Icma.az
close
up
RU
Azərbaycana 94 min dollar gətirmək istədi, 64 min manat cərimələndi

Azərbaycana 94 min dollar gətirmək istədi, 64 min manat cərimələndi

Icma.az, Lent az portalına istinadən məlumat yayır.

Külli miqdarda xarici valyutanı Azərbaycana keçirmək istəyən gömrükdə saxlanılıb.

Lent.az xəbər verir ki, hadisə Qazax rayonunda yerləşən “Qırmızı Körpü” gömrük postunda qeydə alınıb.

İttiham aktına görə, Gürcüstan vətəndaşı olan 61 yaşlı Səid Bağırov (ad və soyad şərtidir) 94 min 270 ABŞ dollarını idarə etdiyi yük avtomobilində gizlədərək Azərbaycana keçirməyə cəhd edib. Lakin gömrük əməkdaşlarının yoxlaması nəticəsində Səidin gizlətdiyi pullar aşkarlanıb və onun barəsində qaçaqmalçılıq ittihamı ilə cinayət işi açılıb.

Təqsirləndirilən şəxs bildirib ki, Azərbaycana gətirmək istədiyi 94 min 270 dollara (təxminən 160 min 259 manat) Bakıda həyət evi almaq istəyib. Onun sözlərinə görə, həmin pulun 32 min dolları qardaşına satdığı ata evinin pulu, 62 min dolları isə qardaşından borca aldığı puldur. Digər 270 dollar da şəxsi vəsaitidir. Səid qeyd edib ki, pulları əvvəlcə sağ qapıda qara bağlamada gizlədib. Beləcə külli miqdarda vəsaiti gömrük nəzarətindən gizli Azərbaycana qanunsuz keçirməyə cəhd edib.

Postda gömrük əməkdaşları rentgen yoxlaması keçiriləcəyini dediyi üçün həmin bağlamadakı pulları götürərək maşının ayrı-ayrı yerlərində gizlədib. Həmçinin bu puldan başqa da üzərində 5300 dollar vəsait olub. Onun sözlərinə görə, həmin pul Gürcüstandan Azərbaycana banan daşıyan sürücülərin əməkhaqqı olub. Həmçinin 5300 dolların içərisində özünün 800 dollar maaşı da olub.

Səid Bağırov əməlindən peşman olduğunu deyərək barəsində yüngül cəza verilməsini istəyib.

Məhkəmənin qərarı ilə Səid Bağırov cinayət predmeti olan maddi vəsaitin 40 faizi miqdarında, yəni 64 min 103 manat məbləğində cərimələnib. O, həmin cərimə məbləğini hökm qanuni qüvvəyə minəndən sonra, 1 aydan gec olmayaraq müvafiq bank hesabına köçürməklə ödəməlidir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:200
embedMənbə:https://lent.az
archiveBu xəbər 18 Aprel 2026 11:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see320

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see300

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see283

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see281

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see260

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see256

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see254

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see247

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see243

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see236

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see232

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see217

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see215

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see211

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see205

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see196

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see196

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see191

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri