Məhkəmə sədri ağır cinayət ittihamına Bəraət verdi
Qafqazinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda ittiham olunan şəxsə bəraət verilib.
“Qafqazinfo”nun məlumatına görə, bu cinayət işini məhkəmənin sədri, hakim İsmayıl Xəlilov araşdırıb.
İş üzrə iki nəfər - Mircəmil Məmmədov və tanışı Şakir Əmirov mühakimə edilib.
M.Məmmədov yalnız zərərçəkmiş “Azhur Holding” MMC-yə məxsus 180 min manatın dələduzluq yolu ilə ələ keçirilməsi epizodu üzrə ittiham olunub. İttiham aktındakı digər epizodlarda isə onun adı çəkilməyib.
Amma o, ilk gündən ittihamı qəbul etməyib, cinayətlə əlaqəsinin olmadığını bəyan edib. Vəkili Ruzi Səmədov da məhkəmə istintaqı boyu müvəkkilinin təqsirsizliyini təsdiq edən dəlil və sübutlarla çıxış edib, yekunda bəraət hökmü çıxarılmasını xahiş edib.
Fotoda: vəkil Ruzi Səmədov
Prokuror son çıxışında müttəhimlərin ikisini də təqsirli bilib, qanunauyğun cəzalandırılmasını tələb etsə də, hakimlər bununla tam razılaşmayıb.
Məhkəmə belə qənaətə gəlib ki, təqsirləndirilən Mircəmil Məmmədovun həqiqətən də hazırkı cinayətlə əlaqəsi yoxdur, ona qarşı irəli sürülmüş ittihamlar əsaslı deyil.
Hökmə əsasən, bu günə qədər polis nəzarətində olan M.Məmmədova bəraət verilib. Ona bəraət alması ilə əlaqədar gələcəkdə təzminat tələb etmək hüququ izah edilib. Mircəmillə birgə ittiham olunan Şakir isə külli miqdarda dələduzluqda təqsirli bilinərək 6 il azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hökm çıxaran hakim İsmayıl Xəlilovun icraatına nadir hallarda iş verilir. Bu, məhkəmə sədrinin araşdırdığı 2 işdən biri idi.
Sail Ağasəlim
Baxış sayı:117
Bu xəbər 17 Noyabr 2026 09:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















