputat bildirib.

Aminə ŞAHSUVARQIZI

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:150
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 30 Sentyabr 2025 11:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see280

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see272

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see266

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see255

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see253

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see244

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see230

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see229

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see220

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see216

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see216

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see210

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see205

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see201

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see201

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see199

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see186

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see186

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see184

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri