Icma.az
close
up
RU
Tarixi Zəfərdən Böyük Qayıdışa... Deputat

Tarixi Zəfərdən Böyük Qayıdışa... Deputat

Icma.az, Unikal.az portalına istinadən məlumat yayır.

8 Noyabr - Zəfər Günü xalqımızın sarsılmaz iradəsi, milli birlik və həmrəyliyinin təntənəsidir. Həmin gün tarixi ədalətin bərpasını, qəhrəman övladlarımızın qanı və canı bahasına qazanılmış böyük Qələbəni simvolizə edir. Zəfər Günü həm də azadlıq uğrunda mübarizədə göstərilən fədakarlığın və dövlətimizin gücünün ifadəsidir.

Bunu "Unikal"a açıqlamasında Milli Məclisin deputatı Bədəl Bədəlov deyib.

Parlamentari bildirib ki, Azərbaycanın hərbi strategiyası Silahlı Qüvvələrimizin döyüş qabiliyyətini və əməliyyat çevikliyini əhəmiyyətli dərəcədə artırmışdır.

"Modernləşmə proqramları nəticəsində ordumuz yüksək texnologiyalı silah sistemləri, dron texnologiyaları və dəqiq zərbə vasitələri ilə təchiz edilmiş, bu da əməliyyat səmərəliliyini xeyli yüksəltmişdir. Analitik təhlillər göstərir ki, aparılan islahatlar müdafiə sənayesi və innovasiya sahəsində yerli istehsalın genişlənməsi, elmi-texnoloji potensialın möhkəmlənməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Güclü iqtisadi potensial, çoxşaxəli və məqsədyönlü xarici siyasət dövlətimizin strateji mövqeyini möhkəmləndirən əsas amillərdəndir. Müstəqil enerji siyasətinin həyata keçirilməsi, təbii resursların səmərəli idarə olunması və ixrac marşrutlarının şaxələndirilməsi ölkəmizi etibarlı tərəfdaş kimi beynəlxalq arenada önə çıxarmışdır. Nəqliyyat dəhlizlərinin inkişafı, logistika infrastrukturunun genişləndirilməsi və qlobal əməkdaşlıq platformalarında fəal iştirak isə regional inteqrasiyanı gücləndirərək diplomatik, iqtisadi və siyasi üstünlüklərin əldə edilməsinə imkan yaratmışdır. Bu strateji istiqamətlər həm milli təhlükəsizliyin təminatında, həm də uzunmüddətli dayanıqlı inkişafın təmin edilməsində mühüm rol oynayır".

Milli Məclisinin deputatının sözlərinə görə, 8 noyabr xalqımızın yaddaşına təkcə Zəfər Günü kimi deyil, həm də Şuşa şəhərinin azadlığı ilə milli iradənin təntənəsi kimi yazılıb:

"Vətən müharibəsi dönəmində -  noyabrın 8-də Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Şuşa şəhərini işğaldan azad edərək tarixi ədaləti bərpa edib. Bu Qələbə həm torpaqlarımızın azadlığı, həm də xalqın birliyinin, iradəsinin və əzminin təntənəsi olub. “Şuşasız bizim işimiz yarımçıq qalar” – deyən dövlət başçısının qətiyyəti, xalqın sonsuz inamı və ordumuzun qəhrəmanlığı nəticəsində Qarabağın döyünən qəlbi yenidən azad nəfəs alıb.

Şuşa əməliyyatı Qarabağ Zəfərinin zirvəsi, Azərbaycan xalqının güc və birliyinin parlaq göstəricisidir. Qəhrəman əsgər və zabitlərimizin sıldırım qayalardan keçərək, əlbəyaxa döyüşlə qazandığı bu möhtəşəm Qələbə dünya hərb tarixində misilsiz nümunə kimi qalacaq. Prezident İlham Əliyevin dediyi kimi, bu qələbə danışıqlar masası arxasında deyil, döyüş meydanında qazanıldı. Məhz həmin gün xalqımız öz taleyinin sahibi olduğunu bütün dünyaya nümayiş etdirdi.

Şuşanın azad edilməsi ilə tariximizin Böyük Qayıdış və quruculuq dövrü başlandı. Düşmən tərəfindən viran qoyulmuş şəhər qısa müddətdə dirçəlməyə başladı. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tərəfindən həyata keçirilən məqsədyönlü siyasət nəticəsində şəhərin tarixi siması qorunmaqla müasir infrastruktur yaradıldı. “Zəfər Yolu”nun çəkilişi, yeni yaşayış komplekslərinin inşası, məktəb, xəstəxana, mədəniyyət ocaqlarının bərpası Şuşanın yeni inkişaf mərhələsinin əsasını qoydu.

Şuşa bu gün həm də mədəniyyətin, elmin və mənəviyyatın mərkəzinə çevrilib. Prezident İlham Əliyevin 2021-ci il 7 may tarixli Sərəncamı ilə bu şəhər “Azərbaycanın mədəniyyət paytaxtı” elan edilib. Sonrakı illərdə Şuşa “Türk dünyasının mədəniyyət paytaxtı”, “İslam dünyasının mədəniyyət paytaxtı” və “İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı” statuslarını qazanaraq beynəlxalq mədəni məkanın ayrılmaz hissəsinə çevrildi. Bu qərarlar Şuşanın həm regional, həm də qlobal miqyasda yüksələn nüfuzunun təzahürüdür.

