Icma.az
close
up
RU
Liderlik fenomeni: böyük Zəfərdən yeni perspektivlərə Deputat yazır

Liderlik fenomeni: böyük Zəfərdən yeni perspektivlərə Deputat yazır

Unikal.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycan tarixi inkişaf yolunda inamla və ardıcıl şəkildə irəliləyir, dövlət müstəqilliyinin möhkəmləndirilməsi, suveren hüquqların təmin edilməsi və milli iradənin real siyasi gücə çevrilməsi bu mərhələnin əsas mahiyyətini təşkil edir. Bu amillər praqmatik yanaşmalara əsaslanan və uzaqgörən siyasətin məntiqi nəticəsidir. Strateji hədəflərin düzgün müəyyənləşdirilməsi və onların mərhələli şəkildə reallaşdırılması prosesində Lider faktoru həlledici rol oynayır. Güclü siyasi iradə, prinsipial mövqe və xalq–hakimiyyət birliyi dövlətçiliyin sarsılmazlığını təmin etmişdir.

Suverenliyin möhkəmləndirilməsi, təhlükəsizliyin təmin edilməsi və dayanıqlı sosial-iqtisadi tərəqqinin əldə olunması istiqamətində atılan bütün addımlar vahid və məqsədyönlü strateji xəttə əsaslanır. Bu faktorlar uzunmüddətli milli hədəflərə xidmət edir, xalqın iradəsinə söykənən və gələcəyə hesablanmış idarəçilik modeli milli dövlətçiliyin güclənməsinə töhfə verən əsas mexanizm kimi formalaşmışdır.

2003-cü ildən etibarən Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik kursunun yeni tarixi şəraitdə uğurla davam etdirilməsi siyasi varisliyin real məzmunla təmin olunduğunu nümayiş etdirib. Bu mərhələdə əsas məqsəd sabitliyi qorumaqla yanaşı, inkişafı sürətləndirmək, islahatları dərinləşdirmək və dövlətin institusional əsaslarını möhkəmləndirmək idi. Xalqa verilmiş bütün vədlərin mərhələli şəkildə yerinə yetirilməsi, sosial öhdəliklərin icrası və idarəetmədə şəffaflığın artırılması cəmiyyətdə dövlətə olan inamı daha da gücləndirib. Regional və beynəlxalq proseslərə çevik uyğunlaşma, risklərin əvvəlcədən hesablanması və strateji qərarların vaxtında qəbul edilməsi müstəqil Azərbaycanın yeni inkişaf mərhələsini şərtləndirən əsas amillərdən biri olub.

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl və məqsədyönlü siyasi xətt qısa müddət ərzində fundamental nəticələr verib. İqtisadi potensialın gücləndirilməsi, sosial rifahın yüksəldilməsi, təhlükəsizliyin etibarlı şəkildə təmin olunması və müasir ordu quruculuğu paralel şəkildə həyata keçirilib. Formalaşan idarəçilik modeli analitik təhlilə və milli məqsədlərə xidmət edən siyasi realizmə əsaslanır. Qərarların qəbulunda məntiqi ardıcıllıq və şəffaflıq prinsiplərinin ön plana çəkilməsi siyasi mədəniyyətin keyfiyyətcə yeni səviyyəyə yüksəlməsinə imkan yaradıb.

Bakı–Tbilisi–Ceyhan (BTC) əsas ixrac neft boru kəməri müstəqil Azərbaycanın iqtisadi və siyasi tarixində dönüş nöqtəsi kimi dəyərləndirilir. XXI əsrin ən iri enerji layihələrindən biri olan BTC təkcə iqtisadi səmərəliliyi ilə deyil, həm də geosiyasi çəkisi ilə seçilir. 2006-cı il iyulun 13-də istifadəyə verilmiş bu layihə Avrasiya məkanında yeni əməkdaşlıq formatlarının formalaşmasına, etibarlı tərəfdaş imicinin möhkəmlənməsinə və beynəlxalq enerji təhlükəsizliyinin gücləndirilməsinə mühüm töhfə verib. BTC vasitəsilə Azərbaycan regional liderliyini möhkəmləndirərək qlobal enerji xəritəsində strateji aktora çevrilib və uzunmüddətli sabitlik üçün etibarlı əsas yaradıb.

Regionların sosial-iqtisadi inkişafı üzrə qəbul edilmiş dövlət proqramları balanslı və inklüziv inkişaf modelinin əsas dayaqlarından birinə çevrilib. Bu proqramlar regionlarda infrastrukturun yenilənməsinə, sahibkarlıq mühitinin genişlənməsinə, kənd təsərrüfatının modernləşdirilməsinə və məşğulluğun artırılmasına real imkanlar yaradıb. Nəticə etibarilə yoxsulluq və işsizlik səviyyəsi əhəmiyyətli dərəcədə azalıb, qeyri-neft sektorunun inkişafı üçün möhkəm baza formalaşıb və sosial-iqtisadi tarazlıq təmin olunub.

İqtisadi islahatlar sosial yönümlü siyasətlə üzvü şəkildə uzlaşdırılıb, qanunvericilik təşəbbüsləri, fərman və sərəncamlar əsasında həyata keçirilən proqramlar əhalinin sosial müdafiəsinin gücləndirilməsinə, gəlirlərin artmasına və həyat səviyyəsinin yüksəldilməsinə xidmət edib. Makroiqtisadi sabitlik, təhlükəsizlik və institusional dayanıqlıq müasir dövlət modelinin əsas xüsusiyyətlərinə çevrilib və davamlı inkişaf üçün əlverişli mühit formalaşdırıb.

Azərbaycan regionun siyasi-iqtisadi və nəqliyyat mərkəzlərindən biri kimi mövqeyini möhkəmləndirib, iri enerji və infrastruktur layihələrinin təşəbbüskarı və etibarlı aktoru statusunu qazanıb. Əldə olunan nailiyyətlər beş əsas göstərici - qalib dövlət modeli, artan beynəlxalq nüfuz, təhsilli cəmiyyət, güclü iqtisadi potensial və yüksələn rifah ilə səciyyələnir. Bu nəticələr uzunmüddətli perspektivdə keyfiyyətcə yeni sosial-iqtisadi inkişaf mərhələsinin əsasını təşkil edir.

Postpandemiya və postmüharibə dövründə qəbul edilən “Azərbaycan–2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” gələcək mərhələnin strateji yol xəritəsidir. Bu sənəd struktur və institusional islahatların dərinləşdirilməsini, innovasiya yönümlü iqtisadiyyatın formalaşdırılmasını, maliyyə dayanıqlığının gücləndirilməsini və qlobal dəyər zəncirinə səmərəli inteqrasiyanı əsas hədəf kimi müəyyən edir.

Ordu quruculuğu dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi ardıcıl və sistemli şəkildə həyata keçirilmişdir. Maddi-texniki bazanın yenilənməsi, hərbi sənayenin yaradılması və yerli istehsalın genişləndirilməsi müdafiə qabiliyyətini keyfiyyətcə yeni mərhələyə yüksəltmişdir. Müstəqil hərbi sənaye kompleksi təhlükəsizlik imkanlarını əhəmiyyətli dərəcədə artıraraq Silahlı Qüvvələrin müasir tələblərə cavab verməsini təmin etmişdir.

44 günlük Vətən müharibəsi xalq-iqtidar-ordu birliyinin tarixi təntənəsi olmaqla müasir dövlətçilik tarixində dönüş nöqtəsi kimi dəyərləndirilir. Bu müharibə güclü siyasi iradənin, məqsədyönlü və peşəkar hərbi strategiyanın, eyni zamanda milli həmrəyliyin və vətəndaş məsuliyyətinin parlaq təzahürü olub. Xalqın öz dövlətinə və ordusuna göstərdiyi dəstək Silahlı Qüvvələrin yüksək döyüş hazırlığı və müasir texnologiyalara əsaslanan əməliyyatlar nəticəsində uzun illər davam edən ədalətsiz vəziyyətə son qoyulub. Qazanılan Qələbə təkcə hərbi uğur deyil, həm də milli ləyaqətin, tarixi ədalətin və suveren hüquqların bərpasının təcəssümünə çevrilib.

Bu Qələbə regionda mövcud olan geosiyasi balansı köklü şəkildə dəyişdirib və yeni reallıqlar formalaşdırıb. Uzun illər davam edən status-kvo aradan qalxıb, beynəlxalq münasibətlər sistemində ölkənin mövqeləri daha da möhkəmlənib. Regionun təhlükəsizlik arxitekturası yenidən formalaşıb, sülh və əməkdaşlıq üçün yeni imkanlar yaranıb. Qələbə nəticəsində yaranmış siyasi və hərbi reallıqlar dövlətin regional proseslərdə təsir imkanlarını artırmaqla yanaşı, uzunmüddətli sabitlik və inkişaf üçün əlverişli şərait formalaşdırıb.

Müharibədən sonra həyata keçirilən antiterror tədbirləri dövlətin suveren hüquqlarının tam şəkildə təmin edilməsinə xidmət edib. Nəticədə konstitusiya quruluşunun bərpası, qanunsuz silahlı birləşmələrin zərərsizləşdirilməsi və təhlükəsizlik mühiti tam nəzarətə götürülüb. Antiterror əməliyyatı ölkəmizin ərazi bütövlüyünü təmin etməklə müasir tariximizdə yeni mərhələnin əsasını qoyub. Bu mərhələ artıq sülhə, reinteqrasiyaya və davamlı inkişaf perspektivlərinə yönəlmiş qətiyyətli siyasətin başlanğıcı kimi xarakterizə olunur.

İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa və yenidənqurma işləri dünya təcrübəsində nadir hallarda rast gəlinən sürət, sistemlilik və kompleks yanaşma ilə icra olunur. Böyük Qayıdış Proqramı sosial ədalətin bərpasına, iqtisadi reinteqrasiyaya və dayanıqlı məskunlaşmaya xidmət edən strateji layihə kimi reallaşdırılır.

Yeni reallıqlar şəraitində həyata keçirilən siyasət müstəqilliyin möhkəmləndirilməsinə, təhlükəsizliyin təmin olunmasına, iqtisadiyyatın şaxələndirilməsinə və cəmiyyətin rifahının yüksəldilməsinə yönəlib. Qarşıda duran strateji vəzifələr gələcəyə hesablanmış, milli maraqlara əsaslanan və davamlı tərəqqini təmin edən dövlət siyasəti çərçivəsində ardıcıl şəkildə icra olunur.

Asif Əsgərov

Milli Məclisin deputatı


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:85
embedMənbə:https://unikal.az
archiveBu xəbər 23 Dekabr 2025 16:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see159

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see156

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see156

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see155

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see150

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see150

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see147

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see146

Beyləqanda DƏHŞƏT: 68 yaşlı qadını boğaraq öldürdü

21 Dekabr 2025 18:22see146

Devid Bekhem və arvadı oğullarının sosial səhifəsini bloklayıblar

21 Dekabr 2025 20:01see144

Putin liderlərlə bir araya gəldi

21 Dekabr 2025 19:59see143

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see139

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see137

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see136

ABŞ ın neftini KİM OĞURLAYIB KONKRET

21 Dekabr 2025 18:34see134

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see133

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see132

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see130

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see130

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri