Azərbaycana artıq bu avtomobillər GƏLİR: Digərləri...
Avtosfer saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Azərbaycana idxal olunan avtomobillər arasında hibrid və elektrik mühərrikli nəqliyyat vasitələrinin sayı artır.
Avtosfer.az xəbər verir ki, 2026-cı ilin yanvar-avqust aylarında Azərbaycana ümumilikdə 48 398 nəqliyyat vasitəsi idxal edilib.
Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, onların arasında hibrid və elektrik mühərrikli avtomobillər əhəmiyyətli paya sahib olub.
Belə ki, hesabat dövründə xarici enerji mənbəyindən doldurulma imkanı olmayan, daxili yanma mühərriki ilə yanaşı elektrik mühərriki ilə hərəkət edən 4 429 nəqliyyat vasitəsi ölkəyə gətirilib. Bu avtomobillərin ümumi gömrük dəyəri 94 milyon 866,41 min ABŞ dolları təşkil edib.
Xarici enerji mənbəyindən doldurulma imkanına malik olan, yəni plug-in hibrid avtomobillərin idxalı isə 10 274 ədəd olub. Bu nəqliyyat vasitələrinin ümumi dəyəri 225 milyon 335,94 min ABŞ dolları təşkil edib.
Bundan başqa, hesabat dövründə yalnız elektrik mühərriki ilə hərəkət edən 637 avtomobil idxal olunub. Tam elektrikli avtomobillərin ümumi dəyəri isə 16 milyon 550,45 min ABŞ dolları olub.
Beləliklə, yanvar-avqust aylarında Azərbaycana qeyd olunan üç kateqoriya üzrə ümumilikdə 15 340 hibrid və elektrik avtomobili gətirilib.
Qeyd edək ki, Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, 2026-cı ilin yanvar-avqust aylarında ölkəyə gətirilən bütün nəqliyyat vasitələrinin sayı 48 398 ədəd, ümumi dəyəri isə 955,36 milyon ABŞ dolları olub.
Baxış sayı:89
Bu xəbər 23 Sentyabr 2026 12:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