Hazırda Şuşada həyata keçirilən layihələr şəhərin gələcəyinə hesablanmış uzunmüddətli strategiyanın tərkib hissəsidir. Həyata keçirilən tədbirlər bu məkanın tarixi memarlıq ruhunu qorumaqla, onu müasir, ekoloji və turizm baxımından cəlbedici mərkəzə çevirməyi hədəfləyir. Tarixi abidələrin bərpası, milli memarlıq ənənələrinin dirçəldilməsi, ictimai-mədəni məkanların yaradılması Şuşanın yeni simasını formalaşdırır".

B.Bədəlov qeyd edib ki, postmüharibə dövründə reallaşdırılan diplomatik təşəbbüslər beynəlxalq ictimaiyyətin Azərbaycanın haqlı mövqeyini tanımasına imkan yaratmış, regional sabitliyin təmin edilməsində dövlətimizin rolunu gücləndirmişdir. Bu çoxşaxəli siyasət dövlətin iqtisadi dayaqlarını möhkəmləndirir, enerji və nəqliyyat sahəsində regional liderlik potensialını artırır:

"2023-cü il sentyabrın 19–20-də Azərbaycan Ordusu tərəfindən həyata keçirilmiş lokal xarakterli antiterror tədbirləri milli təhlükəsizliyin davamlı təmin olunması naminə mühüm strateji əhəmiyyət kəsb edir. Bu əməliyyatlar nəticəsində separatçı silahlı birləşmələrin zərərsizləşdirilməsi, suverenliyin tam bərpası və konstitusiya quruluşu ölkənin bütün ərazilərində təmin edildi. 

Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 20 Sentyabr - Dövlət Suverenliyi Gününün təsis edilməsi Azərbaycanın tarixində yeni inkişaf səhifəsi açıb. İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən Böyük Qayıdış proqramı bərpa və quruculuq işlərini, müasir infrastruktur layihələrini və sosial proqramları əhatə edir. Bu genişmiqyaslı işlər əhalinin rifahını təmin edir, regionun davamlı inkişafını gücləndirir və iqtisadi canlanma, yeni iş yerlərinin yaradılması üçün geniş imkanlar təqdim edir. Sözügedən mərhələlər həm də sosial və iqtisadi sabitliyin təmin olunmasına, həmçinin ərazilərin strateji potensialının reallaşdırılmasına xidmət edir.

“YAŞAT” Fondu şəhid ailələri, qazilər və müharibə veteranlarının sosial müdafiəsini təmin etməklə yanaşı, dövlətin insan amilinə verdiyi xüsusi önəmi nümayiş etdirir. Fondun fəaliyyəti cəmiyyətin psixoloji reabilitasiyası istiqamətində mühüm mexanizm kimi çıxış edir. Bu kateqoriyadan olan şəxslərə göstərilən dövlət qayğısı sosial sabitliyin möhkəmlənməsi, həmçinin xalqın birliyini və milli həmrəyliyi gücləndirən mənəvi dəyərlərin qorunması və yaşadılması ilə nəticələnir.

Ümumilikdə, tarixi Zəfər həm də ölkəmizin sosial-iqtisadi və diplomatik sahələrdə əldə etdiyi strateji üstünlüyün parlaq göstəricisidir. Bu amillər işğaldan azad edilmiş ərazilərdə yenidənqurma, infrastrukturun bərpası və davamlı inkişafın yeni mərhələsinin başlanğıcını ifadə edir. Hərtərəfli siyasət gələcək nəsillər üçün davamlı inkişaf və dövlətçilik ənənələri baxımından nümunəvi model kimi qalacaqdır. Bütün bunlar dövlət quruculuğu, milli təhlükəsizlik və regional liderlik strategiyasının uğurla reallaşdırıldığını əyani şəkildə sübut edir".


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:239
embedMənbə:https://unikal.az
archiveBu xəbər 06 Noyabr 2025 18:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see422

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see273

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see260

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see244

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see224

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see222

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see213

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see212

Səhiyyə Nazirliyində Vətəndaş qəbulu tam rəqəmsallaşdı

13 Oktyabr 2026 10:58see209

Cəbrayılda əhali tibbi müayinədən keçdi

13 Oktyabr 2026 14:12see201

Kişiləri getdi, milyonlar gəldi Ayrılıqdan qazanan məşhur müğənnilər

13 Oktyabr 2026 18:55see191

Azərbaycan Mədəniyyəti FAO nun Baş qərargahında təqdim olunub

13 Oktyabr 2026 21:24see189

Hicab bəhanəsi ilə Bakıya təzyiq: Türkiyə mediasının ikili standartları

13 Oktyabr 2026 14:42see188

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

14 Oktyabr 2026 04:17see185

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

14 Oktyabr 2026 00:39see185

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

14 Oktyabr 2026 01:10see182

Zaqatalada böcəklər evlərə kütləvi hücum edib

13 Oktyabr 2026 16:45see179

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

14 Oktyabr 2026 02:38see175

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

14 Oktyabr 2026 03:09see170

Səudiyyə husi raketini havada zərərsizləşdirdi

14 Oktyabr 2026 01:47see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri