Icma.az
close
up
RU
Menu

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

"Anar Bayramovun tapşırığı ilə tədbirlər planı hazırlanır”

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

Bazar 60 faiz kiçilib...

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

Səhiyyə sahəsində problemlərin həlli ilə bağlı tədbirlər planı hazırlanır

Azərbaycana çinli turistlərin kütləvi axını olacaqmı?

Azərbaycana çinli turistlərin kütləvi axını olacaqmı?

Baku.ws portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycan hər il Çindən 1,5 milyon turist qəbul etmək istəyir.

Hökumətin planı barədə Prezident İlham Əliyev Pekində Çinin CGTN (China Global Television Network) telekanalına müsahibəsində danışıb. 

"Hər il xaricə səhayət edən 150 milyon Çin vətəndaşının cəmi 1 %-i Azərbaycana gəlsə, bu, ölkəmiz üçün yetərli olacaq", - deyə dövlət başçısı qeyd edib.

Azərbaycan 2024-cü ildə Çin vətəndaşları üçün viza rejimini ləğv edib. Son nəticədə ötən il bu ölkədən Azərbaycana səyahət edənlərin sayı əvvəlki ilə nisbətən təxminən 2 dəfə artaraq 45 minə yaxın olub. Bununla belə, bu rəqəm hökuməti qane etmir və ölkəyə hər il indikindən 30-35 dəfə çox çinli turist gəlməsinə çalışır. Bəs çinlilərin Azərbaycana kütləvi axını olacaqmı? Onları ölkəmizə necə cəlb etmək olar? "Report" mövzunu turizm bazarı iştirakçıları ilə müzakirə edib.

"Aviareyslərin sayı artırılmalıdır"

"Azərbaycan Hotellər və Restoranlar Assosiasiyası"nın İdarə Heyətinin sədri, eyni zamanda "Ekoturizm Assosiasiyası"nın icraçı direktoru Samir Dübəndi deyir ki, Çin vətəndaşları üçün viza rejimi ləğv edilsə də, onların ölkəmizə gəlməsini asanlaşdırmaq - birbaşa aviareyslərin sayını artırmaq lazımdır: "Çinlilərin kütləvi axını olsa, mövcud aviareyslər kifayət etməyə bilər. Müntəzəm reyslərlə yanaşı çarter reysləri də təşkil oluna bilər. Onlar turizm şirkətləri arasında aparılan danışıqlar əsasında həyata keçirilə bilər. Bu məsələdə Bakının Heydər Əliyev Beynəlxalq Aeroportu ilə kifayətlənmək olmaz, digər şəhərlərdəki beynəlxalq hava limanlarının imkanlarından da istifadə edilməlidir. Eyni zamanda yerüstü nəqliyyat vasitələri ilə bölgələrə turist axınını təmin etmək də vacibdir. Son illər bölgələrdə yerləşmə vasitələri və digər turizm infrastrukturu inkişaf etdirilib".

"Çinlilər üçün ayrıca turizm məhsulları hazırlanmalıdır"

Bundan başqa, onun sözlərinə görə, Çin vətəndaşlarını ölkəyə cəlb etmək üçün onların tələblərinə və maraqlarına uyğun turizm məhsulları hazırlanmalıdır: "Bir sıra ölkələrdə çinlilərin səyahət vərdişləri öyrənilir və turizm məhsulları onlara uyğunlaşdırılır. Çin turistləri başqa ölkələrin mədəniyyətini tanımaq istəsələr də, səfər zamanı öz mətbəxlərinə üstünlük verirlər. Bu səbəbdən, ictimai iaşə sektorunda Çin mətbəxi ilə bağlı təkliflərin artırılmasına ehtiyac var. Eyni zamanda qiymət siyasəti, turizm paketlərinin formalaşdırılması, marşrutların planlaşdırılması kimi məsələlər ciddi təhlil edilməlidir".

"Əgər Prezident İlham Əliyevin dediyi kimi 150 milyon çinli turistin cəmi 1 %-i Azərbaycana səfər etsə və hər biri orta hesabla 1 000 manat xərcləsə, Azərbaycan iqtisadiyyatına təxminən 1,5 milyard manat dövriyyə daxil ola bilər. Bu isə turizm sektorunda böyük canlanmaya səbəb ola bilər. Ona görə də bazarın tələblərinə uyğun xüsusi turizm məhsulları hazırlanmalıdır", - deyə ekspert əlavə edib.

"250 milyard dollarlıq büdcədən pay alaq"

"Azərbaycan Turizm Peşəkarları Təşkilatı" İctimai Birliyinin sədri Ceyhun Aşurov isə deyir ki, hər il Çin turistləri səyahət etdikləri müxtəlif ölkələrdə təxminən 250 milyard ABŞ dolları pul xərcləyirlər: "Odur ki, əksər ölkələr Çindən bacardıqca çox turist cəlb etməyə çalışırlar. Azərbaycanın da bu imkanlardan yararlanması vacibdir. Ötən il ölkəmizə gələn çinlilərin sayı 2 dəfə artsa da, bunlar əsasən işgüzar səfərlər olub. Turistik səfərlərin sayının artmasına çalışmalıyıq. Çinli turistlər yalnız tarixi və mədəni yerləri ziyarət etməklə kifayətlənmir, həm də alış-veriş, qastronomik turlar kimi müxtəlif fəaliyyətlərə maraq göstərirlər. Azərbaycanda turizm məhsullarının çeşidliliyi və davamlı inkişafı onlara daha geniş seçim imkanı yaradır. İşgüzar əlaqələrin genişlənməsi ilə yanaşı, turizm sahəsində də qarşılıqlı əlaqələrin güclənməsi ölkəyə əlavə valyuta axınını təmin edə bilər".

Turizmin inkişafına cavabdeh qurum deyir ki, ...

Dövlət Turizm Agentliyindən isə "Report"un sorğusuna cavab olaraq bildirib ki, Çin Azərbaycanın turizm sahəsində prioritet hədəf bazarlarından biri hesab olunur: "Pandemiyadan sonrakı bərpa dövründə çinli turistlərin sayında əhəmiyyətli artım qeydə alınıb. Belə ki, 2023-cü ildə çinli turistlərin sayı 2022-ci illə müqayisədə 552 % artaraq 23 153 nəfərə çatıb. 2024-cü ildə isə bu göstərici 93 % artaraq 44 798 nəfərə yüksəlib. 2025-ci ilin ilk üç ayı ərzində isə çinli turistlərin sayında ötən ilin eyni dövrü ilə müqayisədə 77 % artım müşahidə olunub".

"2024-cü ildə Azərbaycana səfər edən Çin vətəndaşlarının 90 %-i turizm məqsədilə ölkəyə gəlib. Çinlilərin ən çox səfər etdiyi istiqamətlər arasında Bakının tarixi və müasir memarlıq məkanları, Şəkinin tarixi abidələri, xüsusilə Şəki Xan Sarayı və qədim karvansaraylar, Şamaxıda Diri Baba türbəsi və Cümə məscidi, İsmayıllıda Lahıc qəsəbəsi və Qəbələdə Nic kəndi xüsusi yer tutur. Çinli turistlərin əsas maraq sahələri mədəni və tarixi təcrübələr (milli irs, tarixi abidələr, UNESCO siyahısındakı məkanlar), təbiət və açıq hava təcrübələri (dağ mənzərələri, milli parklar, kənd həyatı), şəhər turları və alış-verişdir. Onlar səfərlərini uzunmüddətli planlaşdırır və bir səfərdə bir neçə şəhəri və ya ölkəni ziyarət etməyə üstünlük verirlər", - deyə Agentlik bəyan edib.

Məlumata görə, hazırda Pekin (AZAL) və Urumçi (China Southern Airlines) şəhərlərindən Azərbaycana həftəlik 5 uçuş həyata keçirilir. 2024-cü ildə Çindən Azərbaycana 240 reys təşkil olunub: "Son iki il ərzində Çin bazarında Azərbaycanın tanıdılması məqsədilə müxtəlif tədbirlər görülüb. 15 noyabr 2023-cü ildə Azərbaycan Turizm Bürosu və "Qyer.com" platforması arasında əməkdaşlıq memorandumu, 24 sentyabr 2024-cü ildə isə "Azərbaycan Hava Yolları" QSC, Azərbaycan Turizm Bürosu və "Trip.com Group" arasında üçtərəfli anlaşma memorandumu imzalanıb. Bu sənədlər çinli turistlərin Azərbaycana cəlb olunmasını hədəfləyir".

"Bu il də bu istiqamətdə işlər davam etdiriləcək. Azərbaycan Turizm Bürosu "WeChat", "Douyin", "Weibo", "C-trip", "Fliggy" və "China Tourism Group" platformaları ilə tərəfdaşlıq çərçivəsində tanıtım kampaniyaları həyata keçirəcək. Bundan başqa, 27-29 mayda Şanxay şəhərində keçiriləcək "ITB China" beynəlxalq sərgisində Azərbaycanın milli stendlə iştirakı nəzərdə tutulur. Cari ildə Çindən media nümayəndələri və blogerlər üçün tanışlıq səfərlərinin təşkili, turizm şirkətləri arasında Azərbaycanın turizm destinasiyası kimi tanıdılması məqsədilə Çinin bir neçə şəhərində tədbirlər keçirilməsi də planlaşdırılıb. Bütün bu tədbirlər Azərbaycanın Çin bazarından turizm sahəsində daha böyük pay əldə etməsinə və ölkənin iqtisadiyyatında mühüm dəyişikliklərin baş verməsinə zəmin yaradır", - deyə məlumatda qeyd olunub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:221
embedMənbə:https://baku.ws
archiveBu xəbər 28 Aprel 2025 17:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see588

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see426

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see421

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see391

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see374

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see370

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see332

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see267

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see256

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see248

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

06 Noyabr 2026 09:57see234

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see232

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

06 Noyabr 2026 16:51see218

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

06 Noyabr 2026 14:01see216

"Anar Bayramovun tapşırığı ilə tədbirlər planı hazırlanır”

06 Noyabr 2026 13:49see215

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

06 Noyabr 2026 18:33see212

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see211

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

06 Noyabr 2026 17:48see209

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see181

Səhiyyə sahəsində problemlərin həlli ilə bağlı tədbirlər planı hazırlanır

06 Noyabr 2026 13:44see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri